Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İlham Soruşur Yazılma Tarixi:03.12.2024 12:18:51

Salam mən ikinci Qarabağ veteraniyam Samux rayon hərbi komissarlığı dəfələrlə müraciət etmişəm hələdə veteran vəsiqəsini ala bilmirəm adımını siyahı da olmadığı deyilir hara müraciət edim mənə kömək edin

Müharibə veteranı” vəsiqənizin verilməsinə dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Vətən müharibəsi iştirakçılarına təqdim edilməsi nəzərdə tutulan “Müharibə veteranı” vəsiqələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların hərbi qeydiyyatda olduqları Xidmətin strukturuna daxil olan qurumlarına göndərilir. Qeyd edirik ki, “Müharibə veteranı” vəsiqəniz hərbi qeydiyyatda olduğunuz Xidmətin Samux rayon bölməsinə daxil olduğu təqdirdə Sizə təqdim olunması üçün bölmə tərəfindən məlumat veriləcəkdir. Əlavə olaraq məsələ ilə əlaqədar ətraflı məlumatın əldə edilməsi üçün aidiyyəti üzrə xidmət keçdiyiniz Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. 
Balabəy Soruşur Yazılma Tarixi:02.12.2024 21:15:50

Salam zəhmət olmsa mənim tibbi müayinəm nə vaxtı?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən 30.08.2022-ci il tarixdə növbəti təkrar tibbi şəhadətləndirilməyə cəlb edilmiş və aparılmış müayinə nəticələrinə əsasən rayon hərbi həkim komissiyasında tibbi şəhadətləndirilərək barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmiş və 05.09.2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Xaçmaz rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
İsmayıl Soruşur Yazılma Tarixi:02.12.2024 18:48:38

Salam. Mən hərbi tibbi müayinələrdən keçdim. Graves xəstliyim var( zəhərli zob). Və bunun üçün rehabilitasiya mərkəzinə göndərildim. Yekun tibbi qərar əsasında hərbiyə yararlığım haqqında məlumat ala bilərəm zəhmət olmasa? İndidən təşəklür edirəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Xəzər rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 04.09.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və 17.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən yekun tibbi rəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
ÜZEYİR Soruşur Yazılma Tarixi:02.12.2024 18:02:58

Salam,Hər vaxtınız xeyir.Mən noyabr ayının 19-u Dövlət Tibbi-Sosial Ekspertiza və Rehabilitasiya Mərkəzində müayinədə oldum,Komissiyanın cavablarını öyrənmək istəyirdim.Əvvəlcədən təşəkkürlər.

Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 25.10.2024-cü il tarixdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət    Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış   və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Tayfun Soruşur Yazılma Tarixi:02.12.2024 00:36:59

Salam.Sıradankənar həqiqi hərbi xidmətə yaralı ne deməkdir

Sıradankənar hərbi xidmətə yararlı” hesab edilən hərbi çağırışçılar həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər.
Rövşən Soruşur Yazılma Tarixi:01.12.2024 13:19:23

Salam. Çağırışçıyam, yoxlanışdan keçmişəm, əgər mənim tibbi yoxlanış nəticələrim hazırdısa zəhmət olmasa məlumat verin.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Xətai rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 14.10.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul olunacaqdır.  
Orxan Soruşur Yazılma Tarixi:01.12.2024 01:07:27

salam kifoz cob bucagi 53 derece 3 dereceynen qebul olunub qulagin biri ise 3 derecenin sonu yeni 4 derecenin evveli ile esitme derecesi goruldu men herbi xidmet kecmeye yararli sayiliram yoxsa yo zehmet olmasa cavablandirin .

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 57-63-cü maddələrinin I qrafasının tələblərinə əsasən orqanın hərəki, vegetativ-trofiki pozulmalarının dərəcəsindən və davamlı ağrı sindromu ilə müşayiət olub-olmamasından asılı olaraq aparılır. “Karlıq, lal-karlıq, eşitmənin zəifləməsi” xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə isə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 38-ci maddəsinin          I qrafasının tələblərinə uyğun olaraq “pıçıltı nitqini bir qulağın 1 metrdən (1 metr daxil olmaqla) az olmayan (80 dB və aşağı), digər qulağın 4 metrdən (4 metr daxil olmaqla) az olmayan           (30 dB və aşağı) məsafədən eşitməsi və ya hər iki qulağın 3 metrdən (3 metr daxil olmaqla) az olmayan (40 dB və aşağı) məsafədən eşitməsi “Xəstəliklər cədvəli”nin I-II qrafaları üzrə şəhadətləndirilənlər üçün hərbi xidmət keçməyə mane olmur. Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölmə) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Süleyman Soruşur Yazılma Tarixi:01.12.2024 00:48:07

Salam. Zəhmət olmasa, öncədən yazdığım sualı cavablandırarsınız. Mən 3 il öncə ağır ekzema xəstəliyi keçirmişəm və həkimim müalicəsi olmayan xəstəlik olduğunu deyib. Hərbi xidmətə bununla bağlı yararsız olduğumu Qobudakı yoxlanışda öyrəndim. Buna görə də məni ekzema ilə bağlı öncədən yoxlamadılar. Hazırda zaman-zaman bu xəstəlik aktivləşir və birdəfəlik müalicəsi yoxdur. Mümkündürsə, bununla bağlı aydınlıq gətirərdiniz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Dərinin və dərialtı toxumaların xəstəliklər üzrə: ekzemanın məhdud və nadir residivləşən formaları” dianozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbil edilir.
Əhməd Soruşur Yazılma Tarixi:30.11.2024 16:00:33

Hərbi xidməti dövründə xəstəlik səbəbi ilə yararsız hesab edilən şəxslər yenidən hərbi xidmətə gedə bilərmi? Yəni, hərbidə olub oradan xəstəlik səbəbi ilə yararsız olmuş şəxslər yenidən çağırıla bilərmi?

Keçirilmiş xəstəliyə görə ehtiyatda olan şəxslərin sonradan sağlam hesab edilərək həqiqi hərbi xidmətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.           Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.2-ci maddəsinə əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir.           Əlavə olaraq bildiririk ki, bu kateqoriyadan olan vətəndaşlar təkrar tibbi müayinə zamanı “hərbi xidmətə yararlı” hesab edildikdə, müddətli həqiqi hərbi xidmət müddətinin çəkilməmiş hissəsini keçmək üçün hərbi xidmətə çağırılmaları mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.    
Amar Soruşur Yazılma Tarixi:30.11.2024 13:30:43

Mənim hərbi biletimdə mütəmadi yararsız yazılıb mən indi yararlıyam yoxsa yararsız?

Müəyyən edilmişdir ki, Siz Xidmətin İsmayıllı rayon şöbəsinin ilkin qeydiyyat komissiyası tərəfindən 26.01.2023-cü il tarixdə tibbi baxışdan keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin  29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilərək qeydiyyata alınmısınız. Sizin 18 (on səkkiz) yaşınız tamam olduqda qeydiyyatda olduğunuz Xidmətin İsmayıllı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14890