Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Soruşur Yazılma Tarixi:04.11.2024 16:14:19

Xaiş edirem mənə cavab verərdiniz

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Bərdə rayon şöbəsi tərəfindən 2024-cü ilin oktyabr çağırışına cəlb edilərək, rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 12.09.2024-cü il tarixdə Sabunçu Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Mircəlal Soruşur Yazılma Tarixi:04.11.2024 11:30:42

Salam. 2024 avqust ayında təkrar müayinə üçün çağırılmışam. Saatlı rayon xəstəxanasında daha sonra Ə.Mirqasımov adına və Z.Əliyeva adına göz klinikasında müayinədən keçdim. Son olaraq 21.10.2024 tarixində Reabilitasiya mərkəzində oldum. Yekun qararı nə zaman biləcəm?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Saatlı rayon şöbəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin tərtib etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və nəticəsi barədə Sizə Xidmətin Saatlı rayon şöbəsi tərəfindən məlumat veriləcəkdir.
Samir Soruşur Yazılma Tarixi:04.11.2024 10:27:28

Salam, mən komissiyanın cavabı ilə bağlı məlumat almaq istərdim

Bildiririk ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə, adınız, soyadınız, ata adınızdan əlavə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) yerli baş idarə (idarə, şöbə və bölmə) göstərilməlidir.
Ramal Soruşur Yazılma Tarixi:03.11.2024 21:08:26

Salam Hər Vaxdınız Xeyirli Olsun Əvvəla Narahatçılığa Görə Çox-çox Üzür İsdəyirəm Mən 2005 iləm Və Lənkaran Qeydiyatıyam Mənim Epiıepsiya Xəsdəliyəm Var Lənkaran Şöbəsinin Göndərdiyi Bütün Yoxlanışlardan Keçmişəm Amma Heçbir Cavab Ala Bilmirəm Sizdən Çox-çox Xaiş Edirəmki Mənim Müraciətimi Nəzərə Alıb Bu Haqda Tədbir Görəsiniz Mənim Artığ 19 Yaşım Var Ailəmə Dəstək Məqsədli İşləmək İsdəyirəm Ona Görə Heçbir Yerdə İşləyə Bilmirəm. Birdaha Üzr İsdəyirəm Narahatçılığa Görə Sağolun

    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Lənkəran rayon şöbəsi tərəfindən 2024-cü ilin oktyabr çağırışına cəlb edilərək, rayon çağırış komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Binəqədi Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
AYDIN Soruşur Yazılma Tarixi:03.11.2024 02:03:43

Salam mən 9 cü sinifdə olanda hərbi həkim komissiyasından keçəndə maddə 13ç yazılıb hal hazırda 4 cü kursda oxuyuram mən yararlı yararsız olduğumu bilmirəm

Bildirilir ki, təhsil almağınızı nəzərə alaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən Sizə 30.06.2025-ci il tarixədək möhlət hüququ verilmişdir. Möhlət hüququ bitdikdə qeydiyyatda olduğunuz Xidmətin Göyçay rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına müvafiq olaraq hərbi xidmətə yararlı     olub-olmamağınız barədə qərar qəbul olunacaqdır
Ceyhun Soruşur Yazılma Tarixi:02.11.2024 23:29:31

Salam. Mən də psoriaz xəstəliyi var əsasən əlimin içində və ayaqlarımın altında? Reabilitasiya mərkəzində müayinədən keçmişəm. Nəticəni necə öyrənmək olar?

Bildiririk ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə, adınız, soyadınız, ata adınızdan əlavə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) yerli baş idarə (idarə, şöbə və bölmə) göstərilməlidir.  
Yusif Soruşur Yazılma Tarixi:02.11.2024 18:09:23

Salam, Mən 2015-ci ildə ayağımdan omba nayihəmdən əməliyyat olmuşam. Ayağımda hələdə ağsaqlıq və ombamda açılıb bükülmədə problem var və ayağımda əyrilik var. Sualım ondan ibarətdirki, mən bu il üniversiteti bakalavr bitirib xaricdə bakalavr oxumaq istəyirəm. Yəni məni əsgər aparacaqlar yoxsa yox? Onu hardan və necə maraqlana bilərəm?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, təhsilə görə verilmiş möhlət hüququnuz bitdikdən sonra, Siz qeydiyyatda olduğunuz Xidmətin Sumqayıt şəhər baş idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçiriləcək, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin ediləcək və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır. Nəzərinizə çatdırırıq ki, çağırışa cəlb olunan zaman səhhətiniz ilə bağlı müayinə nəticələrini Xidmətin Sumqayıt şəhər baş idarəsinə təqdim etməyiniz məqsədəuyğundur.  
Şamil Soruşur Yazılma Tarixi:02.11.2024 15:01:51

Komisiyanın cavabı nece oldu?

: Müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 10.06.2024-cü il tarixdə Quba Rayon Mərkəzi Xəstəxanasına əlavə  müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin ”Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmiş, 15.11.2024-cü il tarixdə hərbi biletlə təmin olunmusunuz.  
Səid Soruşur Yazılma Tarixi:02.11.2024 12:22:54

Əgər könüllü olaraq böyrəyimi anama versəm əsgərliyə aparılıram?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “bir böyrəyin olmaması” ilə şəhadətləndirilən çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab olunurlar.
Elçin Soruşur Yazılma Tarixi:02.11.2024 11:09:31

Salam, mən 3 il bundan əvvəl 2-ci dərəcəli skalioz ilə yararsız hesab olunmuşdum bu tarixdə 30.10.2024 yenidən ən sonuncu yoxlanışdan yəni sosial müdafiə fondunun nəzdində olan xəstəxanadan keçdim, lakin yekun qərar barədə heç bir şey deyilmədi. Nəticəni bilmək istərdim.

Müəyyən edilmişdir ki, növbəti təkrar tibbi müayinə zamanı, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 05.09.2024-cü il tarixdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına əlavə  müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin ”Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Cədvəldə sətir sayı :14890