Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İslam Soruşur Yazılma Tarixi:07.10.2024 22:56:27

Salam, mən öyrənmək istəyirəm ki, yararılyam yoxsa yararsız? Əgər yararsız hesab olunuramsa hərbi biletimi nə zaman əldə edə bilərəm?

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Kənan Soruşur Yazılma Tarixi:07.10.2024 13:37:11

Salam, Mənə Zərifə Əliyeva Göz klinikasında yararsız verilib və akt Abşeron vaenkomatına göndərilib. Amma aylardır mənə bir məlumat deyilmir, hamı işi digər qurumların üzərinə atır. Sağlamlığımla əlaqədar olaraq oktyabrın sonunda təcili şəkildə xarici ölkəyə səfər etməliyəm, lakin vaenkomat heç bir möhlət vermədiyinə görə ASAN Xidmət mənə xarici passport vermir . Deyirlər ki, sistemdə möhlət yoxdur. Əgər belədirsə , mənim haqqımda nəticə müəyyən olunanadək sistemə möhlət yüklənilsin. Zəhmət olmasa, bu məsələnin araşdırılıb həll olunmasına ya da şikayət olaraq qəbul edilməsini təmin edəsiniz.

Müəyyən edilmişdir ki, təhsilə görə verilmiş möhlət hüququ bitdiyi üçün, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 31.05.2024 və 10.07.2024-cü il tarixlərdə Nizami Tibb Mərkəzinə, 31.05.2024-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Abşeron rayon şöbəsi tərəfindən əlavə məlumat veriləcəkdir
Orxan Soruşur Yazılma Tarixi:07.10.2024 07:52:00

Mənim gözümdə yaş vəzisinin kistası var. Görməyimlə bağlı heç bir çətinliyim olmadığı təqdirdə mənə 6 ay möhlət veriblər , bu möhlət nəyə görə verilib? gözümün müalicəyədə ehdiyacı yoxdu. Çox xaiş edirəm cavab verin

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etməyiniz məqsədəuyğundur.    
Faiq Soruşur Yazılma Tarixi:06.10.2024 15:36:18

Salam mən oktyabr çağrışına cəlb olunmuşam ama məni aparmırlar səbəbin bilmirəm

Hərbi xidmətə göndərilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.              Məlum olmuşdur ki, təkrar tibbi müayinəyə cəlb edilmisiniz. Nəzərdə tutulan tibbi müayinələr tam yekunlaşdıqdan sonra Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən qəbul ediləcək qərar barədə Sizə məlumat veriləcəkdir.
Sadiq Soruşur Yazılma Tarixi:06.10.2024 02:37:20

Salam Mən Sadiq Bünyatov Salyan Rayon Sakini Xidmət Vaxtım 2024 Aprel Ayı Olsada 6 aydı ki gecikirəm Mart İyun Ayında Müayinələrə Getsəmdə Aparmadılar Tam Dəqiq Öyrənmək İstəyirəm Mən Hərbi Xidmətə Yaralıyam Yoxsa Yox

Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 11.03.2024-cü il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilmisiniz.
Kamran Soruşur Yazılma Tarixi:04.10.2024 23:34:18

Salam. Komissiyadan keçmişəm . Nəticə nə vaxt bilinəcək ?

Müəyyən edilmişdir ki, növbəti təkrar tibbi müayinə zamanı Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 30.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları Xidmətin Binəqədi rayon idarəsinə daxil olduqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.      
Zamin Soruşur Yazılma Tarixi:04.10.2024 22:42:00

Salam. Məni yoxlanış üçün iyul ayında maştağa xəstəxanasına göndərdilər. Sonra keçen ay reabilitasıya mərkəzinə göndərdilər. Özünə xəsarət yetirmə intihara cəhd etmişəm. Cavabı sms göndərəcəklərini dedilər ama helədə göndərməyiblər.

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
Seyidməhəmməd Soruşur Yazılma Tarixi:04.10.2024 22:06:22

Salam. Sentyabr ayı komisiyyadan keçmişəm, nəticəsini deyərdiz zəhmət olmasa.

  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Sabunçu rayon idarəsi tərəfindən 2024-cü ilin oktyabr çağırışına cəlb edilərək rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 02.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə, 2 saylı Dəri-Zöhrəvi Dispanserinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Sabunçu rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Ülvü Soruşur Yazılma Tarixi:04.10.2024 21:36:11

Salam, xəstəlikə görə hərbi xidmətə getməyən düzəlib ərzə yazdırıb getsə nə sənədlər tələb olunur. Əvvəlcədən Təşəkkürlər

Müddətli həqiqi hərbi xidmətə getməklə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.    Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.   Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral       2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər.             Odur ki, sağlam hesab olunduğunuzu təsdiq edən sənədlərlə Xidmətin Masallı rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.  
Nihat Soruşur Yazılma Tarixi:04.10.2024 18:36:29

Salam, mən avqust ayında hərbi yoxnlaşa getmişəm bilmək isdeyiremki mən hərbi xidmətə yararlıyam yoxsa yararsız.Əyər cavablandirsan mindənkar olaram.menim prablemim çənə ilə bağlı idi

  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Bərdə rayon şöbəsi tərəfindən 2024-cü ilin oktyabr çağırışına cəlb edilərək, rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 12.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılacaq və müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Bərdə rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14890