Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Adil Soruşur Yazılma Tarixi:05.02.2025 00:26:42

Salam. Göz Astiqmatizm yararsızlıq dərəcədiz neçədir? Mən 2017ci ildən hərbi xidmətdən dinc dövrdə yararsız, müharinə dövründə məhdud yararlı hesab edilmişəm. Sol gözümdə astiqmatizm var və bu hər 3 ildən olan yoxlanışlarda qeyd olunurdu (həm voyenkomat həm də Z.Ə göz xəstəxanasından) . 2025 ci ildə oıan yoxlanışımda, Sosial müdafiə fondunun bildirdiyinə görə yararlıyam. Bunun məsuliyyətini kim daşıyacaq? Bu günə qədər hansı məsuliyyətsiz şəxsin hərəkətinə görə əsgərlikdən qalmışam? Hall hazırda övladım ailəm və şəxsi biznesim var. Bu barədə mənə kimsə kömək etməyəcək axı. Bu barədə məhkəməyə müraciət etmişəm və Dsmf apelyasiyasına verəcəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” hesab edilmisiniz. Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na müraciət etmək hüququnuz var.
Alişan Soruşur Yazılma Tarixi:04.02.2025 19:27:52

Salam.Mən hərbi xidməti başa vurub gəlmişəm.Hərbi biletimdə md 3 13d hərbi xidmətə yararlı yazılıb,nə maddəsidir 13d?

Hərbi biletinizdə 13 “d” maddəsinin qeyd edilmə səbəbinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.              Araşdırma zamanı Sizin, Xidmətin Sumqayıt şəhər baş idarəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb olunduğunuz və çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı boyunuzun 187.5 sm, çəkinizin isə 60.5 kq olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin 13-cü maddəsinin I qrafasının “d” bəndinə əsasən (Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları) “Hərbi xidmətə məhdud yararlı” hesab edildiyiniz müəyyən edilmişdir.Həmin qərara əsasən 13.07.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə təhvil verilmisiniz. 13.07.2024-cü il tarixdə müddətli həqiqi hərbi xidməti başa vuraraq Xidmətin Sumqayıt şəhər baş idarəsi tərəfindən hərbi vəzifəlilərin qeydiyyatına alınmısınız.              Səhhətinizlə əlaqədar təyin edilmiş 13 “d” məhdudiyyət dərəcəsinin hərbi biletinizdən silinməsi ilə bağlı, yenidən tibbi müayinə olunmağınız üçün (səhhətiniz ilə bağlı şikayətiniz olmadığı təqdirdə) hərbi qeydiyyatda olduğunuz Xidmətin Sumqayıt şəhər baş idarəsinə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.               Bildiririk ki, tibbi müayinənin nəticəsinə uyğun olaraq Xidmətin Sumqayıt şəhər baş idarəsi tərəfindən qanunamüvafiq tədbirlər həyata keçiriləcəkdir.  
İbrahim Soruşur Yazılma Tarixi:04.02.2025 15:45:21

Salam.Mən 24.11.1999 təvəllüdlü Qənbərli İbrahim Habil oğlu.Yanvar ayında Respublika Reabilitasiya Mərkəzidə müəyyən müayinələrdən keçmişəm.Son qərar haqqında zəhmət olmasa məlumat verərsiniz.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Bərdə rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinəyə cəlb olunmusunuz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin                    I qrafasına əsasən “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Bildiririk ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Fərhad Soruşur Yazılma Tarixi:03.02.2025 19:42:53

Mən 13.12.2024 tarixində reabilitasiya mərkəzində yoxlanışdan keçdim. Yekun nəticəni bilmək istəyirdim

Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Səhhətinizlə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, Siz təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Həmid Soruşur Yazılma Tarixi:03.02.2025 16:04:20

Məndə 2-ci dərəcəli skolioz var (23dərəcə) hərbi xidmətə yararlıyam yoxsa yox?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.                                                        Çağırışçıların sümük-əzələ sistemi, birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli          59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır.                                                                                                                            Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı                 olub-olmamağınız barədə qərar qəbul ediləcəkdir.
MİKAYIL Soruşur Yazılma Tarixi:03.02.2025 14:16:37

Salam Men panaliyev Mikayıl cebrayil oğlu Məndə çənə əyriliyi və ön dişlerim pratezdi bilmek isterdim Men hərbi xidmete yararsız hesab olunuram?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, dişlərin inkişafının və çıxmasının pozulmaları, dişlərin bərk toxumalarının, pulpanın və periapikal toxumaların, diş ətinin və parodontun, tüpürcək vəzilərinin, ağız boşluğunun yumşaq toxumalarının, dilin xəstəlikləri, üz-çənə anomaliyaları (anadangəlmə inkişaf qüsurlarından başqa), dişlərin və onların dayaq aparatlarının digər xəstəlikləri və dəyişiklikləri, əng və çənənin xəstəlikləri üzrə çağırışçıların şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 49-51-ci maddələrinə əsasən aparılır. Əlavə olaraq bildiririk ki, Siz hərbi qeydiyyatda olduğunuz Xidmətin Lerik rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi müayinələrə cəlb olunacaq və müayinələriniz yekunlaşdıqdan sonra barənizdə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən müvafiq qərar qəbul ediləcəkdir.
Rəvan Soruşur Yazılma Tarixi:03.02.2025 11:37:57

Salam, mən iyul çağırışında yoxlanışa getdim və həkim komissiyasının nəticəsini gözləməyim bildirildi. Oktyabr və Yanvar çağırılışında da hərbi xidmətə yollanmadım. Hal-hazırda cari vəziyyətlə bağlı məlumat əldə etmək istəyirəm. Vəziyyətlə əlaqədar artıq 8 aydan çoxdur gələcəyimlə bağlı qeyri-müəyyənlik yaranıb. Xahiş edirəm yekun vəziyyətlə bağlı məlumat verin.

Müəyyən edilmişdir ki, Siz 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 13.05.2024-cü il tarixdə Akademik C.M.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən 05.10.2024-cü il tarixdə 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin       I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Şaban Soruşur Yazılma Tarixi:03.02.2025 11:32:09

Salam. Deməli rayon çağırış şöbəsi 3 ildən bir yoxlanış üçün çağırıb və rayon mərkəzi xəstəxanasına göndərib. Orda verilmiş bütün həkim müayinələrindən keçmişəm. Əsas problem olaraq bir tərəfli 3-cü dərəcə hidronefroz diaqnozu qoyulub (2021-ci ildə 4-cü dərəcə hidronefrozdan əməliyyat olmuşam). Bura kimi hər şey normaldır. İndi həkim yoxlanışından keçdikdən sonra təkrar çağırış şöbəsinə getdikdə məni Bakı Mərkəzi Respublika Xəstəxanasına göndərirlər. 3 il əvvəl də eyni şey olmuşdu. Rayonda necə yoxlanılmışdımsa eyni formada Bakıda da yoxlanılmışdım. Mənə maraqlıdır, Bakıya kimi gəlib eyni formada yoxlanılacamsa bu qədər artıq iş niyə lazımdır? Rayon xəstəxanasının cavabları rəsmi sayılmır mı? Hər hansı bir aparat çatışmamazlığı olsa başa düşmək olar amma eyni formada USM-dən keçirdib eyni şeyi yazırlar. İndi gəlib 470 km artıq yol, xərc niyə lazımdır? Ümumilikdə bu proses necə gedir bilmək olar? Camaat zülm çəkir. Əlavə olaraq 3-cü dərəcə hidronefroz əsgərliyə yararlı sayılır yoxsa yox? Zəhmət olmasa cavablandırardınız.

Müəyyən edilmişdir ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Zaqatala rayon şöbəsi tərəfindən 31.01.2025-ci il tarixdə növbəti tibbi şəhadətləndirilməyə cəlb edilmiş, rayon hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə Respublika Dəri-Zöhrəvi Dispanserinə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə müayinələrə göndərilmisiniz. Səhiyyə müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları şöbəyə daxil olduqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Nəzərənizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanına əsasən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yararlılığı B, C, Ç, D kateqoriyası üzrə yekun tibbi müayinələrinin aparılması 01.07.2024-cü il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir.
Ömər Soruşur Yazılma Tarixi:02.02.2025 09:59:22

Cənab Alı Baş Komandanin əmrinə əsasən dəmir yumrug əməliyyatı adı altında 27 sentyabirdan başlayan 44 günlük Veten müharibesinde Qubadlı rayonunun müdafiəsinde ve mühafizəsinə iştirak etmişəm vetaranniq statusu ala bilmirəm müharibe vaxtı xəstə anamı qoyub getmisem Xalq uğrunda Millət uğurunda canımi qoymuşam müharibede 4 ay əziyetim olub şaxtada qarda olmuşam müraciət etmədiyim qurum qalmadı müraciət etdim ki müharibede olmuşam mənə imtina cavabı gəldi ki siz tamamlamada olmuşuz veteranniq düşmür axı Cənab Prezident demişdi ki müharibede zərrə qədər eziyeti olan veterandir ancaq bu belə deyil özüm bir kasıb ailədən cixib müharibeye gedmisemsə əynimə forma vermisense təminat vermisense onda haqimizida ver hərə bir kasıb ailədən cixib müharibeye gedib verində haqimizi aparanda yaxşıdır müharibe 4 ildir ki kutarmagina baxmayaraq menim veteranniq statusumu bərpa etmədilər 7 minlərlə veterannarin haqlarıi bərpa etmediler biz havada qalmışıq bize bir ad vermelidirler veriləcəkdir qanunda dəyişiklik edilmelidir ki haqqımizi ala bilək qanunda tamamlama sözü yoxdur nazirlər kabinetinin qərarı lazımdır 7 minlərlə veterannarin haqlarıi bərpa etmək üçün müharibeye vetaranniq statusu üçün medal üçün getməmişdik xalq uğrunda Millət uğurunda canımi qoymaga getmisdik sag çıxmışıqsa şükür allaha haqimizi versin

“Müharibə veteranı” statusunun verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş təkrar ərizənizə yenidən baxılmışdır.         Bir daha bildiririk ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Odur ki, Vətən müharibəsi zamanı 10.10.2020-ci il tarixdən 12.01.2021-ci il tarixədək Müdafiə Nazirliyinin 282 və 285 saylı hərbi hissələrinin tərkibində xidmət keçməyinizi nəzərə alaraq, Xidmətin Aparatına 19.06.2023-cü il tarixdə daxil olmuş əvvəlki müraciətiniz baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi məqsədilə 25.06.2023-cü il tarixdə       3-43-90/2-H-104/20/2023 nömrəli məktub Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərilmişdir.
Vurğun Soruşur Yazılma Tarixi:02.02.2025 06:54:08

Salam.Mən 2017-ci ildən sülh dovrundə hərbi xidməte yararsız kimi komissiyanın qərarı ilə hərbi xidmətə getməmişəm.Hər 3 ildən bir dövrlük yoxlamağa cağrılmışam.Son yoxlamam 2023-cü ildə oldu ve növbəti 3 illik möhlət verildi.Növbəti komissiyam 2026-cı ildədir.Lakin 2025-ci il iyul ayında mənim 30 yaşım tamam olur və 31 yaşa qədəm qoyuram.Yeni qanunla mənim artıq komissiyaya çağrılmayacağımı deməm düzdürmü?

Sizin 30 yaşınız tamam olduğu halda təkrar tibbi müayinəyə cəlb olunmağınıza dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra Xidmət) daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə Şərur rayon idarəsində olan hərbi qeydiyyat sənədlərinizə əsasən, 27.07.2020-ci il tarixdə və sonuncu dəfə 31.07.2023-cü il tarixdə tibbi müayinələrə cəlb olunmağınız və hər iki halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 17-ci maddəsinin I qrafasının “b” bəndi ilə “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyiniz məlum olmuşdur.           “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar yalnız 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.           Mövcud qanunvericilikdə 30 yaşı tamam olmuş şəxslərin növbəti təkrar tibbi müayinəyə cəlb olunmaları nəzərdə tutulmur.
Cədvəldə sətir sayı :14890