Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
RUHULLA Soruşur Yazılma Tarixi:02.10.2020 17:02:32

Salam.Mən könüllü kimi qeydiyyatdan keçmişəm.Tələbəyəm, və mənim qeydiyyatda olduğum ünvan Naxçıvan şəhəri Şərur rayonundadır.Özüm isə Bakıda yaşayıram.Könüllü olaraq cəbhəyə getmək üçün nə etməliyəm?

Portala daxil olan müraciətinizə baxılmışdır.                                 
        Bildiririk ki, hal-hazırda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunurlar. 

Rövşən Soruşur Yazılma Tarixi:02.10.2020 15:39:37

Salam Mən könullu yazilmag isdiyirəm ama sistem səhfi yazilir ,portaldanda qeydiyyatdan kecdim ama girmir men nece edim portal qeydiyatimi silim tezden kecim ?

Salam. Könüllü olaraq vətənin müdafiəsində iştirak etməyinizlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
ismail Soruşur Yazılma Tarixi:02.10.2020 14:46:09

Salam Men Daxili Qosunlarda qulluq etmisem 2017 oktyabir - 2019 aprel. bilmek isdeyirem ki hal hazirda yalniz milli orduda qulluq edenler aparilir ya nece? yeni daxili qosunlarda qulluq edenler aparilir? ozum 1999 cu il tevelludluyem

Bildiririk ki, Xidmətin Ağdaş rayon şöbəsində ehtiyatda olan hərbi vəzifəli kimi səfərbərliklə bağlı təhkim edilənlərin siyahısında adınız qeyd edilmişdir. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin Ağdaş rayon şöbəsi tərəfindən müvafiq tədbirlərə cəlb ediləcəksiniz.  
Nahid Soruşur Yazılma Tarixi:02.10.2020 13:20:23

Salam..Mən 2014-cü ildən 2017-ci ilədək Dovlət Sərhəd xidmətində Müddətdən artıq hərbi qulluqçu işləmişəm..Mümkündür könüllü olaraq döyüşə qatılmaq? mənə zəng gəlmişdi hazır olmaqımla bağlı məni siyahıda əvvələ salmaq mümkündür?

Portala daxil olan müraciətinizə baxılmışdır.
Bildiririk ki, Siz Xidmətin Bakı şəhəri Suraxanı rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Bakı şəhəri Suraxanı rayon idarəsinə çağırılacaqsınız.

Qaraş Soruşur Yazılma Tarixi:02.10.2020 13:06:56

Salam men qeydiyyatdan keçmişəm indi şəxsi kabnetə girə bilmirəm. Bakı şəh Nərimanov da qeydiyyatdayam amma Salyanda yaşayıram. bunu səxsi kabnetdə qeyd etmişəm. hal hazıda kabnetə girmək olmur. həmdə 1 ay əvvəl onlayn könüllü olaraq qeydiyyatdan keçmişəm hələdə sms gəlməyib. niyə? Səfəbərlik vaxtı hamı olduğu yer üzrə qeydiyyata düşməlidir. mən bakı şəhərindəki ünvanda yaşamıram işlə baglı qeyd edim ki o ünvanda heç kim yağamir. buna görə şəxsi kabinetdə faktiki yaşadığım yeri və ünvanl qeyd etmişəm. başqa neyləməliyem xahiş edirəm cavab yazın

Portala daxil olan müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz Xidmətin Bakı şəhəri Nərimanov rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Bakı şəhəri Nərimanov rayon idarəsinə çağırılacaqsınız.
Emin Soruşur Yazılma Tarixi:02.10.2020 12:38:39

salam.mene sms geldi getdim qeydiyyatda olduqum seferberliye ordan mene bildirdiler ki ozumuz zeng edeceyik bilmek isdiyirem ne vaxt zeng edecekler?

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, ata adınız, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır.
         Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olunur. 

Raman Soruşur Yazılma Tarixi:02.10.2020 12:21:30

Salam mən könüllü olaraq döyüşlərdə iştirak etmək üçün online qeydiyyatdan keçmişəm. Sizdən artıq dərəcəd xahiş edirəm mənə bildiriş göndərin çox xahiş edirəm. Düşmənlə üzbəüz manqa komandiri olaraq xidmət eləmişəm.

Portala daxil olan müraciətinizə baxılmışdır. Bildiririk ki, doğum tarixiniz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi göstərilmədiyi üçün Sizi könüllülərin qeydiyyatına almaq mümkün  olmamışdır.Yuxarıda göstərilən məlumatları tam qeyd edərək yenidən müraciət etməyiniz   tövsüyə olunur
İlham Soruşur Yazılma Tarixi:02.10.2020 11:44:17

Salam,mən 2007-2009-cu illərdə Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində xidmətdə olmuşam.Bilmək istəyirəm Sərhəd qoşunlarını nə vaxt çağıracaqlar səfərbərliklə bağlı?

Portala daxil olan müraciətinizə baxılmışdır. Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk. Qeyd edək ki, zərurət yarandığı halda səfərbərliyə cəlb olunacaqsınız.
Elşən Soruşur Yazılma Tarixi:02.10.2020 11:23:28

Salam.Mənim 17 yaşım var.Oktyabrın 10 u 18 olur.Məni vaynkomatdan yoxlanış üçün qan xəstəxanasına göndərdilər.Yoxlanışdan sonra həkim getmiyəcəksən xəstəlik var dedi.Mən talassemiya daşıyıcısıyam.Hər hansı bir şəkildə özümü pis hiss etmirəm.Müalicə aldığım xəstəxanada sən yaxşısan və önəmli bir şey yoxdu səndə deirlər.İndi mən Həqiqi Hərbi Xidmətə getmək üçün nə etməliyəm ?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
Nəsib Soruşur Yazılma Tarixi:02.10.2020 11:13:10

Salam.Universitetdə oxuyan və hərbi xidmətdə olmamış tələbələr könüllü olaraq cəbhə bölgəsinə gedə bilərlər?

Portala daxil olan müraciətinizə baxılmışdır.                                 
        Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandığı halda Siz səfərbərliyə cəlb olunacaqsınız.

Cədvəldə sətir sayı :13933