Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Həsən Soruşur Yazılma Tarixi:28.11.2024 00:32:23

Salam Talassemiya daşıyıcısı əsgərliyə yararlı sayılırmı?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Talassemiya gen daşıyıcısı” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” qərarı qəbul edilir.
Əliqismət Soruşur Yazılma Tarixi:27.11.2024 20:36:14

Noyabrın əvvəli Əlillər Bərpa Mərkəzində yoxlanışdan keçmişəm, zəhmət olmasa cavabı haqqında məlumat verərsiz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Xidmətin Biləsuvar rayon şöbəsində qeydiyyatda olan                hərbi vəzifəli 1993-cü il təvəllüdlü Axundzadə Əliqismət Ələsgər oğlu növbəti şəhadətləndirilmə zamanı rayon hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhəti ilə bağlı təkrar tibbi müayinə olunması üçün 04.09.2024-cü il tarixdə Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutuna göndərilmişdir. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Ə.Axundzadənin yekun tibbi müayinəsi ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” qərarı qəbul edilmişdir.
Leyla Soruşur Yazılma Tarixi:27.11.2024 09:43:45

Salam oğlum yoxlanışdan keçib cavabları bilmək istəyirəm Xahiş edirem bize melumat verəsiz

Müraciətiniz ilə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə övladınızın adı, soyadı, atasının adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsi (idarəsi, şöbəsi, bölməsi) göstərilməlidir.
Ayşə Soruşur Yazılma Tarixi:27.11.2024 09:40:22

Salam, qardaşım Həsənalıyev Məhəmmədəli Şahin oğlu yoxlanışdan keçib. Cavablarını bilmək istəyirik. Xaiş edirik ki, bizə ətraflı məlumat verilsin.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Xidmətin Füzuli rayon şöbəsində qeydiyyatda olan                2006-cı il təvəllüdlü Həsənalıyev Məhəmmədəli Şahin oğlu 2024-cü ilin oktyabr çağırışına cəlb edilərək, rayon çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhəti ilə bağlı Nizami Tibb Mərkəzinə, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinələrə göndərilmişdir. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq M.Həsənalıyevin yekun tibbi müayinəsi ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir.  
Ümüd Soruşur Yazılma Tarixi:27.11.2024 00:35:10

Salam men çoxsayli yoxlanislardan keçmişem ve sonuncu defe sosialdan keçdim ancaq helede melumat verilmeyib zehmet olmasa melumat verersiz

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin            I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Pərvanə Soruşur Yazılma Tarixi:26.11.2024 21:28:24

Salam.Menim oglum 4 ildir ki Reyno xesteliyinden eziyyet cekir.O soyuq havada əlceksiz cöle cixa bilmir.Elleri qipqirmizi olur bileklere qeder.Bir azda cox qalsa göyerir sonrada hereketsiz veziyyet alir.Bilmek isteyirdim ki bu diaqnozla onu herbi xidmete aparacaqlar?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, çağırışçıların “Qan dövranı sistemi xəstəlikləri” üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən xəstəliyinin ağırlıq dərəcəsindən və funksiya pozğunluğundan asılı olaraq aparılır. Çağırışçılar hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
İbrahim Soruşur Yazılma Tarixi:26.11.2024 17:05:13

Salam,menim iki gozumde -6.5 dir herbi xidmete yararlidir yoxsa ?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli       59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul olunacaqdır.
Kamil Soruşur Yazılma Tarixi:26.11.2024 13:46:09

Salam, mənə ürəklə bağlı sıradan kənar yazılıb. Xəstəliyimin nə olduğunu bilmək istəyirdim.

Müayinə nəticəsində təyin olunmuş diaqnozu öyrənmək üçün Sizin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinə (idarəsinə, şöbəsinə, bölməsinə) müraciət etməyiniz tövsiyə olunur.
Əli Soruşur Yazılma Tarixi:26.11.2024 13:32:10

Mənim hərbi biletimdə məhdud yararlı yazılmışdır nə demək olduğunu öyrənmək isdəyirəm

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “A-3 və ya A-4 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Sadiq Soruşur Yazılma Tarixi:26.11.2024 11:56:51

Salam. Mən yoxlanışdan keçdim komissyanın qərarını öyrenmek isteyirdim

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Lerik rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinəyə cəlb olunmusunuz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq “6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, barənizdə verilmiş qərarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququnuz var.    
Cədvəldə sətir sayı :14890