Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
Sahilə Soruşur Yazılma Tarixi:27.12.2024 12:12:55

Salam 28yasim var xanımam tam orta təhsilliyəm ali təhsil dil biliyim yoxdu mən hərbidə işləmək üçün hərbi komandanlığıa müraciət edə bilərəm????

salam.İşə qəbulla bağlı ,  ərizə ilə müraciət etməniz xahiş olunur. ( info@seferberlik.gov.az )
Rəşad Soruşur Yazılma Tarixi:27.12.2024 11:34:56

Salam men 26.12.2024 de yoxlamadan kecmiwem cavablari ne vaxt orgene bilerem ? Bu tez bir zamanda mumkundurmu?

: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) yerli baş idarəsi (idarə, şöbə və bölmə) göstərilməlidir.
Saleh Soruşur Yazılma Tarixi:26.12.2024 23:35:12

Salam.ödümdə 17 mm lik daş var.Məni 27 yaşıma qədər Vayonkamat tərəfindən yararsız kimi xidmətdən saxlayıblar indi deyirlər yararlısan Əlillərin bərpa mərkəzinədə geddim şikayətlə bağlı işimə baxmadılar əsgər aparmaq isdəyirlər məni.bu narazıçılıqımla bağlı köməklik edərdiz mənə zəhmət olmasa.yararlı idimsə nəyə görə saxlayırdılar məni.bilmək isdəyirəm bu vəzyətdə apara bilərlər hərbiyə ya yox ?

Müəyyən edilmişdir ki, Siz növbəti şəhadətləndirilməyə cəlb edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş və səhhətiniz ilə əlaqədar 21.08.2024-cü il tarixdə Nizami Tibb Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin ”Xəstəliklər cədvəli”nin          I qrafasına müvafiq olaraq “hərbi xidmətə yararlıdır” hesab edilərək, 2025-ci ilin yanvar çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilməniz nəzərdə tutulmuşdur. Bir daha bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququnuz vardır.  
Fərid Soruşur Yazılma Tarixi:26.12.2024 22:13:40

Esgerlikde hara dușmuşem ?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Əlizadə Soruşur Yazılma Tarixi:26.12.2024 21:35:49

Salam, çağırışçıların harda hərbi xidmət edəcəkləri müəyyənləşib? Bu portaldan məlumatları yazıb baxmağa çalışıram ancaq belə çağırışçı tapılmadı deyilir. Müəyyənləşibsə necə öyrənə bilərəm? Öncədən təşəkkürlər.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Elvin Soruşur Yazılma Tarixi:26.12.2024 19:48:12

Hara düşdüyümü bilmək istəyirəm

Ramin Soruşur Yazılma Tarixi:26.12.2024 17:22:57

Salam. Mən dekabr ayinda yoxlanışdan keçmişəm zehmət olmasa cavabı bilmək isdiyirdim

Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət     Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinə aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin     I qrafasına müvafiq olaraq “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Hərbi biletlə təmin olunmağınız üçün Sizin Xidmətin Göyçay rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Qənimət Soruşur Yazılma Tarixi:26.12.2024 13:47:36

Salam.Mən 2020-2021-ci illərdə hərbi xidmətdə olmuşam.2 gün qabaq mənə telefonla zəng edib hərbi komisarlığa çağırıblar.Özümdən asılı olmayan səbəblərdən(iş, sənəd)gedə bilmirəm.Çağırmaqlarının səbəbini soruşdum heç bir məlumat vermirlər.Rəsmi üsulla çağırmaqları mümkündürmü? Hazırda gedə bilmədiyim üçün hər hansısa problemlərlə qarşılaşa bilərəmmi? Məlumat verməyinizi xahiş edirəm.Təşəkkürlər

Hansı səbəbdən Xidmətin Sumqayıt şəhər baş idarəsinə çağırılmağınıza dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır.           Məlum olmuşdur ki, hərbi təlim toplanışlarına cəlb edilməyiniz üçün, Sizə Xidmətin Sumqayıt şəhər baş idarəsi tərəfindən 27.12.2024-cü il tarixdə çağırış vərəqəsi verilmiş və 14.01.2025-ci il tarixdə aidiyyəti hərbi hissəyə təhvil verilmisiniz.
Murad Soruşur Yazılma Tarixi:26.12.2024 00:32:45

Salam Mən 22.12.2006 təvəllüdəm. Mən bütün yoxlanışlardan Keçmişəm və 2025 ci il Yanvar ayının 1-i üçün çağırış vərəqəm verilib. Mən nə zaman və necə biləcəmki Hansı bölgədə və hansi qoşunda xidmət edəcəm?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Zakir Soruşur Yazılma Tarixi:25.12.2024 23:08:14

Salam.Mən öyrənməy istərdimki yanvar çağrışçılarının hansı hərbi hissəyə düşdüyü nə zaman bəlli olacaq?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında 2025-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elan olunmuşdur.             Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.             Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.             Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.  
Cədvəldə sətir sayı :14890