Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kənan Soruşur Yazılma Tarixi:01.10.2020 11:00:40

Salam.Mən Mehdiyev Kənan Miri oğlu səfərbərlik üçün qeydiyyatdan keçmişəm.Çox xahiş edirəm məni döyüşə çağırın.Bu vətən üçün öldürməyə və lazım olsa ölməyə hazıram.Çox xahiş edirəm hərbi vəzifəmə baxmayın avtomatda ata bilirəm pulemyotda.Çağırın məni çox xahiş edirəm 050-300-54-58,050-845-77-07

Portala daxil olan müraciətinizə baxılmışdır.                               
 
Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək  həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandıqda səfərbərlik tədbirlərinə  cəlb oluna bilərsiniz.
Cavid Soruşur Yazılma Tarixi:01.10.2020 10:32:26

Salam mani niye cagirmirlar snaperci olmuşam faxri farmanimda var B C pravada var man getmek isdiyirem 9100danda esemes gelmir

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır.
           Daxil olan müraciətiniz üçün təşəkkür edirik.
           Bildiririk ki, ölkə ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar ilk növbədə mövcud qanunvericiliyin tələblərinə əsasən (yaş kateqoriyası, qoşun növü, vəzifəsi və s. nəzərə alınmaqla) hərbi vəzifəlilərin səfərbərliklə hərbi xidmətə çağırılması həyata keçirilir.
Könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyən   vətəndaşlar   www.seferberlik.gov.az  saytında  (https://exidmet.seferberlik.
gov.az/Volunteer/Service) keçid vasitəsilə və ya yaşadıqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşların şəxsi məlumatları qeydə alınır və zərurət yarandığı halda ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeydiyyata alındığı Xidmətin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırılaraq müvafiq tədbirlərə cəlb edilə bilərlər.
          Əlavə olaraq bildiririk ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.

Amid Soruşur Yazılma Tarixi:01.10.2020 10:28:56

salam men seferberlik ve herbi xidmek cagirish sehifesinden qeydiyyatdan kecmisdim nedense sisdemde gorsenmirdi. dunen yeniden qeydiyyatdan kecdim, herbi xidmetde olmusam 33 yashim var. isgal olmush torpaqlarimizi azad olunmasi ucun herbi xidmete gedib doyushlerde isdirak etmek isteyirem. qeydiyyatdan sonra men herbi kamisarliga getmeliyem ??

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Ağdam rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Ağdam rayon şöbəsinə çağırılacaqsınız.

Fuad Soruşur Yazılma Tarixi:01.10.2020 02:40:42

Salam menim 17yashim var.Noyabr ayinda 18yashim tamam olacaq deye konullu ola bilmirem.Mende isterdim ordumuz ucun vetenim ucun elimden geleni edim.Hansisa yuklerin dasinmasi ucunmu temizlik ucunmu ve s. her sey etmeye haziram.Ozumde o gucu gorurem. Menide konullu olaraq goturmeyinizi xahish edirem.

Portala daxil olan müraciətinizə baxılmışdır. Aidiyyəti üzrə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Saleh Soruşur Yazılma Tarixi:01.10.2020 01:39:02

Salam,mən konüllü olaraq müraciət etdim,əsgərlikdə olmamışam,məhdud yararlı yazılıb hərbi biletdə,məni haçan çağıraralar?Cəhbəyə getmək şansım var?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik.Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Musa Soruşur Yazılma Tarixi:30.09.2020 23:30:47

Mənim 20 yaşım var universitetdə oxuyuram buna görədə hərbi xidmətdə olmamışam mən həri səfərbərlikdə istirak edə bilərəm?

Portala daxil olan müraciətinizə baxılmışdır. Aidiyyəti üzrə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Hüseyn Soruşur Yazılma Tarixi:30.09.2020 23:01:18

Salam mən hərbi xidmətdə olmamışam, yəni xəstəlik səbəbindən. Könüllü qeydiyyatdan keçmişəm. Amma çağırmırlar. Səbəbin bilmək istəyirəm ki niyə çağırmırlar əgər yararsız olduğuna görə aparmırlarsa indi sağalmışam getmək istəyirəm. Amma cəbhə xəttinə düşməyimi istəyirəm.

Portala daxil olan müraciətinizə baxılmışdır.                                
Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək  həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandıqda səfərbərlik tədbirlərinə  cəlb oluna bilərsiniz.
OzaL Soruşur Yazılma Tarixi:30.09.2020 20:48:09

SaLam səfərbərlik qeydiyyatindan uğurla keçdim sadəcə olaraq mən hərbi xidmətdə olmamışam amma, döyüşdə iştirak edən qardaşlarımızı tək buraxa bilmərəm mənidə aparın sağlamlığım buna imkan verir çox xahiş edirəm sizdən Yevlax rayon qeydiyyatındayam xırdalanda işlə əlaqədar kirayədə qalıram siz hara desəniz mən gələrəm təki menide aparın.şəhidlərimizin qanını yerdə qoymayacam.mənim dayımda şəhid olub mən gedib iştirak etməsəm şəhidlər bizə haqqını halal etməz.əlaqə nömrəm 055-813-43-44 xahiş edirəm mənə cavab verin.

Portala daxil olan müraciətinizə baxılmışdır.                                
Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək  həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandıqda səfərbərlik tədbirlərinə  cəlb oluna bilərsiniz.
Nəsimi Soruşur Yazılma Tarixi:30.09.2020 19:30:16

Salam.Məni həm könüllü olaraq,həmdə məcburi xidmətə cagrilmisam.Yəni ki,həm könüllü müraciət etdiyim üçün,hem de məcburi xidmətə çağrılıb.Rayon hərbi komissarlığında getdim.Lakin,Hərbi hisseye gonderise dair sendlerimi tapmadılar.Bu mümkün deyil.Xahis edirəm bu meseleni araşdırmağa yardım edin.Men her iki tərəfli cagrilmisam amma denedi tapa bilmirlər.Ozume qeydiyyatda olduğum yerdə yox,Abşeron rayonunda yasayiram

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Saatlı rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Saatlı rayon şöbəsinə çağırılacaqsınız.

İbrahim Soruşur Yazılma Tarixi:30.09.2020 18:37:48

Cavabınızı tam olaraq anlamadım. Tam olaraq orda nə yazılıb? Yəni mən əsgərliyə çağrılıram?

Bildiririk ki, Sizə təhsilə görə verilmiş möhlət müddəti bitdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :13933