Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emin Soruşur Yazılma Tarixi:14.10.2024 14:34:48

Salam bir daha mənim öd kisəmdə 5.5 və 4.3 mm ölçüdə poliplər bağırsağımda çat və daxili babasilim mövcuddur belə halda yararsız sayılırmı?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən öd kisəsində 2 ədəd polipi olan çağırışçılar “Hərbi xidmətə yararlıdır” hesab edilirlər. Çağırışçıların həzm orqanlarının və qan dövranı sistemi xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır.
İlkin Soruşur Yazılma Tarixi:14.10.2024 13:59:41

Salam hər vaxtınız xeyir. Mən asma xəstəliyi ilə hərbi xidmətə yararsız hesab olunmuşam. Bu gün 14 oktyabr tarixində komissiya olmalıdı lakin mənə hər hansı bir məlumat verilməyib. Hazırda nə etməliyəm və necə məlumat ala bilərəm?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, Sizə səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququnuz 18.10.2024-cü il tarixdə bitdiyi üçün Xidmətin Kəlbəcər rayon şöbəsi tərəfindən növbəti şəhadətləndirilməyə cəlb olunacaqsınız. Bu səbəbdən Sizin Xidmətin Kəlbəcər rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur. 
Şahin Soruşur Yazılma Tarixi:14.10.2024 11:49:51

Salam, mən reabilitasiya mərkəzində yoxlanışda olmuşam, onun nəticələrini öyrənmək istəyirdim.

Müəyyən edilmişdir ki, Siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinə olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün Xidmətin Lənkəran rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Cavanşir Soruşur Yazılma Tarixi:14.10.2024 11:21:57

Komissiyanın cavabı necə oldu?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına  ünvanladığınız müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir, Siz Yardımlı rayon bölməsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar olaraq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 22-ci maddəsinin “c” bəndinin I qrafasına uyğun olaraq “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir.
Almas Soruşur Yazılma Tarixi:14.10.2024 03:54:25

DSMF nəzdində tibbi yoxlanışdan keçdim. Nəticəni rəsmi qaydada haradan öyrənə bilərəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki tibb müayinəniz yekunlaşdıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul ediləcəkdir. Bu barədə sizə hərbi qeydiyyatda olduğunuz Xidmətin Quba rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.  
Fərid Soruşur Yazılma Tarixi:13.10.2024 19:16:23

Salam Aleykum. Hər vaxtınınz xeyir SHXÇDX. Mənim sualım ondan ibarətdir ki mənim dəri xəstəliyim var. Həkimlər Psoriaz diaqnozu qoyublar. Ancaq mən İyun ayının 20-i hərbi yoxlanışda olanda həkim mənə bunun bir problem olmayacağını və orada xüsusi krem və lasyondan istifadə edə biləcəyimi dedi. Ancaq əslində məni xəstəliyimə görə dəri-zöhrəvi dispanserinə göndərməli idi. İyul ayında cavabım çıxmadığına görə mən Oktyabr ayına qaldım. Yəni ürək döyüntüsünə görə qaldım. Oktyabr ayında dərimdə xəstəlik artdığına görə özüm dəri-zöhrəvi dispanserinə getdim. Orada hərbi yoxlanış həkimini tapdım. O mənə baxdı və bu vəziyyətdə hərbiyə yararsız olduğumu dedi. İndi mən hərbi komissarlıqdakı həkim məsuliyyətsizliyinə görə ola bilsin ki bu ay yəni Oktyabr ayında əsgərliyə gedim. Ancaq 1 ay belə keçmədən dərimdə vəziyyət ağırlaşdığı üçün məni əsgərlikdən dəri-zöhrəvi dispanserinə göndərəcəklər. Mənim əsas bilmək istədiyim odur ki indi mənə yararlı və yaxud yararsız olduğum üçün mesaj gəlməyib. Mən hara müraciət edim ki məni dərimə görə hərbidən dəri-zöhrəviyə göndərsinlər. Təşəkkürlər.

Müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Sizin yekun tibbi müayinəniz aparılmış və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə müvafiq olaraq 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir
Zülfüqar Soruşur Yazılma Tarixi:12.10.2024 19:03:51

Salam Eger Yararsiz bir sexs 3 il tamaminda yeni mohlet huququ bitende yoxlanisa gedmese ne cerime gozleyir?.

Təkrar tibbi müayinədən yayınanların cərimə olunmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.          Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.           Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - əlli manat məbləğində cərimə edilir.           Qeyd: Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.    
Rəşad Soruşur Yazılma Tarixi:12.10.2024 14:26:44

Salam menim herbi biletimde 25a maddesi yazilib onu dəyişdirmek olur? men bu madde ile Razı deyilem hansi is muessesine yaxinlasiram ise goturmurler

  Bildiririk ki, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılan vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Arif Soruşur Yazılma Tarixi:12.10.2024 07:56:32

Salam.Mənim ödümdə ən böyüyü 5mm olan 3 ədəd polip var.Bilmək istərdim ki,hərbi xidmətə yararlı sayılıram mı?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Həzm sistemi xəstəlikləri üzrə: öd kisəsində 3 (üç) və daha çox polipi olan (polipoz)” diqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
PƏRVİZ Soruşur Yazılma Tarixi:11.10.2024 16:17:47

Salam Məndə dəridə Əlvan dəmirov aşkarlanıb Yanvardan bu günə qədər möhlət verilibdir İndi də dişlərim əyridir məndə narahatçılığ yaradır Breket qoymağ lazmdır Amma brekete görə 3 ay möhlət verildiyi söylənildi hara müraciət edib ən az 1 il möhlət ala bilərəm dişimə görə

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Həzm sistemi xəstəlikləri üzrə: Çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyətindədirsə şəhadətləndirilərkən yalniz bir dəfə möhlət verilir.  
Cədvəldə sətir sayı :14890