Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xəlil Soruşur Yazılma Tarixi:03.10.2020 12:48:10

Salam. Oktyabr ayı üçün müddətli həqiqi hərbi xidmətə yola salınacaq çağırışçılar yoxsa saxlanılıb? Mənə qeydiyatda olduğum idarədən çağırış saxlanılıb dedilər bir məlumat verersizde.

Bildiririk ki, Siz Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən müəyyən edilmiş tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz hərbi hissəyə təhvil veriləcəksiniz.
Eldar Soruşur Yazılma Tarixi:03.10.2020 12:03:36

Mən elektron qaydada qeydiyyatdan keçdiyini necə bilməliyəm

Portala daxil olan müraciətinizə baxılmışdır.Bildiririk ki, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır. Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olun
Eldar Soruşur Yazılma Tarixi:03.10.2020 11:51:31

Salam mən könüllü olaraq qeydiyyatdan keçmişəm meni hərbiyə cagirmayiblar xahiş edirəm məni hərbiyə cagrsiz

Portala daxil olan müraciətinizə baxılmışdır.Bildiririk ki, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır. Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olun
RƏŞAD Soruşur Yazılma Tarixi:03.10.2020 11:25:03

Salam bilmek isterdik 2012cinilde xidmeti basa vurmus esger heyeti nezaman cagirilacaq s

Portala daxil olan müraciətinizə baxılmışdır.Bildiririk ki, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır. Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:03.10.2020 09:51:26

Salam Men Okdiyabır ın 1 ri Men Eger getmeliydim.amma Meni aparmadılar ve menle geden ayri uşaklarida.ve men öyrenmek isdeyirem ki.biz ne vaxt aparilasiyik.

Bildiririk ki, Siz Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən müəyyən edilmiş tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz hərbi hissəyə təhvil veriləcəksiniz.
Naiq Soruşur Yazılma Tarixi:03.10.2020 00:47:57

Salam. Men Könülü olarağ Qeydiyatan Kecmişem. Mene zengde gellmişdi 2 ay Evell. Ama indi O Mobil Nömreni isdifade etmirem. Herbi seferberlik ve he herbi xidmətə oldugum Qeydiyat Olduğum yerdede yaşamıram. Men nece Yeniden Qeydiyatan Kece ve ya Mellumatlarımı Yeniliye Billerem?

     Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Bəxtiyar Soruşur Yazılma Tarixi:02.10.2020 21:58:34

Salam men herbi xidmetde 12ay olmusam ve xidmetden texris olmusam men konullu qeyditatdan kecdim.bilmek isterdim men konulluler siyahisina dusmusem zehmet olmasa cavab dein

Portala daxil olan müraciətinizə baxılmışdır.                                 
        Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandığı halda Siz səfərbərliyə cəlb olunacaqsınız.

NİCAT Soruşur Yazılma Tarixi:02.10.2020 21:06:38

Salam mən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşam könüllü olaraq cəbhədə gedən döyüşlərə görə orduya getmək üçün müraciət etdim. Bilmək isdəyirəm mən Sərhəddə xidmət etmişəm müraciətim qəbul olunacaq yoxsa Dövlət Sərhəd Xidmətindən əmr gözdəməliyəm?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik.         Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Fərmayıl Soruşur Yazılma Tarixi:02.10.2020 19:41:43

Salam men telebeyem unversetden mohlet kagizi vermisem o nece il kecerlidir

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Xidmətin Şəmkir rayon şöbəsinə təqdim etdiyiniz arayışa əsasən Sizə 01.07.2023-cü il tarixədək təhsilə görə möhlət hüququ verilmişdir
Anaxanım Soruşur Yazılma Tarixi:02.10.2020 17:36:24

Salam. Vətənpərvərlik mütəxəssis hazırlıq mərkəzində kurs keçsəm orduya qoşula bilərəm?

Bildiririk ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlıq Mərkəzi” MMC-nin nəzdində atıcılıq kursu fəaliyyət göstərilir. Həmin kursa könüllü olaraq Azərbaycan Respublikasının vətəndaşları qəbul edilir. Kursu bitirdikdən sonra vətəndaşlar sertifikatla təmin edilir. Əlavə olaraq bildiririk ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlıq Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən müvafiq kursları bitirmiş vətəndaşların Azərbaycan Ordusunda hərbi xidmətə göndərlməsi nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :13933