Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mahir Soruşur Yazılma Tarixi:17.02.2025 16:06:36

Salam. Təkrar müayinə zamanını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi xəbər etməlidir ya vətəndaş özü müayinə vaxtını bilib müayinəyə getməlidir ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.                Bildiririk ki, çağırışçılar tibbi müayinələrdən keçmək üçün sms vasitəsilə (müvafiq xidmət aktivləşdikdən sonra) məlumatlandırılırlar. Eyni zamanda çağırışçılar bu barədə məlumatları hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsindən (idarə, şöbə və bölməsi) əldə edə bilərlər.
Elşən Soruşur Yazılma Tarixi:17.02.2025 11:10:23

Salam mən komissiyanın cavabını bilmək istəyirəm.

Bildiririk ki, Sizin 10.02.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəniz aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 3 ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsız” hesab edildiyinizdən 10.05.2025-ci            il tarixədək möhlət hüququ almısınız. Möhlət hüququnuz bitdikdən sonra yenidən tibbi müayinəyə cəlb olunacaqsınız
Elmin Soruşur Yazılma Tarixi:17.02.2025 10:08:01

Sualım zabitlik üzrə işə qəbul ilə bağlıdır, ali təhsilli hərbi vəzifəlilər dedikdə müddətli hərbi xidmətin qüsursuz başa vurmuş şəxslər nəzərdə tutulu ? daha bir sualımda olacaq bundan əvvəlki müsabiqə noyabr ayında keçirildi indi isə mart ayında keçiriləcək bu müsabiqə mütamadi olaraq hər 4 aydan bir keçirilir növbəti müsabiqə nə zaman olacaq ?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, hərbi vəzifəlilər dedikdə müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər başa düşülür. Əlavə olaraq bildiririk ki, ötən müsabiqə 18.12.2024-cü il tarixdə olmuşdu və növbəti müsabiqənin vaxtı DİM ilə razılaşdırılaraq müəyyənləşdirilir
Elvin Soruşur Yazılma Tarixi:17.02.2025 04:13:05

Salam. Öncədən təşəkkürümü bildirirəm. 28 yaşım var dinc dövrdə hərbi xidmətə yararsız, muharibə dövründə məhdud yararliyam ( HHK tərəfindən xətəliklər cədvəlinin 1ci qrafikasının 59 cu maddəsinə əsasən). Təkrar tibbi müayinə vaxtım ( sonuncu) 12.12.2026 cı ilə düşür. 10.31.2026 cı ildə isə 30 yaşım tamam olur. Yəni 30 yaşım tamam olduqdan 2 ay sonra sonuncu təkrar tibbi müayinə vaxtımdır. Bilmək istəyirdim mən 12.12.2026 ci il tarixində tekrar tibbi müayinəyə çağırılacağammı?. yoxsa buna ehtiyac yoxdur?.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinin 2.0.8-ci bəndinə əsasən müddətli həqiqi hərbi xidmətə cəlb edilmə yaş həddi 18 yaşdan 30 yaşadəkdir. 30 yaşı tamam olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə cəlb olunması qanunda nəzərdə tutulmamışdır.
Murad Soruşur Yazılma Tarixi:17.02.2025 02:36:05

Salam ehtiyatda olan zabitem .seferberlik xidmetine işe duzele bilerem??

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, əgər xidməti uyğunsuzluqla və ya xəstəliyə görə ehtiyata buraxılmamısınızsa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız üçün öncə Xidmətin Aparatında keçirilən müsahibədə, sonra isə  DİM-də keçirilən müsabiqədə iştirak etməlisiniz.
Məhəmməd Soruşur Yazılma Tarixi:16.02.2025 11:15:49

Salam son yoxlanışda olmuşam cavabları bilmək isdəyirəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.         Bildiririk ki, eyniməzmunlu müraciətinizə baxılaraq nəticəsi haqqında Sizə      22.01.2025-ci il tarixdə cavab verilmişdir.
Südabə Soruşur Yazılma Tarixi:16.02.2025 03:10:19

Herbi biletde 17ç 33ç 66ç 45ç 41ç bunlarin yazilmasinin menasi nedir?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, müraciətinizdə qeyd olunan maddələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən çağırışçının müddətli həqiqi hərbi xidmətə yararlılıq kateqoriyasını müəyyən edir.
Sadiq Soruşur Yazılma Tarixi:15.02.2025 18:34:58

Salam Mən Normal olaraq oktyabr ayında həkim yoxlanışından keçdim mənim belimdə 2 ci dərcəli sklayoz və ayağımda yastıpəncəlik var Mən Hərbi xidmətə yararlıyam yoxsa deyiləm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Ağsu rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilərək səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Bildiririk ki, mütləq və əlavə müayinələriniz yekunlaşdıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul ediləcəkdir.
Səbuhi Soruşur Yazılma Tarixi:15.02.2025 13:30:47

Salam mənim sualım daltoniklerle bağlıdır, yaşıl rəng daltonikləri (gözün yaşıl rəngi ayırd etmədə qüsur) olanlar həqiqi hərbi xidmətə yaralıdır mı ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, korluq, zəif görmə, rəng görmə anomaliyaları olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34-cü maddəsinin I qrafasına əsasən rəng duyğusu zəifliyinin forma və dərəcələrinin diaqnostikası üçün rənggörmənin müayinəsindən sonra şəhadətləndirilirlər.
Elnur Soruşur Yazılma Tarixi:15.02.2025 13:12:20

Salam. Skolioz ve kifoz dereceleri hansi hallarda herbide yararsiz hesab edilir ? Neçe dereceni keçende ?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, çağırışçıların sümük-əzələ sistemi, birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulması dərəcəsindən asılı olaraq aparılır. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan zaman çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunur və müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edilir.
Cədvəldə sətir sayı :14890