Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Seymur Soruşur Yazılma Tarixi:26.11.2024 09:52:57

Salam, Mən Quliyev Seymur Ağahüseyn oğlu 1985 təvəllüdlü. Hərbi xidmətdə Kiçik çavuş və Çavuş kimi xidmət etmişəm. Hərbi təlimlərdə iştirak etmək istəyirəm. Xahiş edirəm yaş həddini aşağı salmayasınız. Hərbi təlim hər zaman bizlərə lazımdır və vacibdir. Öncədən təşəkkür edirəm.

Hərbi təlim toplanışlarında iştirak etməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır.            “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli Qanununun 45.1-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.                           Bildiririk ki, müvafiq dövlət qurumlarından Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş sifarişlərə əsasən hərbi vəzifəlilər xidmət keçdikləri hərbi uçot ixtisaslarına uyğun olaraq hərbi qeydiyyatda olduqları Xidmətin strukturuna daxil olan qurumları tərəfindən hərbi təlim toplanışlarına çağırıla bilərlər.            Eyni zamanda bildiririk ki, toplanışa cəlb olunmağınıza zərurət yaranarsa, mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin Biləsuvar rayon şöbəsi tərəfindən hərbi təlim toplanışlarına çağırılacaqsınız.             Qanunla müəyyən edilmiş vəzifə kimi Vətənin müdafiəsini özünüzə mənəvi borc hesab etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.  
Balabəy Soruşur Yazılma Tarixi:25.11.2024 23:45:38

zəhmət olmasa mənə hansı maddə verilib getmə ehtimalım var hərbi xidmətə?

Hərbi xidmətə münasibətinizə dair məsələyə aydınlıq gətirilməsi barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.    Bildiririk ki, Siz 30.08.2022-ci il tarixdə Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən təkrar tibbi müayinəyə cəlb olunaraq barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 ”b” maddəsinin I qrafasına əsasən (diffuz düyünlü ur, entireoid vəziyyət) “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı qəbul edilmiş və 05.09.2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir.                        Səhhətinizlə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət müddəti bitdikdə, təkrar tibbi müayinə olunmağınız üçün Xidmətin Xaçmaz rayon şöbəsinə müraciət etməyiniz zəruridir.
Əli Soruşur Yazılma Tarixi:25.11.2024 21:26:26

Salam mən iyun ayında hərbi xidmətə çağrılmışam və yoxlanışlardan keçdikdən sonra yararsız olduğum məlum olub. Lakin bügün belə mənə hərbi bilet təqdim edilməyib. Bununla bağlı məlumat almağ isdəyirəm.

Hərbi biletin alınmasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır.           Bildiririk ki, müraciətinizdə doğum tarixi (gün, ay və il) və hərbi qeydiyyatda olduğunuz Xidmətin strukturuna daxil olan qurumun adını qeyd etmədiyiniz üçün sözügedən məsələyə aydınlıq gətirmək mümkün deyil.  
Nazim Soruşur Yazılma Tarixi:25.11.2024 15:45:51

Salam.Məndə Sinus taxikardiya,qida borusu yırtığı (3sm) Ezofaqit dərəcə A. Eroziv qastrit var hərbiyə yararlıyam?

Çağırışçıların qan dövranı sistemi xəstəlikləri və həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.  
Elnara Soruşur Yazılma Tarixi:25.11.2024 14:14:41

Salam. Hər vaxtınız xeyir olsun. Mənim oğlum Autizm xəstəsidir. Bu xəstəliklə xidmətə yararlı və ya yararsız hesab olunur? Öncədən təşəkkür edirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Ruhi pozuntular üzrə: dərin, ağır və orta dərəcəli əqli gerilik və ya əqli inkişaf pozuntusu ilə autizm spektrli pozuntu” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.
Cümşüd Soruşur Yazılma Tarixi:25.11.2024 14:06:39

Salam mən aprel , oktyabr yoxlanışların hamsindan keçmişəm. Nəticələrimi bilmək istəyirəm.

Müəyyən edilmişdir ki, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş, komissiyanın rəyinə əsasən Respublika Neyrocərrahiyyə Xəstəxanasına, Respublika Psixiatriya Xəstəxanasına və Nizami Tibb Mərkəzinə əlavə müayinələrə göndəriləcəksiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Ağsu rayon şöbəsinə daxil olduqdan sonra Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndiriləcək və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Aqil Soruşur Yazılma Tarixi:25.11.2024 08:11:23

Salam, 6-cı kəllə siniri anadan gəlmə olmayan şəxs hərbiyə yararlıdırmır? Vəya bu yararlılıq hansı maddə ilə yoxlanılır?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətlərə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, eyniməzmunlu elektron müraciətiniz tərəfimizdən cavablandırılmışdır.
Cəfər Soruşur Yazılma Tarixi:24.11.2024 21:37:24

Salam mən 4 ay hərbidə olduqdan sonra yararsiz olduquna görə ehtiyata buraxıldım. Hər dəfə yoxlanış 5 ildən bir olacaq yoxsa 3 ildən bir ?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.2-ci maddəsinə əsasən, birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 (beş) ildən bir keçirilir.
Elvin Soruşur Yazılma Tarixi:24.11.2024 13:30:11

Salam mən eplepsiya, xestesiyem 20 iıdir, hemde teşviş heyecan teşviş pozuntusu, Panik atak xestesiyem meni apara bilerlermi eagerliye

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli            59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 21-ci maddəsinin “b” bəndinin (tutmadan kənar vaxtda ruhi pozulmalar olmadan tək-tək və nadir epileptik tutmalar olduqda) I qrafasına əsasən           “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Fərhad Soruşur Yazılma Tarixi:24.11.2024 12:40:42

Salam, mən neçə dəfə yoxlanışdan keçmişəm, göndəriş də veriblər, gedib keçmişəm. Lakin bir məlumat ala bilmirəm. Zəhmət olmasa nəticə barədə məlumat verə bilərsiz?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Milli Onkologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir. 
Cədvəldə sətir sayı :14890