Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nicat Soruşur Yazılma Tarixi:01.11.2024 23:33:59

Salam mənim 2 dizimədə travma nəticəsində su yığılıb bir dəfə çəkdrimişəm yenə yığılıb. 2 dəfə hərvi komisarlığ mənə möhlət verib 6 aylığ ama yenədə problemim eynidi bilmey istiyirem yararlıyam mən yoxsa yox?

Müəyyən edilmişdir ki, 2024-cü ilin aprel çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 18.03.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya      və Ortopediya İnstitutuna əlavə tibbi müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, 10.04.2025-ci il tarixdə təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Saleh Soruşur Yazılma Tarixi:01.11.2024 00:53:12

Salam. Məndə ürəkdə 1-2ci dərəcəli Mitral qapaq prolapsı və eyni zamanda Toxumluq Ciyəsinin ikitərəfli 3-cü dərəcə varikoz damar genişlənməsi (yəni varikosele) var. 2021-ci ildə Ürək problemimə görə C bəndinə tətbiq edilmişdir və hal-hazırda komissiyanın vaxtıdır deyə təkrar müayinələrə cəlb olunmuşam. Bilmək istəyirdim ki, müayinələr əsasında hər iki diaqnoz təsdiqini taparsa mənə hansı bənd tətbiq ediləcək və tətbiq edilmə zamanı hər iki xəstəlik nəzərə alınaraq qərar verilir yoxsa necə?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Şəki rayon şöbəsi tərəfindən növbəti təkrar tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinələrə göndərilmisiniz. Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzininin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ı şöbəyə daxil olmuş, lakin Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun müayinə nəticəsi daxil olmamışdır. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” şöbəyə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcək və nəticəsi barədə Xidmətin Şəki rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir. Bildiririk ki, “Qan dövranı sistemi xəstəlikləri üzrə: III (üçüncü) dərəcəli varikosele. Mitral qapağın prolapsı II (ikinci) dərəcə” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. “Mitral qapağın prolapsı I (birinci) dərəcə” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilirlər.  
HÜSEYN Soruşur Yazılma Tarixi:01.11.2024 00:30:42

Men şemkir rayonundan hüseyn rzayevdi mene 2021 ci ilde dinç dövür ücün herbi xidmete yararsız müharibe dövrü ücün yararlı hesab edilmişem indi 2024 17 .09 tarixinde bakı elmi cerahiye xestexanasında tibi herbi kamisiyadan kecdim hal hazırda herbi xidmete yararlı ve ya yararsız olduğuma dair melumat vererdiniz xahiş edirem

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Şəmkir rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə əlavə müayinələrə cəlb olunmusunuz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Arif Soruşur Yazılma Tarixi:31.10.2024 20:42:53

Salam,sizə sual ünvanlamışdım cavabladığınız üçün minnətdaram.Bilmək istəyirdim ki, öddə polip olduqda hansı hallarda hərbi xidmətə yararsız sayılır? Polip tək olduqda 3mm-dən böyük olduqda yararlı sayılır mı?

  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Həzm sistemi xəstəlikləri üzrə: öd kisəsində 3 (üç) və daha çox polipi olan (polipoz)” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Təbriz Soruşur Yazılma Tarixi:31.10.2024 18:42:51

Məni könüllü olaraq növbəti təlim toplanışa cəlb etməyinizi xahiş edirəm

Hərbi təlim toplanışlarında iştirak etməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır.            “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli Qanununun 45.1-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.                           Bildiririk ki, müvafiq dövlət qurumlarından Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş sifarişlərə əsasən hərbi vəzifəlilər xidmət keçdikləri hərbi uçot ixtisaslarına uyğun olaraq hərbi qeydiyyatda olduqları Xidmətin strukturuna daxil olan qurumları tərəfindən hərbi təlim toplanışlarına çağırıla bilərlər.           Eyni zamanda bildiririk ki, zərurət yarandığı halda , ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi qeydiyyatda olduğu Xidmətin strukturuna daxil olan qurumu tərəfindən hərbi təlim toplanışına çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilirlər.            Qanunla müəyyən edilmiş vəzifə kimi Vətənin müdafiəsini özünüzə mənəvi borc hesab etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.
Emin Soruşur Yazılma Tarixi:31.10.2024 11:47:43

Salam.Mən səhətimdə olan probleme görə 2011 ci ildə dinc dövürde yararsiz muharibe dövründe məhdud yararli və Skaliyoz boyun əyriliyi diaqnozu ilə niqodunu edildim.ölkədən çixiş üçün xarici pasport almaq üçün müraciət etdim hərbi bileti təqdim etdim bildirdilər ki 2021 ci ilin peçati vurulmayib.2021 ci ilə travmatologiya inistutunda yoxlanişdan keçib sənədləri teqdim etmişəm hərbi komisarliga.2024 ci ildə yenidən çagriş üçün getdim yoxlanişa.Təlimlər üçün çagrişçilar çox oldugu üçün müayinədən keçə bilmədi.indi mən hara müraciət etməliyəm ki 2021 ci ilin peçati vurulsun və 2024 müayinəsi keçirilib peçat vurulsun.səhətimlə bagli mualicəyə getməliyəm.xaiş edirəm mənə köməklik gösdərəsiniz.Öncədən təşəkkürlər.

05.06.2021-ci il tarixdə təkrar tibbi müayinədən keçirilən zaman hərbi biletinizdə müvafiq qeydlərin aparılmadığına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.           Araşdırma zamanı Sizin 04.11.2024-cü il tarixdə Xidmətin Ağdaş rayon şöbəsinə dəvət edilərək, 05.06.2021-ci il tarixdə təkrar tibbi müayinədən keçirilməyinizə dair hərbi biletinizdə müvafiq qeydlərin aparıldığı məlum olmuşdur.  Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.           Səhhətinizlə əlaqədar Sizə verilmiş möhlət müddəti 05.06.2024-cü il tarixdə bitdiyi üçün, Xidmətin Ağdaş rayon şöbəsi tərəfindən 04.11.2024-cü il tarixdə  yenidən təkrar tibbi müayinəyə cəlb edilərək Ağdaş rayon Mərkəzi Xəstəxanasına göndərilmisiniz. Nəzərdə tutulan tibbi müayinələr tam yekunlaşdıqdan sonra barənizdə müvafiq qərar qəbul ediləcək və 2024-cü il tarixdə təkrar tibbi müayinədən keçirilməyinizə dair hərbi biletinizdə qeydlər aparılacaqdır.  
ASLAN Soruşur Yazılma Tarixi:31.10.2024 10:05:37

Mən 1 dəfə III dərəcəli alimentar piylənmə ilə bağlı 6 aylıq hərbi xidmətə müvəqqəti yararsız (ilk dəfə aşkarlandığı üçün) hesab olunmuşam. Bu il Oktyabr çağırışındada həm hərbi həkim komissiyasında, həm dövlət tibb müəssisəsində həm də Respublika Əlillərin Bərpa mərkəzində komissiyalardan keçmişəm və yenidən III dərəcəli piylənmə- BÇİ-42 aşkarlanıb. Mənim haqqımda hansı qərar veriləcək? 13-cü maddənin hansı bəndi üzrə şəhadətləndiriləcəm?

Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 20.09.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq 6 (altı) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Əlavə olaraq bildirilir ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Saday Soruşur Yazılma Tarixi:31.10.2024 02:57:38

Salam .mənim ayaq qısalığı neçe santimetrdən çox olduqda mən xəstəliklər cədvəlinin C vədinə əsasən sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı sayılıram?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Sümük əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə: Qıçın 2 sm-dən 5 sm-ə qədər qısalması” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
Kənan Soruşur Yazılma Tarixi:30.10.2024 22:18:36

Hepatit B daşıyıcısı əsgərə gedir?

:  Bildirilir ki, “Yoluxucu və parazitar xəstəliklər üzrə: hepatit B, hepatit C və digər hepatotrop hepatitlər virusu daşıyıcıları” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Cəfər Soruşur Yazılma Tarixi:30.10.2024 16:47:30

Salam Mənim gözüm biri 10 faiz biri isə 20 faiz görür mən əsgərliyə yararlıyammı?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli       59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14890