Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ayxan Soruşur Yazılma Tarixi:17.10.2024 22:32:05

Salam sizden artix derecede xais edirem menim haqimda tekun qerar veresiz 2023 cu il oktyabr ayin herbi xidemete getmeliydim 1 ildi bakiya gedirem mohlet aliram xais edirem menim haqqimda melumat verib yekun qerar vererdiz tesekur edirem

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Mahsun Soruşur Yazılma Tarixi:16.10.2024 20:49:33

Sualim budurki men talesemiya daşiyicısiyam meni esgerliye apara bilerlermi 2 uşagim var 25 yaşindayam. Xahis edirem cavab yazin

Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin  29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Fərid Soruşur Yazılma Tarixi:16.10.2024 11:54:13

Salam,mən 22.07.2014-cu ildə xəstəliklər cədvəlinin 1-ci qrafasının 66b maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız qəbul edilmisəm.Təkrar müayinədən kecmişəm L4-L5 diskdə anulyar fissurla müşaiyət olunan 3.4mm protruziya və L5-S1 diskdə santral və bilateral para-santral yerləşimli 5.5mm psevdo protruziya askar olunmuşdur.Bu problemlə hərbi xidmətə yararlı sayılırammı ?

Müəyyən edilmişdir ki, növbəti təkrar tibbi müayinə zamanı Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 17.10.2024-cü il tarixdə Mərkəzi Neftçilər Xəstəxanasına göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” Xidmətin Binəqədi rayon idarəsinə daxil olduqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Mircəlal Soruşur Yazılma Tarixi:16.10.2024 10:34:42

Salam. Xəstəliyimlə əlaqədar 3 ildən bir yoxlanışdan keçirəm Bu il də həmçinin yoxlanışdan keçdim. Artıq 2 aydır keçdiyim amma bir xəbər yoxdur. Bilmək istəyirəm nə zaman xəbər edərlər?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Saatlı rayon şöbəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aparılacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Saatlı rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Elçin Soruşur Yazılma Tarixi:15.10.2024 23:39:52

Salam məndə skalyoza göre Sabunçu tramatologiyaya göndərmişdiler oranın cavabı çıxıbmı?

Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışı zamanı qeydiyyatda olduğunuz Xidmətin Ağdam rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 02.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə qərar qəbul ediləcəkdir. Bu barədə Sizə Xidmətin Ağdam rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Əli Soruşur Yazılma Tarixi:15.10.2024 17:05:03

Mən sizə yazıb bildirmək istəyirəm ki, yekun hərbi tibbi müayinənin nəticəsi ilə razı deyiləm. Və təkrar müayinə olunmaq istəyirəm. Mənim ayaqıarımda anadangəlmə əzələ dartılması var və sağ ayağım sol ayağıma nisbətən qısadır. Mən yeriməkdə çətinlik çəkirəm. Mənə tibbi müayinədə skolyoz 1 dərəcə ilə yararlı statusu verilib. Mənim gözümdə ikili görmə problemi var. Mene sms geleceyi deyilib

Müəyyən edilmişdir ki, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş, komissiyanın rəyinə əsasən 29.05.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin ”Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmiş, 28.10.2024-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Bildirilir ki, hal-hazırda müddətli həqiqi hərbi xidmətdə olduğunuz üçün, ərizənizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə xidmət etdiyiniz hərbi hissə komandirinə müraciət etməyiniz məqsədəuyğundur.  
Əbil Soruşur Yazılma Tarixi:15.10.2024 13:31:50

Salam 4 Cü Dərcəli Skalyoz Hərbi xidmətə yarlı Hesab edilir?

  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Sümük əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə: Onurğanın IV (dördüncü) dərəcəli skoliozu” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.  
AZAD Soruşur Yazılma Tarixi:15.10.2024 13:03:43

Salam Alekum Adım Azad Şıxalyev men əsgərliyə getmək isdyirəm mene hərbi biletmi verbler ki get yararsız san men birr lekye göre oyana buyana bakı zad getim gəldim axrda da yararsız men getmek isdyirem xayiş edrem bu sözmü nezerden keçresiz leken adı da vitlgo deyler ama yaylan leke deyl men esgerlye aparsınlar yoxsa işsiz gücsü neynyim men belce qalcam mene ya aparın yada nese işden temin edin men gedib qalıb işdemek isdyrdim bu sözdermi nezere alın xayiş edirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Taleh Soruşur Yazılma Tarixi:15.10.2024 03:22:29

Salam mən İsmayıllı rayon sakini Taleh İbrahimov 33 yaşım var. Mən bildirmək istəyirəm ki, həqiqi hərbi xidmətə yararlı olduğum halda indiyə kimi yarasız olaraq qeydiyyata alınmışam və hərbi xidmətə getməkdən azad edilmişəm. 33 yaşım olmasına baxmıyaraq, Azərbaycan oğlu kimi vətənə olan xidməti borcumu yerinə yetirməyi özümə şeref bilirem. Xaiş edirəm mənə bir yol göstərin, bu yekun tibbi müayinə üçün diaqnozumun düzgün və şəffaf şəkildə qiymətləndirilməsi üçün mən hara müraciyyət edə bilərəm?

Bildirilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşı tamam olana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə təqdim edildiyi halda mümkündür.  
Fərid Soruşur Yazılma Tarixi:14.10.2024 17:06:03

Mənim hərbi biletim itib. Mingəçevir komisarlığı yenisi üçün 50 manat pul istəyir. Yenisini almaq üçün hara müraciət etməliyəm? 41 yaşım var. C kateqoriyasıyam.

İtirilmiş hərbi biletin əvəzinə yenisinin verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Bildiririk ki, hərbi bilet etinasız saxlanılması nəticəsində korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin strukturuna daxil olan qurumlar tərəfindən aşağıda göstərilən sənədlər əsasında verilir:            1. ərizə;            2. şəxsiyyət vəsiqəsinin surəti (təsdiq olunmuş);            3. 3x4 ölçüdə 2 ədəd fotoşəkil;            4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rayon (şəhər) polis idarələri və ya şöbələrindən hərbi biletin tapılmamasına dair arayış.  
Cədvəldə sətir sayı :14890