Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cami Soruşur Yazılma Tarixi:11.10.2024 14:58:13

55 dərəcə bucaqlı, 3cü mərhələ kifoz hərbi xidmətə yararlıdır?

Bildirilir ki, “III mərhələ kifoz” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Murad Soruşur Yazılma Tarixi:11.10.2024 00:26:16

Salam, Mən Novruzov Murad Fuad oğlu. Sualım ondan ibarətdirki 3 ildən bir yoxlama komissiyasına cağırılmışam (dsk) və mənə məhdud yararlı diaqnozu qoyulub bu halda mən hərbiyə aparıla bilərəmmi ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.  
Elvin Soruşur Yazılma Tarixi:10.10.2024 20:06:24

Salam döş kifozu ,belde əyrilik ,öd kisesinde polib 5.4 ml ayağ veterinin yırtılması ve ayaga maye yığılması herbi xidmete yararlıdırmı

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Həmz sistemi xəstəlikləri üzrə: öd kisəsinin polipi” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər. “Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 57-63-cü maddələrinin I qrafasının tələblərinə əsasən orqanın hərəki, vegetativ-trofiki pozulmalarının dərəcəsindən və davamlı ağrı sindromu ilə müşayiət          olub-olmamasından asılı olaraq aparılır. Çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
İsmayıl Soruşur Yazılma Tarixi:10.10.2024 14:09:28

Salam emeliyatla mili olan yararli sayilirmi?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Nəsimi rayon idarəsi tərəfindən 2024-cü ilin oktyabr çağırışına cəlb edilərək, rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Sabunçu Tibb Mərkəzinə, 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq barənizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılacaq və müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Nəsimi rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Elvin Soruşur Yazılma Tarixi:10.10.2024 13:48:50

Salam. Mən 3 ildən bir keçirilən müayinə üçün Cavadzadə adına xəstəxanada olmuşam.Ən son KT üçün müayinə qalmışdı ondan da sentyabrda keçmişəm.Xəstəxanadan bildirildi ki,hərbi modulda ad çıxmır və səfərbərlik üzrə xidmətə müraciət etməliyəm ki,xəstəxana sistemə işləyə bilsin.Zəhmət olmasa bu barədə köməkçi olardınız.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətlərə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmışdır. Yekun müayinənin nəticəsi barədə Sizə Xidmətin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.  
Kamran Soruşur Yazılma Tarixi:10.10.2024 11:20:14

Salam.Oglumun 14 yaşı tamam olub 2010 təvəllüdlü.Ayaginin alti yastidir.Bu fakti harada qeydiyyatdan keçirməliyəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1 bəndinə əsasən “Hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınırlar”. Əlavə olaraq bildiririk ki, oğlunuz hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölmə) ilkin qeydiyyata alma komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Paşa Soruşur Yazılma Tarixi:09.10.2024 01:05:57

Müddətli hərbi xidməti başa vurduqdan neçə gün sonra ölkəni tərk etmək olar? Məsələn Aprelin 1 i təxris olan birisi aprelin 10 u xaricə gedə bilər?

Müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra ölkəni tərk etməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır.           Bildiririk ki, hazırda ehtiyatda olan hərbi vəzifəlilərə ölkəni tərk etməklə bağlı heç bir məhdudiyyət yoxdur.
RZA Soruşur Yazılma Tarixi:08.10.2024 21:08:32

Salam Mən Sentiyabırın 12,14,16 sı tarıxlərində həkim komisyasınan keçmişəm nəticə baradə heç nə deyilmiyib bu günə qədər Xaiş edirəm köməklik göstərəsiniz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Suraxanı rayon idarəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Sabunçu Tibb Mərkəzinə, 2 saylı Dəri-Zöhrəvi Dispanserinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Elvin Soruşur Yazılma Tarixi:08.10.2024 11:20:33

Salam mən herbi komisarliqa cagrildim mende 5 prablem çıxdı meni Broxit asma ilə əlaqədar xəstəxanaya gonderilirem. Bu xəstəxanadan bsqa yenide sosialda muayineye gönderilecem?

Müəyyən edilmişdir ki, Siz növbəti təkrar tibbi müayinə zamanı qeydiyyatda olduğunuz Xidmətin Yasamal rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Yasamal rayon idarəsi tərəfindən məlumat veriləcəkdir
Faiq Soruşur Yazılma Tarixi:08.10.2024 08:07:51

Salam mən oktyabr çağrişina cəlb olunmuşam ama çağiriş gəlməyib

  Cavab: Hərbi xidmətə göndərilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş təkrar elektron müraciətinizə baxılmışdır.              Bir daha bildiririk ki, təkrar tibbi müayinəyə cəlb edilmisiniz. Nəzərdə tutulan tibbi müayinələr tam yekunlaşdıqdan sonra Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən qəbul ediləcək qərar barədə Sizə məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14890