Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xanlar Soruşur Yazılma Tarixi:09.11.2024 18:32:57

Salam.Hərbi kamisarlıqda muayinədən keçərkən məndə skolioz aşkar edilmişdir.Və bununla əlaqədər məni Travmatologiya və Ortopediya İnstitutu-na göndərmişdilər.Rentgen(ayaqüsdündə rentgen) muayinəsi zamanı 17 dərəcə skolioz aşkar edilmişdir. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ayaqüsdə yoxlanış zamanı 17 dərəcə skolioz aşkar edilmişdir.Amma uzanılı rentgen yoxlanışı zamanı 9 dərəcə skolioz aşkar edilmişdir.Bilmək isdırdim ki uzanılı dərəcədə yoxlama aparmaq nə dərəcədə düzgündür.Yoxlama prosesinin uzanılı yoxsa ayaqusdə aparılmasının düzgünlüyü haqqındada məlumat verməyinizi rica edirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin səhhətiniz ilə əlaqədar müraciətiniz nəzərə alınaraq, Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə ediməsi Aktı”na müvafiq olaraq müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Ağdam rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Şirin Soruşur Yazılma Tarixi:09.11.2024 16:50:04

Salam. Yuxu epilepsiyası və qıcıqlanmış bağırsaq sindromu olan şəxs yararlılığın hansı kateqoriyasına aid edilir?

Çağırışçıların sinir sistemi xəstəlikləri və həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən aparılır. Bildirilir ki, təhsil almağınızı nəzərə alaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən Sizə 01.07.2025-ci il tarixədək möhlət hüququ verilmişdir. Möhlət hüququ bitdikdə qeydiyyatda olduğunuz Xidmətin Ağdaş rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq hərbi xidmətə yararlı     olub-olmamağınız barədə qərar qəbul olunacaqdır.
İlham Soruşur Yazılma Tarixi:08.11.2024 21:41:07

Generalizə olunmuş həyacan təşviş pozuntusu (panikatak) xidmətə yararlı hesab olunur?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Psixi pozuntular üzrə: Generalizə olunmuş həyacan təşviş pozuntusu” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar barəsində ilkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 3 (üç) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” qərarı qəbul edilir. Çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.  
ƏLİ Soruşur Yazılma Tarixi:08.11.2024 11:08:23

Men ucar rayon herbi kamisarliginda herbi xitmede mehdut yarali oldugum ucu. Her 3 ilden bir tibii yoxlanisdan kecirem yenede kecmeyucun Ucar rayon xesdexanasindan gonderis alib rayon xesdexanasinda tibi kamisyani kecmisem ve bundan sonra cavablari siteme vurublar bakiya gonderis verdiler 2 xesdexanaya respublanski ve travmatolgiyaya ama Ora getdim dediler sistemde adin yoxdu ve men 1 aydi bu problemi yasayiram herbi kamisarlig deyirki tebibin siteminde problem var ona gore men buproble gore ozume xaroci pasport alanmiram isimde problem yarancag eyer almasam kamisarliga deyirem senedleri tezden vurun deyirlerki yox xahis edrem komeklik edi

Səhhətinizlə əlaqədar əlavə tibbi müayinələrə cəlb edilməyinizə köməklik göstərilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Araşdırma zamanı 20.11.2024-cü il tarixdə Xidmətin Vahid elektron informasiya sistemi üzərində yaranan texniki nasazlığın aradan qaldırıldığı və əlavə müayinə olunmağınız üçün                              Sizə Ucar rayon şöbəsi tərəfindən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Respublika Klinik Xəstəxanasına müvafiq göndərişlərin verildiyi məlum olmuşdur.  
Tofiq Soruşur Yazılma Tarixi:08.11.2024 07:53:25

Salam hər vaxtınız xeyir olsun.Men sağlamlıq vəziyyəti nə görə hərbi xidmətə aparilmamişam mənə əlillik dərəcəsi düşürmü, düşürsə hara müraciət edmeliem?

Əlilliyin təyin olunmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Müraciətdə qeyd etdiyiniz məsələnin həlli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətinə aid olmadığından, məsələyə baxılması üçün mövcud sənədlərlə qeydiyyatda olduğunuz yaşayış yeri üzrə tibb müəssisəsinə (poliklinikaya) müraciət etməyiniz tövsiyə olunur.
Səməd Soruşur Yazılma Tarixi:07.11.2024 15:37:55

Salam vaxtınız xeyir talesemiya daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirmi?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Talassemiya gen daşıyıcısı” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” qərarı qəbul edilir.
Ağaseyid Soruşur Yazılma Tarixi:07.11.2024 15:18:31

Salam 1 hayasi olmayan herbi xidmet ucun yararlidirmi?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Vahid xaya” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Natiq Soruşur Yazılma Tarixi:07.11.2024 15:18:09

Salam, göndəriş əsasında, 04.11.2024-cü il tarixdə DTSERA-da müayinədən keçmişəm, nəticə barədə məlumat verərsiniz zəhmət olmasa.

Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Tovuz rayon şöbəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”ına müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir.
Hüseyin Soruşur Yazılma Tarixi:07.11.2024 12:17:16

Komissiyanin neticeleri nece oldu

Müəyyən edilmişdir ki, növbəti təkrar tibbi müayinə zamanı, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş                və səhhətiniz ilə əlaqədar 27.05.2024-cü il tarixdə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “3 (üç) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Alik Soruşur Yazılma Tarixi:07.11.2024 09:05:00

Salam komisyanin rəyi məhdud yararlı yazilibsa və hərbi biletə də məhdud yararlı yazilibsa xidmət zamani əsgər nələrdən azad olunur hal hazirda xidmətdədi

Bildirilir ki, müddətli həqiqi hərbi xidmətə “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” hesab edilən çağırışçılar, bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s).
Cədvəldə sətir sayı :14890