Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İLHAMƏ Soruşur Yazılma Tarixi:28.10.2024 22:35:31

Salam. 2ci dereceli alimentar piyleme seferliye yararlı sayılır?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən II dərəcə alimentar piylənmə diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Cavad Soruşur Yazılma Tarixi:28.10.2024 15:21:20

Bir ayağı 3 bir ayağı 2 dərəcəli yastıpəncəliyi olan şəxs hərbi xidmətə yararlı yoxsa yararsıs hesab edilir?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III (üçüncü) dərəcə yastıayaqlılıqda çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Tərlan Soruşur Yazılma Tarixi:28.10.2024 11:38:09

sosyal müdafiye nazirliyinde yekun tibbi müayineden keçmişem zehmet olmasa cavabını öyrenebilerem ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Abşeron rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinəyə cəlb olunmusunuz və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 17 “b” maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir.
Bəhruz Soruşur Yazılma Tarixi:28.10.2024 03:40:26

Salam,her vaxtiniz xeyir olsun,menim bir balaca sualim var,menim od kisemde 1,7 sm daw var,hekimler deyir mutleg od kisesi goturulmelidir cunki mene agri agirlig,seherler urek bulanma verir.Men eger odu emeliyat edib goturseler,men herbi xidmete yararliyam?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Öd kisəsinin cərrahi yolla çıxarılması-xolesistektomiya əməliyyatı” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Turqay Soruşur Yazılma Tarixi:28.10.2024 01:44:19

Meni çağırışçiyam men naxçivandan kamisiyeden keçmeliyem ve bununla haqqda bilgi almax isteyirem

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin Şərur rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə qərar qəbul ediləcəkdir.
Fuad Soruşur Yazılma Tarixi:27.10.2024 21:44:37

Salam, mənim böyrəyimdə 15mm və 6mm daş var, hərbi xidmətə yararlı sayılıram?

Bildiririk ki, böyrəklərin ifrazat funksiyasının pozulması olmadan böyrəklərin, sidik axarlarının tək-tək daşları (0,5 sm və daha iri); diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ceyhun Soruşur Yazılma Tarixi:27.10.2024 18:59:59

Salam, 1-ci dərəcə spondilolistezis ağrı sindromları ilə, və 5-5mm-11mm arasında fəqərəarası yırtığ L5-S1 fəqərəarası disk səviyyəsində travma nəticəsində 3 il əvvəl yaranmışdır. Bu diaqnoz ilə yararlı yoxsa yararsız olduğumu deyə bilərsiz?

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 31.05.2024-cü il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına və 17.07.2024-cü il tarixdə Respublika Dəri-Zöhrəvi Mərkəzinə əlavə tibbi müayinələrə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Zahir Soruşur Yazılma Tarixi:27.10.2024 01:06:57

Salam Mən həm dinc həm müharibə dövründə hərbi xidmətə yararsızam. Bu belə olan halda öz istəyimlə könüllü olaraq hərbi xidmətə gedə bilərəmmi?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, Siz 2024-cü ilin aprel çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Zərdab rayon bölməsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Milli Hematologiya və Transfuziologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının 11 “a” maddəsinə əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 6.3 maddəsinə əsasən “Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər.  
Nurlan Soruşur Yazılma Tarixi:26.10.2024 22:57:04

Salam mən 2016 ci ildən 2021 ci ilədək muddətən artıq xidmət etmişəm.oz xahisimlə xidmətə uyğunsuzluqla ehtiyata buraxılmışam .bilmək istəyirəm ki yenidən hərbi kamisiya tərəfindən hərbi xidmətə yararlı hesab edilə bilərəmmi? Özümdə müharibə veteraniyam

: Hərbi xidmətə yararlılıq dərəcənizin təyin edilməsi və yenidən müddətdən artıq  həqiqi hərbi xidmətə qəbul olunmağınıza dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş  elektron müraciətinizə baxılmışdır. Hərbi xidmətə qəbulla bağlı xidmət keçmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:26.10.2024 18:47:14

Məni 25.10.2025 tarixində yenidən SHXÇDX-nin Biləsuvar şöbəsindən müayinə olunmaq üçün Sosial müdafiə nazirliyinin xəstəxanasına göndərdilər.Onun cavabını bilmək istəyirəm.Zəhmət olmasa.Qeyd edim ki,24.09.2024 tarixində Respublika xəstəxanasına göndərmişdilər və orada mənə yararsız yazmışdılar.

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 24.09.2024-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət   Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin ”Xəstəliklər cədvəli”nin        I qrafasına müvafiq olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququnuz vardır.  
Cədvəldə sətir sayı :14897