Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hüseyn Soruşur Yazılma Tarixi:10.12.2024 23:33:34

Salam səfərbərlik xidməti mənim müraciətimə niyə baxmır?

Hərbi uçotdan çıxarılmağınıza dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətlərinizə baxılmışdır.  Müəyyən edilmişdir ki, Siz Xidmətin Sabirabad rayon şöbəsi tərəfindən 2024-cü ilin iyul çağırışına cəlb olunmusunuz və əlavə müayinəyə zərurət yarandığı üçün 17.05.2024-cü il tarixdə “Milli Onkologiya Mərkəzi”nə göndərilmisiniz. “Milli Onkologiya Mərkəzi”ndən daxil olmuş 05.06.2024-cü il tarixli 768 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən (Diaqnoz: Sağ topuq oynaq nahiyəsinin fibrosarkoması.Cərrahi əməliyyat, şüa terapiyası və 4 kurs PKT-dən sonrakı vəziyyət. İA mərhələ.) Xidmətin Sabirabad rayon çağırış komissiyası tərəfindən barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin 10-cu maddəsinin I qrafasının “b” bəndi ilə “dinc dövrdə hərbi xidmətə yararsız,müharibə dövrü məhdud yararlı” qərarı verilmişdir.  01.10.2024-cü il tarixdə yekun rəyin verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilmisiniz və barənizdə ”həm dinc dövrdə,həm də müharibə dövründə hərbi xidmətə yararsız” qərarı qəbul edilərək hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmısınız  və hərbi biletlə təmin olunmusunuz.  Qeyd olunanları nəzərə almağınız xahiş olunur.  
Aqil Soruşur Yazılma Tarixi:10.12.2024 22:41:56

Salam Dövlət xidməti, mənim suallarımı görməzdən gəlirsiniz. Mən yenədə texniki səhv olacağını düşünüb yenidən sual ünvanlayıram. 1)Bir şəxsin krediti,ipoteka borcu və s. öhdəliyi varsa hərbi xidmətə gedərsə bu dondurulurmu? 2)Bir şəxsin 6-cı kəllə siniri yoxdursa, bu maddə 26 -da tətbiq olunmaması halı mümkündürmü?

Çağırışçılarda periferik sinir sisteminin xəstəlikləri üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 26-cı maddəsinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul ediləcəkdir.
Bəxtiyar Soruşur Yazılma Tarixi:10.12.2024 20:29:04

Salam Mən Bəxtiyar Hümbətzadə Bütün Müayinələrdən Keçmişəm Cavablar Haqqında Məlumat Verərdiniz Zəhmət Olmasa Təşəkkürlər.

Müəyyən edilmişdir ki, Siz növbəti tibbi şəhadətləndirilmə zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Ağdam rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.  
Murad Soruşur Yazılma Tarixi:10.12.2024 15:54:04

Salam.Mən oktyabr ayında müayinələrdən keçmişəm.Bilmək istəyirəm hərbi xidmətə yararlıyam.

Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün Sizin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Elnur Soruşur Yazılma Tarixi:10.12.2024 14:06:50

Salam,yoxlanışdan keçmişəm cavablarını öyrənmək istiyirəm.

Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq diaqnostik müayinələrdən keçiriləcəksiniz. Müayinə nəticələrinə əsasən barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq qərar qəbul ediləcəkdir. Bu səbəbdən Sizin Xidmətin Nərimanov rayon idarəsinə müraciət etməyiniz vacibdir.
Arif Soruşur Yazılma Tarixi:10.12.2024 12:26:30

Salam,Mən ödümə görə Onkoloji mərkəzdən,yastıayaqlığa görə isə Sabunçu Tibb Mərkəzindən əlavə yoxlanışdan keçdim.Nəticəni bilmək istərdim.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, Siz 2025-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Qaradağ rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 29.11.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə və Milli Onkologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət   Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Rahib Soruşur Yazılma Tarixi:10.12.2024 03:25:02

Salam mən Rahib Abaszade Nazim Oğlu tibbi Muayinədən Keçmişəm mənə Bir Xəbər Deyilmiyib zəhmət Olmasa Cavab Vererdiz

Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı tibb müəssisələrinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparıldıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Saatlı rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Bəxtiyar Soruşur Yazılma Tarixi:09.12.2024 22:00:27

Salam mənim 18 yaşım iyulda tamam oldu ama çəkim 45 dən aşağı olduğuna görə saxladılar. Oktyabr çağırışında isə heç vaynkamata çağırmadılar. İndi mənim çəkim qalxmasa 35 yaşına kimi hər 3aydan bir çağırıb çəkimi yoxlayacaqlar yoxsa bir müddət sora çəki qalxmadığına görə hərbi bilet verəcəklər yararsız kimi? xaiş edirəm geru dönüş edəsiz.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.  
Rövşən Soruşur Yazılma Tarixi:09.12.2024 21:23:46

Salam.Mənim Hərbi Biletimdə babasil Xəstəliyi qeyd olunub.Ama Babasildən Əlavə Digər xəstəliyim Movcuddur Alt Çənə və üst çənə üst üstə oturmur.12.12.2024 tarixdə Təkrar müayinədən Keçmək Üçün Saatlı Rayon Komisarlığına Çağırılmısam.Bilmək İstəyirəm Mən Saatlı Rayonunda müayinədən keçməliyəm yoxsa bakıda?bildiyimə görə saatlı rayonunda müayinədən keçdikdən sonra bakıya gondərirlər adiyyatı uzrə deyirlər ki muayinədən keçin gəlin.əgər mənim xəstəliyim saatlida müayinədən kecdikdən sonra təsdiq olunursa bakıya niyə göndərirlər?öncədən təşəkkür edirəm

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Səhhətiniz ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət müddəti bitdikdə, Sizin təkrar tibbi müayinə olunmağınız üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə müraciət etməyiniz vacibdir. Sizin möhlət hüququnuz 29.12.2024-cü il tarixdə bitir. Təkrar tibbi şəhadətləndirilmə zamanı vətəndaş qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunur və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edilir. Əlavə olaraq bildiririk ki, Xidmətin yerli struktur bölmələri ilkin hərbi qeydiyyata alınanların, çağırışçıların və hərbi vəzifəlilərin sağlamlıq vəziyyətlərinin müəyyən edilməsi məqsədilə diaqnozlarda mürəkkəb diaqnostik differensasiyaya zərurət olduğu hallarda ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilməlidirlər.  
Asim Soruşur Yazılma Tarixi:09.12.2024 20:21:32

Qəhrəmanzadə Asim Hətəm oğlu (Bərdə RSX) 2024-cü ilin oktyabr ayında tibbi müayinəyə çağrılıb, səhəti ilə əlaqədar həkim komissiyasına göndərilib, lakin cavabı bilinmir. Bu barədə məlunmat verə bilərsinizmi ?

Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 13.08.2024-cü il tarixdə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət     Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin        I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Bildirilir ki, 04.05.2025-ci il tarixədək səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14890