Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vaqif Soruşur Yazılma Tarixi:04.10.2024 08:32:27

Salam.Mən hərbi komissiyanın həkim yoxlanışından və Sabunçi xəstəxanasının hərbi həkim komissiyasından keçmişəm.Hal-hazırda əsgərliyə çağırışlar başlayıb amma mən hələdə bilmirəm mənim nəticələrim necə oldu gedirəm yoxsa yox əsgərliyə heç bir informasiya verilməyib

: Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 11.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə  müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin ”Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.  
Kamran Soruşur Yazılma Tarixi:03.10.2024 10:39:44

Salam. Mən keçən ay göz zəifliyinə görə təkrar yoxlanışlardan keçdim. Cavabı bilmək istəyirəm zəhmət olmasa. Təşəkkürlər.

Müəyyən edilmişdir ki, növbəti təkrar tibbi müayinə zamanı, Siz Səfərbərlik     və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 06.09.2024-cü il tarixdə Nizami Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Suraxanı rayon idarəsi tərəfindən əlavə məlumat veriləcəkdir.  
ELVİN Soruşur Yazılma Tarixi:02.10.2024 10:55:28

Salam mən bilmək istəyirəm ki Hərbi xidmətə yararlıyam yararsız.

  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Bərdə rayon şöbəsi tərəfindən 2024-cü ilin oktyabr çağırışına cəlb edilərək, rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 12.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılacaq və müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Bərdə rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Vüsal Soruşur Yazılma Tarixi:30.09.2024 10:00:23

Salam Mən oktyabr ayı üçün olan təlimlərə cəlb olunmuşam lakin məni aparmadilar mən getmək isdəyirəm xaiş edrəm baxılsın

Bildiririk ki, keçmiş hərbi qulluqçulara dair məlumatlar (şəxsi heyət və nizami hissə üzrə əmrlər) onların xidmət keçdikləri dövlət orqanının arxivində saxlanılır. Odur ki, arxiv arayışının alınması və “Müharibə veteranı” vəsiqəsinin verilməsi  məqsədilə aidiyyəti üzrə xidmət keçdiyiniz müvafiq dövlət orqanına müraciət etməyiniz məqsədəuyğundur
Xəlil Soruşur Yazılma Tarixi:29.09.2024 00:23:25

Salam, mən gözüm ilə əlaqədar olaraq həqiqi hərbi xidmətdə olmamışam. Təxminən 3 ay bundan əvvəl təkrar yoxlanış üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Nərmanov rayon idarəsində hərbi həkim komissiyasından keçmişəm. Lakin, bu zamana qədər müayinədən keçdiyim barədə Nərmanov rayonunun SHXÇDX-nə məlumat göndərilməmişdir. Nə səbəbə məlumatın göndərilmədiyini və bunun üçün hara və necə mürəciət edəcəyim haqqında mənə məlumat verməyinizi xahiş edirəm. Çox sağolun.

  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Nərimanov rayon idarəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Nizami Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət                        Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aparılacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir. Bildiririk ki, nəticə barədə Sizə Xidmətin Nərimanov rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
İlkin Soruşur Yazılma Tarixi:28.09.2024 19:52:26

Mən hərbi həkim komissiyasından keçmişəm.və hərbi xidmətə yararlıyam.Amma məni hərbi xidmətə çağırmırlar.indi mən nə etməliyəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin müraciətiniz nəzərə alınaraq, qeydiyyatda olduğunuz Xidmətin Ağdam rayon şöbəsi tərəfindən vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Respublika Psixiatriya Xəstəxanasına, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinələrə göndərilmisiniz. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, Respublika Psixiatriya Xəstəxanasının “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları şöbəyə daxil olmuş, lakin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun müayinə nəticəsi daxil olmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” şöbəyə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Ağdam rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
İlkin Soruşur Yazılma Tarixi:27.09.2024 20:49:13

Salam mən hərbi həkim komissiyasından keçmişəm.və hərbi xidmətə yararlıyam.Amma məni hərbi xidmətə çağırmırlar.məni yuvadırlar.indi mən nə etməliyəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Sizin müraciətiniz nəzərə alınaraq, qeydiyyatda olduğunuz Xidmətin Ağdam rayon şöbəsi tərəfindən vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Respublika Psixiatriya Xəstəxanasına, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinələrə göndərilmisiniz. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, Respublika Psixiatriya Xəstəxanasının “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları şöbəyə daxil olmuş, lakin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun müayinə nəticəsi daxil olmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” şöbəyə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Ağdam rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Riyad Soruşur Yazılma Tarixi:26.09.2024 00:31:54

Salam,men Oktyabr çağırışçısıyam bezi muayinələrdən keçdim Vayonkamatın göstərişi ilə,ve ayaqımın 1i(2 dərəcəli) 1də(1ci dərəcəli) yastılıq var, onurğamda 1ci dərəcəlik skalioz var, üreyimde metral qapaq çatışmamazlıqı var(minimal) Hərbi Xidmətə yararlı sayılıram?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Xəzər rayon idarəsi tərəfindən 2024-cü ilin oktyabr çağırışına cəlb edilərək, rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Sabunçu Tibb Mərkəzinə, Akadermik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Sizin 2024-cü ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur. Bildiririk ki, “Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə: Onurğanın I (birinci) dərəcəli skoliozu. I (birinci) dərəcəli yastıpəncəlik və Qan dövranı sistemi xəstəlikləri üzrə: Mitral qapaq çatışmazlığı” diaqnozları ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.    
Pünhan Soruşur Yazılma Tarixi:25.09.2024 23:08:36

Salam mən 2021ci ildə möhlət hüququ almışam 32ci maddəsinin b bəndinə əsasən bilmək istəyirəm mən əməliyyat olsam hərbi xidmətdə ola bilərəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Nəsimi rayon idarəsi tərəfindən növbəti şəhadətləndirilməyə cəlb edilərək, hərbi həkim komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş və səhhətiniz ilə bağlı 06.07.2021-ci il tarixdə akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərar qəbul edilmişdir. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.  
Elmin Soruşur Yazılma Tarixi:06.04.2024 15:38:20

Salam Əgər biri müdətli hərbi xidmətdə olarkən hansısa Hiyləgər yollarla xidmətdən yayınarsa o fərrari sayılırmı , və yaxud sayılırsa onu hansı cəza gözləyir

Həqiqi hərbi xidmət keçən hərbi qulluqçular hərbi hissəni və ya xidmət yerini tərk etdikdə gələcəkdə hərbi xidmətdən boyun qaçırmaq niyyətindən asılı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333 və 334-cü maddələri, hərbi xidmət keçməkdən boyun qaçıran vətəndaşlar isə (hərbi qulluqçu olmayan) AR CM-nin 321-ci maddəsi ilə məsuliyyət daşıyırlar. Bunun üçün onların əməli Cinayət prosessual qanunvericiliyin tələbinə əsasən sübuta yetirilməlidir.
Cədvəldə sətir sayı :14890