Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Saleh Soruşur Yazılma Tarixi:21.11.2024 16:53:29

Salam ödümdə 17 mm lik daş var bilmək istəyirəm hərbi xidmətə yararlıyam ya yox ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli            59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: öd kisəsində 17 mm daş xəstəliyi olan çağırışçılar “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.  
Fərid Soruşur Yazılma Tarixi:21.11.2024 03:23:14

Salam. Mənim 6 yaşımda varikoseldən əməliyyat olunmuşam. Əməliyyat zamanı səhvlik olub və xayamın birinin funksiyası dayanıb. Amma əməliyyatla çıxarılmayıb. Mən hərbi xidmət keçməyə yararlıyam?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Tək xaya” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.  
Müşviq Soruşur Yazılma Tarixi:21.11.2024 02:18:57

Salam, mənim usaqliqdan bəri kəkələməm var və agir dərəcəlidir, Avqust ayinda reabilitasiya mərkəzində yoxlanisda oldum amma yenidən cagirilmisam. Bilmək istəyirəm hərbi xidmətə yararsizam yoxsa yararli

Müəyyən edilmişdir ki, 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 05.07.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq 3 (üç) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, Siz 2025-ci ilin yanvar çağırışı zamanı təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Mehti Soruşur Yazılma Tarixi:20.11.2024 19:37:04

Salam meni hərbi xidmətə çağırıblar lakin mən İsmayıllı Dövlət humanitar və texnologiya kollecində təhsil alıram bununla bağlı rayon hərbi xidmətə çağırış məntəqəsinə xəbərdarlıq edilib. Hal hazırda mən İsmayıllı rayonunda kirayə qalıram və bura tətildən yenicə dönmüşəm məni yenidən rayona cagirirlarki tibbi yoxlanisdan keçim lakin mən yol uzağ olduğuna görə və maddi imkanım el vermədiyinə görə geri dönə bilmirəm mən hara yaxınlaşa bilərəmki meni tibbi yoxlanisdan kecirsinler

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizə 2025-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar qeydiyyatda olduğunuz Xidmətin Şabran rayon bölməsinə gəlməyiniz barədə məlumat verilmişdir. Bu səbəbdən Xidmətin Şabran rayon bölməsinə gəlməyiniz vacibdir.
Azər Soruşur Yazılma Tarixi:20.11.2024 14:31:05

Salam, mənim dostumda revmatizm var hərbi xidmətə yararlıdır mı?

Bildirilir ki, müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunan zaman çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmamağı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
Ceyhun Soruşur Yazılma Tarixi:20.11.2024 11:53:15

Salam mən 2022 ci ildə çağırışçı idim psixoloji problemlərim olduğundan məni Bakı şəhəri maştağa kəndində yerləşən 1 saylı xəstəxanaya yoxlanışa göndərdilər və yararsız olaraq qeydə alındım. Hal hazırda növbəti kamisya vaxtına 3 aydan bir qədər az vaxt qalıb.Lakin mən ailəmlə bir yerdə müəyyən səbəblərə görə 1 illik başqa ölkəyə getməliyik səfərimiz bu yaxınlarda olmalıdır.Lakin kamisyanın vaxtına az qaldığından bu mənə prablem yaradacaq . Buna nəsə bir çarə varmı? Məsəlçün yoxlanışımın tezləşdirilmeyi kimi və yaxud icazə kağızı kimi.lazim olar 3 aydan sonra gəlib kamisyadan keçərəm.

Vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır.    Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Digər hallarda vətəndaşların vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilmələri mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.          Eyni zamanda bildiririk ki, səhhəti ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət müddəti bitdikdə, təkrar tibbi şəhadətləndirilməyiniz üçün Xidmətin Ağdam rayon şöbəsinə gəlməyiniz vacibdir.  
Süleyman Soruşur Yazılma Tarixi:20.11.2024 11:47:27

Salam, mən 2021-ci ildə dəri üzrə həkimə müraciət etmişəm və mənə demişdilər ki, sizdə dərinin xroniki xəstəliyi var (ekzema yaxud digər adı ilə dəmrov). Hazırda dövri olaraq bu xəstəlik yüngül formada təkrarlanır və əgər diqqət göstərməsəm, daha da pis hala gəlir. Getdiyim həkim bu xəstəliyin müalicəsinin olmadığını desə də, hərbi həkimlərdə keçdiyim zaman mənə sağlam yazacaqlarını deyiblər. Mən həmin xəstəxanadan sənədləri ala bilərəm və sübut olaraq həkimlə WhatsApp yazışmalarımı təqdim edə bilərəm. Bunun üçün hara müraciət etməliyəm?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun qərar qəbul edilir. Bildiririk ki, səhhətiniz ilə bağlı müayinə nəticələrini qeydiyyatda olduğunuz Xidmətin Şuşa şəhər şöbəsinə təqdim etməyiniz məqsədəuyğundur.  
Murad Soruşur Yazılma Tarixi:19.11.2024 23:56:49

Salam.Men 3illik tekrar yoxlanisdan kecmisem oktyabrda neticesini bilmek isdiyirdim zehmet olmasa cavab vererdiz ?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Gəncə şəhəri, Kəpəz rayon şöbəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Abbas Səhhət adına Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Gəncə şəhəri, Kəpəz rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir. 
Ruslan Soruşur Yazılma Tarixi:19.11.2024 20:03:52

Salam,mən yoxlanışdan keçmişəm nəticə barədə məlumat verməyinizi xahiş edirəm

Müəyyən edilmişdir ki, 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 27.05.2024-cü il tarixdə Nizami Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilərək, 2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ verilmişdir. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Rəşid Soruşur Yazılma Tarixi:19.11.2024 18:03:52

Müayinəyə əsasən gözlərimdə hipermetropiya və başlanğıc səviyyədə astiqmatizm aşkarlanmışdır, göz müayinə nəticələrim aşağıdakı kimidir, sağ göz, sferik müsbət 5.50, astiqmat silindrik müsbət 1.25, ox 86 dərəcə. Sol göz, sferik müsbət 5.50, astiqmat silindrik müsbət 0.75, ox 97 dərəcə. Bu nəticələr əsasında hərbi xidmətə yararlılıq vəziyyətimi bildirə bilərsinizmi?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi və ya hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2,0 DPTR-dən artıq və 4,0 DPTR-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər. Təhsilə görə verilmiş möhlət hüququnuz bitdikdən sonra, Siz qeydiyyatda olduğunuz Xidmətin Sumqayıt şəhər baş idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçiriləcək, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin ediləcək və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır
Cədvəldə sətir sayı :14890