Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəhim Soruşur Yazılma Tarixi:04.10.2020 09:00:56

Salam men seferberlik üçün könüllü olaraq qeydiyyatdan keçmisem. Burda qeyydiyatdan keçdi yazıldı. Bilmek istiyirem ki, heqiqeten keçmişem ya yox.Sms və ya zeng gəlməyib hələde

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.           Bildiririk ki, səfərbərlik üzrə hərbi xidmətə cəlb olunmağınıza dair Xidmətin Siyəzən rayon bölməsinə müvafiq göstəriş verilmişdir. Ehtiyac olduğu təqdirdə siz Xidmətin struktur bölmələri tərəfindən çağırılacaqsınız
ƏLİZADƏ Soruşur Yazılma Tarixi:04.10.2020 08:19:39

Salam mən heqiqi herbi xidmətdə olmuşam bacarıglarım yuksekdi könüllü olaragda qeydiyatdan keçmişəm ama mene çagrı gelmeyib hele men herbi kamosarlıgdan gelecək zengi gözləməliyəm yoxsa özüm yaxınlaşmalıyam

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.             Bildiririk ki, səfərbərlik üzrə hərbi xidmətə cəlb olunmağınıza dair Xidmətin Beyləqan rayon şöbəsinə müvafiq göstəriş verilmişdir.   
Cavid Soruşur Yazılma Tarixi:04.10.2020 02:13:37

Salam Mən 2011ci ilde hərbi xidmət keçmişəm və hazırda Qarabağmızda düşmənlə gedən döyüşlərdə könülü döyüşmək isdiyirəm lakin 2017 ci ildə içtimai təhlükə törətmiyən cinayyət işim olub və 1il cəza almışam cəzam 2018ci ildə bitib ve hazırda məhkumluğ üzərimdən tam silinib. Könülü döyüşməy, üçün 2 ay əvəl elektron qaydada qeydyyatdan keçmişdim amma hələ bildiriş gəlmiyib bilməy isdərdim xidmətə yararlıyam? Zəhmet olmasa məlumat verərdiz TEL099-390-06-03

Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.
 Bildiririk ki, Xidmətin struktur bölmələrində hərbi qeydiyyatda olmadığınız üçün barənizdə araşdırma aparılması mümkün olmamışdır. Qeydiyyatda olduğunuz ərazi üzrə Xidmətin struktur bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Kəmalə Soruşur Yazılma Tarixi:04.10.2020 01:42:10

Heç bir hərbi təhsilim yoxdur,lakin bacara biləcəyim, mənə aid bir missiya olarsa,qururla, sevinərək, fəxarət lə cəbhəyə yollanmaga,ordumuza qoşulmağa hazıram. Sualim odur ki, könüllü olaraq necə qoşula bilərəm?

Portala daxil olan müraciətinizə baxılmışdır.   
Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.
         
Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Əli Soruşur Yazılma Tarixi:04.10.2020 00:37:43

Salam mən oktyabrda gedəcəm əsgərliyə? Hərbi həkim komisyasının cavabı necə çıxdı? Yararlıyam yoxsa yararsız? Əsgərliyə yaramasam heç olmasa döyüşlər cəlb edin məni xaiş edirəm. Könüllü qeydiyyatdan keçmişəm iki ay əvvəl.

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.           Bildiririk ki, müraciətinizdə qeydiyyat ünvanınız qeyd edilmədiyi üçün barənizdə araşdırma aparılması mümkün olmamışdır. Qeydiyyat ünvanınızı qeyd etməyiniz və ya qeydiyyatda olduğunuz ərazi üzrə Xidmətin struktur bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Elvin Soruşur Yazılma Tarixi:03.10.2020 23:01:06

Salam Daxili qoşunlarda xidmət etmişəm amma təhsil haqqında sənədim yoxdur Hərbidə MAXE kimi işləmək olarmı

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.

Aytən Soruşur Yazılma Tarixi:03.10.2020 22:01:26

Salam. Bilmek isteyirem ki, Universitetə qebul olan sexsi esger aparirlarmi? Universitetden resmi qebul senedin teqdim etmisik.

Portala daxil olan müraciətinizə baxılmışdır.                                 
        Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandığı halda Siz səfərbərliyə cəlb olunacaqsınız.

Mənsur Soruşur Yazılma Tarixi:03.10.2020 21:37:52

Mən həqiqi hərbi xidmətdə olmamışam .Amma, bir Azərbaycan vətəndaşı kimi döyüşlərdə iştirak etmək istəyirəm . - Nə edə bilərəm?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.         Bildiririk ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə səfərbərlik üzrə hərbi xidmətə çağırışa 6 (altı) ay müddətinədək möhlət verilir.
Eldar Soruşur Yazılma Tarixi:03.10.2020 15:08:46

Salam mən etiyyyatda olan əsgərin olayım gediyadan keçmişəm və necə əmim ölüm ki mən qeydiyyatdan kemisem

Portala daxil olan müraciətinizə baxılmışdır.Bildiririk ki, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır. Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olunur.
PƏRVİN Soruşur Yazılma Tarixi:03.10.2020 14:08:17

Salam mene 9100 nömrəsinə könülü olaraq qeydiyyatda keçirmişəm 9100 mene sms gelidiki heribi komsarlikqa gelmeyiniz tələb olunur mende gedim 2 gün ama meni xidemte aparmadilar dediler iki zəng edib çağıranda gelersen adımızda heç bir yerə qeyidi elmediler menim üçün pirablem olmaz adım heç bireyere qeyidi elmediler mende her gün zəng gozdeyiremki cağirsanar gedim xidmətə

Portala daxil olan müraciətinizə baxılmışdır.Bildiririk ki, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır. Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olunur.
Cədvəldə sətir sayı :13933