Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əlimövsüm Soruşur Yazılma Tarixi:30.10.2024 12:49:02

Salam. Mən 12 yanvar 2024-cü ildə hərbi xidmətə başlamışam. Hərbi xidmətdə olarkən iyun ayının əvvəlində günvurma ilə Papanindəki hərbi hospitala yerləşdirilmişəm. Müayinə zamanı mənim ürəyimdə andadangəlmə aorta arterial qapağın ikitaylı çatışmazlığı diaqnozu qoyuldu. Ucar rayon kommisarlığı isə bu problemi aşkarlamamışdı, ürək müayinəsi ümumiyyətlə olmamışdı, xəstəlik erkən yaşda özünü göstərmədiyi üçün də əvvəllər həkim müayinəsində olmamışam. Bir aylıq müalicədən sonra yenidən komisiya təşkil olundu və məni iyul ayında təxris etdilər. 7 ay vaxtım, çəkdiyim əziyyət boşuna getmiş oldu. Səbəb isə Ucar rayon komissarlığının və hərbi həkim komissiyasının məsuliyyətsizliyi olub. Hərbi xidmətə 6 ay gec başlamışam və yarımçıq təxris edilmişəm. Sualım ondan ibarətdir ki, belə vəziyyətdə mən kompensasiya ala bilərəmmi? Qanunla necə tənzimlənir bu məsələ.

Müəyyən edilmişdir ki, 2023-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 25.05.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və 24.10.2023-cü il tarixdə Nizami Tibb Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin           I qrafasına müvafiq olaraq “A-4 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilərək, 12.01.2024-cü il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Siz hərbi xidmət dövründə 06.06.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin II qrafasının tələblərinə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”, “Ümumi xəstəlikdir” hesab edilərək, 25.06.2024-cü il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmısınız. Əlavə olaraq bildirilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq 3 (üç) il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir. Pensiya təminatı sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur.
ƏLİ Soruşur Yazılma Tarixi:30.10.2024 11:23:56

Salam hər vaxtınız xeyir olsun. Mənim sağlamlığımda bir sıra problemlər var. Ürək getməsi, qıcolmalar var. Bu problemlər yararsız edirmi?

:  Müəyyən edilmişdir ki, 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 25.06.2024-cü il tarixdə 2 saylı              Klinik Psixiatriya Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq “hərbi xidmətə yararlıdır” hesab edilmiş, 25.07.2024-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Bildirilir ki, hal-hazırda müddətli həqiqi hərbi xidmətdə olduğunuz üçün, ərizənizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə xidmət etdiyiniz hərbi hissə komandirinə müraciət etməyiniz məqsədəuyğundur.
İlkin Soruşur Yazılma Tarixi:30.10.2024 09:49:26

Salam. Qarin boşluğunda ağrilar hiss eliyirdim , poliklinikida Qarin Boşluğu Orqanlari USM kecennen sonra Lümendə posterior divarda 2.5 mm ölçüdə saplaqlı polip iznlendi ve öd kisəsinin polipi neticesi verildi. Zehmet olmasa bunnan elageder melumat verin, yararliyam herbi xidmete?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, təhsilə görə verilmiş möhlət hüququnuz bitdikdən sonra, Siz qeydiyyatda olduğunuz Xidmətin Sumqayıt şəhər baş idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçiriləcək, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin ediləcək və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır. Nəzərinizə çatdırırıq ki, çağırışa cəlb olunan zaman səhhətiniz ilə bağlı müayinə nəticələrini Xidmətin Sumqayıt şəhər baş idarəsinə təqdim etməyiniz məqsədəuyğundur. “Xoşxassəli yenitörəmələrin ölçüsündən və funksiya pozğunluğundan” asılı olaraq çağırışçıların tibbi şəhadətləndirlməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul edilir.  
İLHAMƏ Soruşur Yazılma Tarixi:28.10.2024 22:35:31

Salam. 2ci dereceli alimentar piyleme seferliye yararlı sayılır?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən II dərəcə alimentar piylənmə diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Cavad Soruşur Yazılma Tarixi:28.10.2024 15:21:20

Bir ayağı 3 bir ayağı 2 dərəcəli yastıpəncəliyi olan şəxs hərbi xidmətə yararlı yoxsa yararsıs hesab edilir?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III (üçüncü) dərəcə yastıayaqlılıqda çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Tərlan Soruşur Yazılma Tarixi:28.10.2024 11:38:09

sosyal müdafiye nazirliyinde yekun tibbi müayineden keçmişem zehmet olmasa cavabını öyrenebilerem ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Abşeron rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinəyə cəlb olunmusunuz və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 17 “b” maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir.
Bəhruz Soruşur Yazılma Tarixi:28.10.2024 03:40:26

Salam,her vaxtiniz xeyir olsun,menim bir balaca sualim var,menim od kisemde 1,7 sm daw var,hekimler deyir mutleg od kisesi goturulmelidir cunki mene agri agirlig,seherler urek bulanma verir.Men eger odu emeliyat edib goturseler,men herbi xidmete yararliyam?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, “Öd kisəsinin cərrahi yolla çıxarılması-xolesistektomiya əməliyyatı” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Turqay Soruşur Yazılma Tarixi:28.10.2024 01:44:19

Meni çağırışçiyam men naxçivandan kamisiyeden keçmeliyem ve bununla haqqda bilgi almax isteyirem

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin Şərur rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparıldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yararlığınız barədə qərar qəbul ediləcəkdir.
Fuad Soruşur Yazılma Tarixi:27.10.2024 21:44:37

Salam, mənim böyrəyimdə 15mm və 6mm daş var, hərbi xidmətə yararlı sayılıram?

Bildiririk ki, böyrəklərin ifrazat funksiyasının pozulması olmadan böyrəklərin, sidik axarlarının tək-tək daşları (0,5 sm və daha iri); diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ceyhun Soruşur Yazılma Tarixi:27.10.2024 18:59:59

Salam, 1-ci dərəcə spondilolistezis ağrı sindromları ilə, və 5-5mm-11mm arasında fəqərəarası yırtığ L5-S1 fəqərəarası disk səviyyəsində travma nəticəsində 3 il əvvəl yaranmışdır. Bu diaqnoz ilə yararlı yoxsa yararsız olduğumu deyə bilərsiz?

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 31.05.2024-cü il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına və 17.07.2024-cü il tarixdə Respublika Dəri-Zöhrəvi Mərkəzinə əlavə tibbi müayinələrə göndərilmisiniz. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
Cədvəldə sətir sayı :14890