Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İlham Soruşur Yazılma Tarixi:07.02.2025 13:24:33

Salam mən hal hazırda xaricdə doktorantura təhsili alıram. İyul ayında 3 il tamam olduğu üçün yenidən tibbi yoxlanışım var. Səhhətim ilə bağlı hərbiyə yararsızam. Əgər gələn ay ölkəyə gələndə doktoranturadan qəbul sənədimi voyenkamata təqdim etsəm, yenidən iyulda ölkəyə gəlib tibbi yoxlanışdan keçməyə ehtiyac var? yoxsa çağırılmayacam? Lazım gələrsə iyulda gələ bilərəm. Əgər yenidən tibbi yoxlanışa ehtiyac qalmayacaqsa, iyulda ölkəyə gəlməyi planlamıram.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətinizə baxılmışdır.          Bildiririk ki, 03.07.2025-ci il tarixdə möhlət müddətiniz bitdikdən sonra hərbi qeydiyyatda olduğunuz Xidmətin Sumqayıt şəhər baş idarəsinin çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilərək ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.          Əlavə olaraq bildiririk ki, təhsil haqqında sənədinizi Xidmətin Sumqayıt şəhər baş idarəsinə təqdim etməyiniz məqsədəmüvafiqdir.
Mahir Soruşur Yazılma Tarixi:07.02.2025 12:45:13

salam mənim 30.8 yaşım var bilmək istəyirəm ki çağışçı sayılıram? bəzi saytlar çağırış yaşının 30 bəziləri isə 31.5 olduğunu yazır

30.8 yaşınız olduğu üçün çağırışçı hesab edilib-edilmədiyinizlə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan, müddətli həqiqi hərbi xidmət keçməmiş                                          18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları çağırışçı hesab edilirlər. Hazırda 30 yaşınız tamam olduğu və 30.07.2018-ci il tarixdən 12.07.2019-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçdiyiniz üçün çağırışçı hesab edilmirsiniz.  
Məhəmməd Soruşur Yazılma Tarixi:06.02.2025 22:35:41

Salam Mənim bir qulağımda problem var mən onun sənədlərini hərbi ekspertiziyaya təqdim etməliyəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.  Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarəsinin, şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon hərbi həkim komissiyası tərəfindən qərar qəbul olunacaqdır.           Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz xəstəliyə dair tibbi sənədləri   Xidmətin qeydiyyatda olduğunuz rayon (şəhər) baş idarəsinin (idarəsinin, şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasına təqdim etməyiniz məqsədəmüvafiqdir.  
Nurlan Soruşur Yazılma Tarixi:06.02.2025 20:17:17

salam mənim 27 yaşım var alt çənədə 8 azı dişim 2 ağıl dişim yoxdu üst çənədəd 4 dişim yoxdu bu, ailəliyəm anam işləmir yolaşım uni qiyabi təhsil alır işləmir və 5 aylıq körpəm var mənə möhlət huqu varmı yadakı dişlərimə görə yararsız saılıram? ailədə atam vəfat edib qardşaım yoxdu bacım evlidi

Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.           Araşdırma zamanı Sizin, Xidmətin Qəbələ rayon şöbəsinin hərbi-həkim komissiyası tərəfindən 2016-ci ilin yanvar çağırışına cəlb olunduğunuz və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42“c” maddəsinin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyiniz məlum olmuşdur. 30.01.2019-cu il və 13.04.2022-ci il tarixlərdə təkrar tibbi müayinədən keçirilən zaman, barənizdə sağlamlıq vəziyyətinizlə bağlı əvvəlcədən təyin edilmiş diaqnoz öz təsdiqini tapmış və Sizə 13.04.2025-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir.   Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli 111-VIIQD nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 20.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına (əvvəllər 35 yaşına) çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.Sizə təyin olunmuş möhlət müddəti bitdikdən sonra yenidən təkrar tibbi müayinəyə cəlb olunaraq barənizdə Xidmətin Qəbələ rayon şöbəsi tərəfindən müvafiq qərar qəbul ediləcəkdir.           Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - əlli manat məbləğində cərimə edilir.           Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.           Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Qeyd: Bu Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.
Ümid Soruşur Yazılma Tarixi:06.02.2025 11:09:52

Salam mən 01.03.2023 cü ildə Papanin Hospitalınnan yararsız olaraq tərxis olmuşam indi tam sağlamam yenidən hərbi xidmətə yollanmaq istəyirəm. Dəfələrlə Vainkomata müraciət etsəmdə işimə baxılmayıb. Mənə kömək edə bilərsiniz?

Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən 2022-ci ilin oktyabr çağırışına cəlb edilərək, rayon çağırış komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilmiş, səhhətiniz ilə əlaqədar 12.10.2022-ci il tarixdə Qazax rayon Mərkəzi Xəstəxanasına və Qazax rayon Psixiatriya Xəstəxanasına əlavə tibbi müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilərək, 27.10.2022-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmisiniz. Siz hərbi xidmət dövründə 16.11.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin       29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin II qrafasının tələblərinə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək, 14.02.2023-cü         il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmısınız. Əlavə olaraq bildirilir ki, xəstəliklə əlaqədar ordu sıralarından vaxtından əvvəl ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılmaları qanunvericilikdə nəzərdə tutulmamışdır.
Fərhad Soruşur Yazılma Tarixi:05.02.2025 16:27:04

Salam mən Abasov Fərhad İlham oğlu, boyum 1.75, çəkim isə 100kq ilə 95 kq arasıdır, mən hərbi xidmətə yararliyam?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları üzrə: II (ikinci) dərəcəli alimentar piylənmə. Bədən çəkisinin indeksi (BÇİ)              18-25 yaşlı şəxslər üçün 30,0-34,9” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Rəhman Soruşur Yazılma Tarixi:05.02.2025 15:50:41

Salam. Hərbi bilet itirildikdə onlayn şəklində hara müraciət edilməli? Onlayn vasitəsilə hərbi bileti bərpa etmək mümkündürmü?

İtirilmiş hərbi biletin əvəzinə yenisinin elektron əldə edilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Bildiririk ki, hərbi bilet qəsdən korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin strukturuna daxil olan qurumlar tərəfindən aşağıda göstərilən sənədlər əsasında verilir:            1. ərizə;            2. şəxsiyyət vəsiqəsinin surəti (təsdiq olunmuş);            3. 3x4 ölçüdə 2 ədəd fotoşəkil;            4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rayon (şəhər) polis idarələri və ya şöbələrindən hərbi biletin tapılmamasına dair arayış.             Əlavə olaraq bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilərə təqdim olunan yeni (dublikat) hərbi biletdə onların hərbi xidmət, hərbi qeydiyyatla bağlı məlumatları qeyd edilərək hərbi qeydiyyatda olduqları Xidmətin strukturuna daxil olan qurumun rəisi tərəfindən imza və gerbli möhürlə təsdiq edilir.            Nəzərinizə çatdırırıq ki, itirilmiş hərbi biletin əvəzinə yenisinin verilməsi ilə əlaqədar elektron müraciət olunması və hərbi biletin elektron əldə edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Samir Soruşur Yazılma Tarixi:05.02.2025 10:51:10

Hörmətli Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nümayəndələri, Keçmiş olduğum tibbi müayinəyə əsasən mənim hazırkı statusum barədə məlumat verməyinizi xahiş edirəm. Xüsusilə, hərbi xidmətə yararlılıq kateqoriyam ilə bağlı hansı qərarın qəbul edildiyini öyrənmək istərdim. Sizə əvvəlcədən təşəkkür edirəm. Hörmətlə, M.S.V

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.
Müəyyən edilmişdir ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş mütləq müayinələrdən keçirilərək əlavə müayinəyə göndərilmisiniz. 
Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na müvafiq olaraq yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin         I qrafasına uyğun olaraq “Sağlamlıq vəziyyətinə görə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır”  hesab edilmisiniz.
Möhlət hüququnuz bitdikdən sonra təkrar tibbi müayinəyə cəlb olunaraq barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin         I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.

Nurəddin Soruşur Yazılma Tarixi:05.02.2025 04:20:17

Salam. Mən 2024-ci ildə hərbi xidmətə çağırış üzrə hərbi komissiyadan keçdim və yekun nəticə olaraq 14 dərəcə skalioz ilə məhdud yararlı kimi qiymətləndirildim lakin mən könüllü olaraq qanunvericilik icazə verirsə hərbi xidmət keçmək istəyirəm Aprel ayı üzrə çağırışda hərbi xidmət keçməyə haziram. Qərarınız haqqında məlumatı 0503622688 WhatsApp ilə əlaqə saxlayıb bildirsəniz xoş olar. Təşəkkür edirəm əvvəlcədən.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3 bəndinə əsasən hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun             20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşa çatana qədər hər            3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cavid Soruşur Yazılma Tarixi:05.02.2025 01:09:28

Salam. Çağırışçı tibbi müayinəni həyata keçirən həkim komissiyasının yekun qərarı haqqında yazılı rəyi hansı elektron informasiya sistemi vasitəsilə əldə edə bilər? Mən müayinələrin yekun nəticəsi haqqında yazılı bildirişi əldə eləmək istəyirəm.

Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz. Səhhətinizlə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, Siz təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14890