Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamal Soruşur Yazılma Tarixi:30.09.2020 18:11:45

Salam, mən xarici vətandaşam, könüllü olaraq azərbaycan ordusuna yazəla bilərəm?

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Əlavə olaraq qeyd edirik ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən yalnız bağlaşma əsasında hərbi xidmətə qəbul edilə bilərlər.
TAHİR Soruşur Yazılma Tarixi:30.09.2020 17:14:23

Salam. Ali baş komandanın çağırışı ilə döyüşlərdə iştirak etmek üçün könüllu yazılmışam. Hərbi qulluğa Nəsimi rayonundan getmişəm , hazırda qeydiyyatım Nərimanov rayonunadır amma faktiki yaşadığım rayon Yasamaldı. Mən hansı hərbi komisarlığa müraciət etmeliyəm? Və bu gun ku çağırış 35 yaşdan yuxarı olanlara aiddir mı?

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Nəsimi rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Nəsimi rayon idarəsinə çağırılacaqsınız.

Tural Soruşur Yazılma Tarixi:30.09.2020 15:23:48

Salam 9100 SMS gəlib mənə Sumqayıtda idareye qeydiyatdayam hərbi xidmətə yararsız olduğum üçün xidmət keçməmşəm dünən idarəyə yaxınlaşdım dedim sms gəlib mənə dedilər səni aparmırıq hərbi xidmətə yararsızan deyilər yararsızdarı könülü aparmrıq

Portala daxil olan müraciətiniz üçün təşəkkür edirik. Əlavə edirik ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Turan Soruşur Yazılma Tarixi:30.09.2020 13:55:55

Salam, valideynlərin yazılı və şifahi razılığı olsa 15 yaşdan könüllü qeydiyyata alınmaq olarmı?

Portala daxil olan müraciətinizə baxılmışdır.Aidiyyəti üzrə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Yaqub Soruşur Yazılma Tarixi:30.09.2020 12:54:31

Salam mən hərbi biletimi tapa bilmirəm təzə bilet necə alabilərəm Naxçivan qeydiyatindayam Bakida yaşayiram

Portala daxil olan müraciətinizə baxılmışdır. Aidiyyəti üzrə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyiniz tövsiyə olunur.
Pərviz Soruşur Yazılma Tarixi:30.09.2020 12:08:03

Salam.Men 2 ci defe qeydiyyatdan kecmishem konullu.Hec bir cagirish gelmir.Zehmet olmasa nezere alasiz

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, Siz Xidmətin Suraxanı rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Suraxanı rayon idarəsinə çağırılacaqsınız.
Zaur Soruşur Yazılma Tarixi:30.09.2020 11:58:31

156e bendiyle texris olanlar xidmete geri qayida bilir doyus seraitinde??

Portala daxil olan müraciətinizə baxılmışdır. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən aşağıda qeyd olunan qaydada hərbi vəzifəlilər səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququna malikdirlər; 15.0.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis (bron) edilmiş şəxslərə; 15.0.2. səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə altı ay müddətinədək. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156 maddəsinin «e» bəndi ilə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular səfərbərlik üzrə hərbi xidmətə çağırıla bilərlər.    
Cavidan Soruşur Yazılma Tarixi:30.09.2020 11:23:36

salam iyul ayinda konullu olaraq qeydiyyata dusenler yeniden qeydiyyata dusmelidir muharibeye getmek ucun yoxsa ona uygun olaraq cagrilir ?

Portala daxil olan müraciətinizə baxılmışdır.
        Bildiririk ki, Siz Xidmətin Nərimanov rayon idarəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Nərimanov rayon idarəsinə çağırılacaqsınız.

Xalidə Soruşur Yazılma Tarixi:30.09.2020 10:41:34

Salam mənim bir qızım və bir oğlum var. Yoldaşım vəfat edib və qızım ərə gedib. Oğlumla birlikdə qalıram. Sentyabr ayında təlimlərə çağırış zamanı mənim oğlumu da təlimə aparıblar. Hal hazırda tək qalıram, xəstəyəm və işləmirəm. Xəstəlik haqqında sənədlərimi və digər məlumatların doğruluğunu sübut etmək üçün istənilən sənədləri aidiyyatı orqanlara təqdim edə bilərəm. Bilmək istəyirəm ki, bu halda mənim oğlumun təlimlərə aparılması qanunla düzgündürmü?

Portala daxil olan müraciətinizə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır.   Bildiririk ki, müraciətinizdə oğlunuzun adı, soyadı, atasının adı, doğum tarixi, Xidmətin hansı idarə, şöbə və ya bölməsi tərəfindən və hansı tarixdə çağırılması qeyd edilməmişdir.           Bu səbəbdən müraciətinizin cavablandırılması mümkün deyil.        
Rəna Soruşur Yazılma Tarixi:30.09.2020 10:16:17

salam. men konullu halda qeydiyyatdan kecmisem. ama melumatlarimda unvani deyesen sehv yazmisam. deyismek mumkundurmu? bir de ki qadinlara cagiris varmi?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :13933