Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əşrəf Soruşur Yazılma Tarixi:13.02.2025 03:12:31

Salam. 2021 ci il tibbi yoxlanış zamanı səhhətimlə əlaqədar, dinc dövrdə yararsız, müharibə dövründə qismən yararlı olaraq qeyd edildi. 2024 cü il iyul ayında 3 il tamam olur və təkrar yoxlanışdan keçməliyəm ancaq bu vaxta qədər çağırış gəlməyib. Bunun səbəbi nədir? Öncədən təşəkkür edirəm.

Bildiririk ki, Sizin növbəti təkrar müayinəyə cəlb olunmağınız üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən 06.11.2024-cü il tarixdə qeydiyyatda olduğunuz (Yevlax şəhəri, Nizami prospekti, ev 38, mənzil 4) ünvana xəbərdarlıq məktubu göndərilmiş, eləcə də barənizdə Yevlax Rayon Polis Şöbəsinə məktub ünvanlanmışdır. Təkrar tibbi şəhadətləndirilmə ilə bağlı Xidmətin Yevlax rayon şöbəsinə yaxınlaşmağınız vacibdir.
Faiq Soruşur Yazılma Tarixi:12.02.2025 10:25:05

Salam mən 3 dəfə Bakıda yoxlanişlardan keçdim cəlilabad vainkomati tam məlumat vermir bilmək istəyirəm apreldə əsgər aparacaqlar ya yox hərbi biletim olub 2024 iyun ayında hərbi bileti itirmişəm və məni yoxlanişlara göndəriblər sağlamamsa niyə aparmirlar hərbiyə bilmək istəyirəm

Müddətli həqiqi hərbi xidmətə göndərilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətlərinizə baxılmışdır.   Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.   Araşdırma zamanı müəyyən edilmişdir ki, 06.02.2025-ci il tarixdə Xidmətin Cəlilabad rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinin “c” bəndinə əsasən, “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmisiniz və Sizin növbəti təkrar tibbi müayinədən keçirilmə vaxtı 06.02.2028-ci il tarixə təyin edilmişdir.            Əlavə olaraq bildiririk ki, hərbi bilet qəsdən korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin strukturuna daxil olan qurumlar tərəfindən aşağıda göstərilən sənədlər əsasında verilir:        
Dürdanə Soruşur Yazılma Tarixi:11.02.2025 21:24:17

Salam.men bilmek isteyiremki eyer herbi xidmete cagirilan sexs narkotik asililigindan eziyyet cekirse.onun aqibeti ne olur.herbi xidmete yararli sayilirmi?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. “Davamlı və ya tez-tez təkrarlanan asılılıq (psixi və ya fiziki) yaradan psixoaktiv maddələrin sui-istifadəsi nəticəsində bütün psixi və davranış pozuntuları, xroniki alkoqol psixozları, mühüm dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, toksikomaniya” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilir.
İlkin Soruşur Yazılma Tarixi:11.02.2025 19:37:27

Salam, mənim 186 boy, 145 kg çəkim var. İdmanla məşğul olsamda çəki fiziki hərəkətimə maneə olur. Belə olduğu halda yararlı olmaq üçün neçə kg çəki itirmək lazımdır?

Bildiririk ki, Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün aşağıdakı düsturla təyin edilən bədən kütləsi indeksindən (BKİ) istifadə olunur: bədən çəkisi (kq) BKİ= ----------------------------- boy ölçüsünün (m) kvadratı Bədən çəkisinin indeksi (BÇİ) 18–25 yaşlı şəxslər üçün normada - 19,5–22,9; zəif qidalanmada - 19,4 və aşağı; yüksək qidalanmada - 23,0–27,4; I dərəcəli                                 piylənmədə - 27,5–29,9; II dərəcəli piylənmədə - 30,0–34,9; III dərəcəli piylənmədə      - 35,0 və daha çox. BKİ 26–45 yaşlı şəxslər üçün normada - 20,0–25,9; zəif qidalanmada - 19,9 və aşağı; yüksək qidalanmada - 26,0–27,9; I dərəcəli piylənmədə - 28,0–30,9; II dərəcəli                         piylənmədə - 31,0–35,9; III dərəcəli piylənmədə - 36,0 və daha çox ilə yanaşı ağırlaşmalar (qlükozaya qarşı tolerantlığın pozulması, dislipidemiya, hipertoniya, bel çevrəsi kişilərdə 94 sm, qadınlarda 80 sm) olduqda. Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli           59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “6 ay müddətinə müvəqqəti hərbi xidmətə yararsız” sayılırlar. Lakin müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin          I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Nahid Soruşur Yazılma Tarixi:11.02.2025 18:43:34

Salam, mən 27 dekabr 2024-cü ildə yoxlanışda olmuşam. Haqqımda hansı qərarın verildiyini deyə bilərsiniz? Nəticəni öyrənmək istəyirdim, zəhmət olmasa cavab verərdiniz.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Masallı rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilərək səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Bildiririk ki, səhhətiniz ilə əlaqədar verilmiş möhlət müddəti bitdikdən sonra, təkrar tibbi müayinəyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Şahmar Soruşur Yazılma Tarixi:11.02.2025 16:17:15

Salam, mən Bakıya təkrar yoxlanışla əlaqədar çağırılmışam. Respublikanski xəstəxanasında, dəri-zöhrəvi dispanserində və Z.Əliyeva adına göz klinikasında həkim qəbulunda olmuşam. Nəticələrlə tanış olmaq istəyirdim

  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Lerik rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Bildiririk ki, mütləq və əlavə müayinələriniz yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Məhəbbət Soruşur Yazılma Tarixi:11.02.2025 12:30:31

Salam, neçə faizə qədər görmə qabiliyyəti olanlar hərbi xidmətə yararlı hesab olunur?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətinizə baxılmışdır.  Bildiririk ki, “Hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi və ya hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və                8,0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2,0 DPTR-dən artıq və 4,0 DPTR-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm”  diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilirlər.
Fərhad Soruşur Yazılma Tarixi:11.02.2025 10:27:38

Salam. Son nəticələri öyrənmək istəyirdim

Sizin yekun tibbi müayinəniz ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz. Səhhətinizlə əlaqədar verilmiş möhlət hüququ bitdikdən sonra, Siz təkrar tibbi şəhadətləndirilməyə cəlb olunacaq və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:11.02.2025 06:24:04

Salam. 3 illik yararsız hərbi bilet verilib. Diaqnoz dəyişikliyi olsa vaxtından əvvəl əsgərliyə getmək olar?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin                6.3 bəndinə əsasən hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinin əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşa çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Ceyhun Soruşur Yazılma Tarixi:10.02.2025 23:01:51

Salam. Mənim mart ayında 30 yaşım tamam olur. İndi məni (3 ildən bir olan) tibbi yoxlanışa çağırıblar.. sualım odurki həkim yoxlanışından hərbiyə yararlı keçsəm məni əsgər aparacağlar?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, mütləq və əlavə müayinələriniz yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14890