Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Eşqin Soruşur Yazılma Tarixi:14.11.2024 20:17:01

Salam, mən hərbi həkim komissiyasından yoxlamadan keçmişdim. 28 avqust tarixində Sosial Müdafiə Nazirliyinin Reabilitasiya Agentliyindən də yoxlamadan keçdim. Yekun qərarla bağlı məlumatı haradan əldə edə bilərəm?

Müəyyən edilmişdir ki, 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 20.05.2024-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət    Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, Siz 29.01.2025-ci ilin yanvar çağırışı zamanı təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Elçin Soruşur Yazılma Tarixi:14.11.2024 17:34:11

Salam.Mən 1991-1994 cü il ərzində baş verən Qarabağ müharibəsində iştirak edərək Veteran statusu almışam.Həmin vaxt müharibə bitəndən sonra 1997-ci ildə ordudan təxris olmuşam.10 may 2022-ci il tarixdə Veteran vəsiqəsini də almışam.Hal hazırda da Veteranlar üçün təyin olunmuş 80 manat müavinəti alıram.Lakin yeni yaradılmış Zəfər Alt sistemində adımı Veteranlar siyahısında yoxlayıram adım tapılmır.Mən necə edim ki Zəfər Alt sistemdə adım göstənsin?

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılmış “Zəfər” altsisteminə “Müharibə veteranı” statusunuzla bağlı adınızın daxil edilməsinə dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.           Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə xidmət keçdiyiniz Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.  
Burhan Soruşur Yazılma Tarixi:14.11.2024 14:22:56

Salam, Mən Oktyabr ayının 25 də Zərifə Əliyeva adına göz klinikasında təkrar müayinə edildim. Mənim cavabların hələ də Lerik Rayon səfərbərlik şöbəsine göndərilməyib. Mənim gözlərim xaricdə əməliyyat olunub (keratakonus a gore) və xaricdə əməliyyat sonrası müalicəyə ehtiyacım var. Cavabların tez çıxmağı üçün nə edə bilərəm ?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Lerik rayon şöbəsi tərəfindən növbəti təkrar tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” şöbəyə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı             olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcək və nəticəsi barədə Xidmətin Lerik rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir. Bildiririk ki, “Meridianlardan birində 6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər yaxıngörməsi, anizometropiya hallarında gözlər arasında 5,0 DPTR-dən artıq istənilən refraksiya fərqinin olması” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Fəxri Soruşur Yazılma Tarixi:14.11.2024 14:05:49

Salam, məni Gəncə şəhəri Hərbi Komisarlığı tərəfindən hüquqlarımın tapdalanmasına görə narahat edirəm hansı ki, vətəndaşı vaxt tamam olduğuna görə çağırmamaqla yanaşı,üstəlik vətəndaşı qəbul edən rəisi özünü təqdim etməyərək kobud üslubda vətəndaşı incidir də,mən təkrar müayinədən keçmək istəyirəm, ancaq birbaşa Bakıda tələbim budur ki,mesajımı alar-almaz baxasız və bunu mümkün edə bilirsiz edin, ya da xəstə canımla ölkədən çıxacam,məni incitməyin xaiş edirəm,onsuzda 3 il əvvəl hüquqşünaslıq diplomumu bilən Hərbi Komisarlığın Rəisi könüllü əsgər getmək istəyimə görə məndən 10-15 min manat rüşvət istəmişdi,təbii ki,mən verməmişdim tamam razıyam xəstə canımla da olsa belə bir ölkədə yararsız qalmağı seçmişdim,amma yetər bundan əlavə hörmətsizlik qəbul etmirəm, bununla bağlı Azərbaycanı İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək istəmirəm,xaiş edirəm məni Bakıya çağırın birbaşa yenidən müayinə edin və incitməyin mən artıq yorulmuşam.

Müəyyən edilmişdir ki, növbəti təkrar tibbi müayinə zamanı, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 21.11.2024-cü il tarixdə Akademik Z.Məmmədov adına Xəstəxanasına və Gəncə şəhəri Psixiatriya Xəstəxanasına əlavə tibbi müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Rəhman Soruşur Yazılma Tarixi:13.11.2024 21:13:07

Salam çəkiyə görə möhlət ne qədərdir?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “III (üçüncü) dərəcə alimentar piylənmə, BÇİ-35,0-39,9” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar ilkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “hərbi  xidmətə müvəqqəti yararsızdır” hesab edilirlər. Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsız” hesab edilirlər. Əgər 6 aydan sonra bu vətəndaşlarda bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən kütləsi indeksinin mənfi dinamikası yoxdursa (hər ay keçirilən tibbi baxışların nəticələrinə görə) və fiziki iş qabiliyyəti saxlanmışdırsa (funksional yük sınaqlarının nəticələrinə görə), boyu 148 sm-dən 160 sm-dək (daxil olmaqla) olanlarda bədən çəkisi 45 kq və daha çox olan və boyu 161 sm-dən yuxarı olanlarda isə bədən kütləsi 17,5 və yuxarı olduqda şəhadətləndirilmə “d” bəndi üzrə keçirilir, boyu 148 sm-dən               160 sm-dək (daxil olmaqla) olan vətəndaşlarda bədən çəkisi 45 kq-dan az və boyu 161       sm-dən yuxarı olanlarda bədən kütləsi indeksi 17,5-dən aşağı olduqda şəhadətləndirilmə bu maddənin “c” bəndi üzrə keçirilir. Qidalanma çatışmazlığına səbəb olan xəstəliklər aşkar olunduqda, vətəndaşlar “Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə şəhadətləndirilirlər. Çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun qərar qəbul edilir.
Təbriz Soruşur Yazılma Tarixi:13.11.2024 20:24:02

Salam,mən öncəki çağırışlarda tibbi müayinə zamanı WPW sindiromu ilə hərbi xidmətdən azad olunmuşam.Bilmək istiyirəm bu diaqnoz təsdiqlənərsə hərbi xidmətdən azad oluram ya yox.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Bakı şəhəri, Nizami rayon idarəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, lazımi mütləq müayinələrə göndərilmisiniz. Mütləq müayinələriniz yekunlaşdıqdan sonra rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda aidiyyəti üzrə səhiyyə müəssisəsinə əlavə müayinəyə göndəriləcəksiniz və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Bakı şəhəri, Nizami rayon idarəsi tərəfindən məlumat veriləcəkdir. Nəzərinizə çatdırırıq ki, “Qan dövranı sistemi xəstəlikləri üzrə: WPW sindromu” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Cümşüd Soruşur Yazılma Tarixi:13.11.2024 15:07:00

Salam, 3 ildən 1 yoxlama üçün dəvət edilmişdim. yoxlamalardan keçsəmdə 3 aydır geri dönüş edilməyib.

Təkrar tibbi müayinənin nəticəsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.              Müəyyən edilmişdir ki, təkrar tibbi müayinəyə cəlb edilmisiniz. Nəzərdə tutulan tibbi müayinələr tam yekunlaşdıqdan sonra Xidmətin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən qəbul ediləcək qərar barədə Sizə məlumat veriləcəkdir.            
Azər Soruşur Yazılma Tarixi:13.11.2024 12:37:18

Salam, mənim öd kisəm olmadığı və ağrılar olduğu üçün dinc dövürdə yararsız müharibə dövründə məhsul yararlı hesab edilmişəm. 2026-cı ildə təzədən hərbi komissiyadan keçməliyəm, mən yoxlanış zamanı hərbi xidmətə yararlı hesab edilə bilərəm mi?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən öd kisəsi olmayan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Əlavə olaraq bildirilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.  
Günel Soruşur Yazılma Tarixi:11.11.2024 14:38:28

Salam, Nagizade Nicat Evez Oglu, yarasiz senedi verilmeyib, 20 yasi var, Hekim muainesinden yararsiz cixib, yarasiz senedi olmayan vetendaslar olke xaricine problemsiz cixa biler?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, 2005-ci il təvəllüdlü Nağızadə Nicat Əvəz oğlu qeydiyyatda olduğu Xidmətin Salyan rayon şöbəsi tərəfindən tibbi baxışdan keçirilmiş və mütləq müayinələrə göndərilmişdir. Müayinə nəticələrinə əsasən N.Nağızadənin yekun tibbi müayinəsi ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Salyan rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Elçin Soruşur Yazılma Tarixi:09.11.2024 19:09:19

Salam. Bir məqam haqqında maraqlanmaq istəyirdim. 12 dərəcə 2-ci dərəcəli C-vari skolioz və 50 dərəcə kifoz hərbi xidmətə yaralıdır mı ? Cavablasaz sevinərəm. Öncədən təşəkkürlər.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağııırrrış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə: II (ikinci) dərəcəli sklolioz” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. “Onurğanın və döş qəfəsinin deformasiyası II (ikinci) dərəcəli kifoz” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Cədvəldə sətir sayı :14890