Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İLKİN Soruşur Yazılma Tarixi:29.09.2020 14:24:51

Salam .Mən hərbidə olmamışam hazırda müəllim işləyirəm amma buna baxmayaraq ordumuza kömək etmək istəyirəm və bunun üçündə qeydiyyatdan keçmişəm.Düzdü hazırda döyüş hazırlığım olmasa da və bəzi problemlərimin olmasına baxmayaraq çox istərdim əlimdən gələn qədər ordumuza köməkdarlıq edim

Portala daxil olan müraciətinizə baxılmışdır.                                
Bildiririk ki, hal-hazirda qismən səfərbərlik elan olunmuşdur və ehtiyatda olan 1-ci dərəcəli 35 yaşadək  həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər səfərbərliyə cəlb olunur. Zərurət yarandıqda səfərbərlik tədbirlərinə  cəlb oluna bilərsiniz.
Günəş Soruşur Yazılma Tarixi:29.09.2020 12:55:36

Mənə cavab yazardızda zəhmət olmasa

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
simran Soruşur Yazılma Tarixi:29.09.2020 12:43:38

daxili qoşunlarda maxe işlemsem.ve hal hazrda ehtyata buraxlmışam.men qeydiyatda olduqum herbi kamisarlıqa yaxnlaşmalıyam??? Yoxsa nece ??

Portala daxil olan müraciətinizə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır.Bildiririk ki, müraciətinizdə məqsəd qeyd edilməmişdir.
Günəş Soruşur Yazılma Tarixi:29.09.2020 12:42:27

Könüllü olaraq təlimə getmek istəyirəm bunun üçün hara müraciət etmək lazımdı ?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Günəş Soruşur Yazılma Tarixi:29.09.2020 12:39:28

Səfərbərlik üzrə cagri merkezini yığdım bu nömrə təyin edilməyib dedi nie?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
İbrahim Soruşur Yazılma Tarixi:29.09.2020 12:35:57

Salam mən universitetdə oxuyuram 20 yaşım var. Əsgərlikdə olmamışam. Necə gedə bilərəm?

Bildiririk ki, Siz müddətli həqiqi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq saylı hərbi hissəyə təyin edilmisiniz.
Rahil Soruşur Yazılma Tarixi:29.09.2020 12:29:30

SALAM MƏN ONLAYN QEYDİYYATDAN KECMİSEM SEMKİR QEYDİYYATİYAM BAKİDA YASAYİRAM RAYONLADA ELAQE SAXLAYİRAM DEYİLLER XEBER EDECEKLER CAGİRACAQLAR, MAX TEZ ZAMANDA GETMEK İSDEYİREM İMKAN DAİRESİNDE MENİ QABAGA SALİN YA NECESE KOMEKLİK GOSTERİN

Portala daxil olan müraciətinizə baxılmışdır.         Bildiririk ki, Siz Xidmətin Şəmkir rayon şöbəsində könüllülərin qeydiyyatına alındınız. Zərurət yarandığı halda mövcud qanunvericiliyin tələblərinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xidmətin Şəmkir rayon şöbəsinə çağırılacaqsınız.  
Nəcibə Soruşur Yazılma Tarixi:29.09.2020 12:08:04

Salam, mən snayper təlimləti keçib torpaqlarımızın azad olunması uğrunda döyüşmək istəyirəm. Bu haqda hara müraciət etməliyəm

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Səbinə Soruşur Yazılma Tarixi:29.09.2020 12:04:33

Salam.Mən qeydiyyatdan keçmək istəyirəm,lakin hərbi xidmətdə olduğum yer soruşulur, mən isə hərbi xidmət çəkməmişəm, mən qeydiyyatdan necə keçim

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Səbinə Soruşur Yazılma Tarixi:29.09.2020 11:24:06

Salam, mən 19-yasin içindəyəm, könüllü olaraq yazılmaq istəyirəm, bilmək istəyirəm ki, yaşım çatır?

Portala daxil olan müraciətinizə baxılmışdır.         Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.          Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə qadınların səfərbərlik üzrə hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :13933