Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ÜMÜD Soruşur Yazılma Tarixi:16.12.2024 19:29:07

Xroniki övrə xəsdəliyi ilə xidmətə yararlı hesab edilirikmi? Mən iyul prizivi idim xəsdəliyimlə bağlı 6 ay möhlət hüququ almışam. Və yenidən yanvar çağırışına cəlb edildim . Məni dəri zöhrəvidən yoxlanışdan keçmişəm. Sadəcə sosial fonddan son yoxlamaya göndəriləcəm. Mənə təkrar möhlət hüququ verilə bilərmi? Hal hazrda xəsdəliyim aktivdi . Zəhmət delsə cavablandırardız.

Məlum olmuşdur ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdiyindən Siz Xidmətin Quba rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Respublika Dəri-Zöhrəvi Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Quba rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Rauf Soruşur Yazılma Tarixi:16.12.2024 19:02:18

Salam,men Lenkaranda yoxlanişdan keçmişem.və bilməy istəyirəm ki,Bakiya Təstiq ucun nə vaxt gədəcəm? və gedməliyemmi?zəhmət olmasa ətrafli deyərdiz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu səbəbdən Sizin Xidmətin Lənkəran rayon şöbəsinə müraciət etməyiniz vacibdir.
Cavad Soruşur Yazılma Tarixi:16.12.2024 18:10:24

Salam, mən xəstəxanalardan müayinədən keçmişəm. Yararlı olub-olmadığımı öyrənmək istəyirəm.

Müəyyən edilmişdir ki, Siz Xidmətin Yardımlı rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinəyə göndərilmənizə zərurət yaranmışdır. Bildirilir ki, Siz Respublika Psixiatriya Xəstəxanasında müayinədən keçdikdən sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Süleyman Soruşur Yazılma Tarixi:16.12.2024 14:59:21

Salam mənə I47.0-Qayıdan mədəcik aritmiyası diaqnozu qoyulub. Dəfələrlə möhlət verilib. Lakin son 2 ildi yoxlanışa çağrılmıram. Bu diaqnoz ilə xidmətdən uzunmüddətli möhlət ala bilərəmmi?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, əlavə və mütləq müayinəniz yekunlaşdıqdan sonra barənizdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Kərəm Soruşur Yazılma Tarixi:16.12.2024 13:53:00

Salam, Oktyabrda çağırışım var idi. Həkim nəzarətindən keçdim, sonrasında 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya yoxlanışa göndərildim. Sonrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib orda da yoxlanışdan keçdim. Cavablar barəsində məlumat almaq istəyirəm. Əlavə olaraq şəxsi olaraq nəticələrimə baxabiləcəyim bir sayt var? Çox sağolun.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Kamran Soruşur Yazılma Tarixi:16.12.2024 12:10:58

Salam. Mən dekabr ayının 3-də Reabiltasiya mərkəzində yoxlanışda oldum. Nəticələrim barəsində məlumat ala bilərəm

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Cavid Soruşur Yazılma Tarixi:16.12.2024 12:06:24

Salam her vaxtınız xeyır,mende onurga sütunu döş şöbesınde sağa 8 derece skalioz qeyde alınıb.Men esgerlıye yararlı sayılıram?23 yasım var bu arada

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən I (birinci) dərəcəli skolioz (əyilmə bucağı 80) diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “Hərbi xidmətə yararlıdır” hesab edilirlər. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunur və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edilir
Xəqani Soruşur Yazılma Tarixi:15.12.2024 15:30:00

Salam, 3 ildən bir müayinə zamanı,hər müayinəyə çağırış vayankumat tərəfindən verilir? Yoxsa çağırışçı özü getməlidimi xəbər verilmədən?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Səhhəti ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət müddəti bitdikdə, şəxsin təkrar tibbi müayinə olunması üçün hərbi qeydiyyatda olduğu Xidmətin strukturuna daxil olan quruma müraciət etməsi vacibdir.
Orxan Soruşur Yazılma Tarixi:15.12.2024 14:05:11

Salam Aleyküm Men İbrahimov Orxan Mübariz Oğlu Ağdamin vaykamatna 30.10.24. getmeyimdim amma 26.11.24 getdim orda meni Ağdamin merkezi kinikasi göndererdi oradan hekimlerden keçdim ve vaykamat meni 1 nomreli pisktiyatir xestexansina gönderdiler onda kamsaliqdan keçdim bilmek isteyirem herbiye yaralıyam yoxsa yarasima?

Müəyyən edilmişdir ki, Siz növbəti tibbi şəhadətləndirilmə zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Dövlət tibb müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Ağdam rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.  
Qabil Soruşur Yazılma Tarixi:15.12.2024 01:24:02

Salam Men Yaqubov Qabil 2010cil ilde Herbi xidmetde olmusam Herbi xidmet dovrunde xestelikle bagli texris edibler my.govda e.govda baxiram herbi statusda yazilib ki xidmet kecmeyib sebeb nedir?xidmetde olmusam men az muddetde olsa

Hərbi xidmət keçməyiniz barədə məlumatlara Xidmətin Vahid elektron informasiya sistemində düzəlişlərin edilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.
Bildiririk ki, hərbi xidmət keçməyiniz barədə məlumatlara Xidmətin Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən Vahid elektron informasiya sistemində düzəlişlər edilmişdir.

Cədvəldə sətir sayı :14890