Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ŞAHVƏLƏD Soruşur Yazılma Tarixi:21.10.2024 19:32:30

Salam mənim belimde 4mm qirija var herbi xidmete yararlıyamı?

Bildirilir ki, onurğa sütununda 5mm yuxarı yırtıq olan çağırışçılar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
İntiqam Soruşur Yazılma Tarixi:21.10.2024 17:36:14

Salam, mən hərbi həkim komissiyasından yoxlamadan keçmişdim. 9 oktyabr tarixində Sosial Müdafiə Nazirliyinin Reabilitasiya Agentliyindən də yoxlamadan keçdim. Yekun qərarla bağlı məlumatı hradan əldə edə bilərəm?

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.  
Fərid Soruşur Yazılma Tarixi:21.10.2024 15:34:50

Salam məndə təkrar tibbi müayinə oktyabr ayının 26 sidi ayın 24 u gəlib keçə bilərəm vaxtindan əvvəl

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Səhhətiniz ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət müddəti bitdikdə, Sizin təkrar tibbi müayinə olunmağınız üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin strukturuna daxil olan quruma müraciət etməyiniz vacibdir.
Səftər Soruşur Yazılma Tarixi:20.10.2024 21:42:55

Salam. Oktyabr ayında həkim yoxlanışından keçmişəm. Səhhətimlə bağlı hansı rəy verilmişdir. Zəhmət olmasa deyə bilərsinizmi?

                                                     Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müarciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Nərimanov rayon idarəsi tərəfindən 2024-cü ilin oktyabr çağırışına cəlb edilərək rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin barənizdə təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq rayon çağırış komisisiyası tərəfindən şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “A-4 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” qərarı ilə 28.10.2024-cü il tarixdə təyin olunduğunuz Fövqəladə Hallar Nazirliyinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Hal-hazırda müddətli həqiqi hərbi xidmətdə olduğunuz üçün müraciətinizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə xidmət etdiyiniz hərbi hissə komandirinə müraciət etməyiniz məqsədəuyğundur.
Tərlan Soruşur Yazılma Tarixi:20.10.2024 17:17:37

Salam. Mənim 18 yaşım olanda məni əsgərliydən saxladılar 3 ildən sonra təkrar yoxlanışa çağırdılar hələ qərar qəbul edilməyib dedilər. Üstündən çox vaxt keçib mən bilmək istəyirəmki mən yenə yararsızam hərbiyə yoxsa yararlıyam zəhmət olmasa cavablandırarsız.

Müəyyən edilmişdir ki, Siz növbəti tibbi şəhadətləndirilmə zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə, Nizami Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Suraxanı rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Əlihəsən Soruşur Yazılma Tarixi:20.10.2024 13:44:25

Salam aleykom mənim ayağımda sol ayağımda2.sag ayağımda 3 yastı pencəlik var mən əsgər gedəcəm buna rəğmənde heç şikayətim yoxdur sənəddə yazılıb usagligdan var

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli      59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən III dərəcə yastıayaqlılıq diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Məhəmməd Soruşur Yazılma Tarixi:20.10.2024 06:07:05

Salam. Mənim 2ci dərəcə varikosel narahatlığım var. Fiziki hərəkətlər zamanı ağrılar olur. Bundan əlavə və əsas olaraq da anadangəlmə xroniki autoimmum tireoidit xəstəliyim olduğu üçün daimi dərman atmalıyam, bununla bağlı nəbzim 100dən yuxarı olur. Həmçinin də təzyiqim 2 3 gündən bir 140dan yuxarı olur. Təzyiqin səbəbi isə hələ məlum deyil. Bütün bunlar nəzərə alındıqda mən xidmətə yararlı yoxsa yararsız sayılıram? Yoxlanışlardan keçmişəm, Xəbər yoxdur.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Qan dövranı sistemi xəstəlikləri üzrə: I-II (birinci-ikinci) dərəcəli varikosele” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafası üzrə şəhadətləndirilən çağırışçılarda hipertoniya xəstəliyinin diaqnozu stasionar müayinə və dispanser müşahidənin nəticələri ilə təsdiq olunmalıdır. Arterial hipertenziyanın ilk dəfə aşkar edildiyi və müşahidə müddətinin kifayət qədər olmadığı hallarda hipertoniya xəstəliyinin olması ixtisaslaşdırılmış bölmədə təsdiq edilməlidir. Hipertoniya xəstəliyinin bütün hallarında simptomatik hipertenziyalarla differensial diaqnostika aparılmalıdır. Simptomatik arterial hipertenziyası olan şəxslər əsas xəstəliyə görə şəhadətləndirilirlər. “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları üzrə: Xroniki fibroz və autoimmun tireoiditi olan şəxslər qalxanabənzər vəzinin funksiyasının pozulma dərəcəsindən asılı olaraq, “a”, “b” və ya “c” bəndi üzrə (funksiyaların pozulması olmadıqda, 12-ci maddənin “c” bəndi üzrə) şəhadətləndirilirlər. “ç” bəndinə qalxanabənzər vəzidə, digər endokrin vəzilərdə operativ müdaxilələrdən sonrakı hallar, kəskin və yarımkəskin tireoiditlərin müalicəsindən sonrakı hallar aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Çağırışçılar qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
Bəxtiyar Soruşur Yazılma Tarixi:19.10.2024 16:44:35

Salam,oktyabrın sonu əsgər gedirəm,düşdüyüm yeri necə öyrənə bilərəm?

Bildirilir ki, Siz dəfələrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə dəvət olunmuş, lakin mütləq müayinələrdən keçmədiyiniz üçün DTSERA-ya təqdim edilməyiniz mümkün olmamışdır. Sizin Xidmətin Ağdaş rayon şöbəsinə müraciət etməyiniz zəruridir. Müayinə nəticələrinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Elşən Soruşur Yazılma Tarixi:19.10.2024 04:55:43

Salam mən bilmək istiyirdim ki mənim hərbi biletim var yararsız amma hərbi xidmətə yararlıyam 3 illik təkrar müayinələrdən keçmişəm və hərbi xidmətə getmək istiyirəm bu ay gedə bilərəm hərbi xidmətə

Hərbi xidmətə göndərilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.              Məlum olmuşdur ki, təkrar tibbi müayinəyə cəlb edilmisiniz. Nəzərdə tutulan tibbi müayinələr tam yekunlaşdıqdan sonra Xidmətin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən qəbul ediləcək qərar barədə Sizə məlumat veriləcəkdir.
Vaqif Soruşur Yazılma Tarixi:18.10.2024 12:18:25

Salam. Mən 44 günlük Vətən müharibəsi iştirakçısıyam və Veteran kitabçasını hələdə əldə etməmişəm. Zəhmət olmasa ən tez zamanda hardan və necə əldə edə biləcəyim barədə məlumat verərdiz . Qeydiyyatım Cəlilabad rayonuna olsada hal hazırda Bakı şəhərində dövlət qurumunda çalışıram deyə işlə əlaqədar olaraq tərk edə bilmirəm şəhəri. Zəhmət olmasa, Bu mövzuda kömək edərdiz.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına “Müharibə veteranı” vəsiqənizin verilməməsinə dair daxil olmuş müraciətinizə baxılmışdır.                                                                                             Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş “Müharibə veteranı” vəsiqənizin sizə təqdim olunması üçün şəxsiyyət vəsiqəsi ilə Xidmətin Cəlilabad rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.  
Cədvəldə sətir sayı :14890