Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rail Soruşur Yazılma Tarixi:19.02.2025 20:58:34

Salam mənə Sinus Taxikardiyaya görə (2 dəfə 6ay) ümumi 1 il müvəqqəti yararsızlıq verilib. 2023 ilin Noyabr ayından müayinəlerden keçirəm. 1 ci defe 2024 Fevral ayında Qobuda yerləşən mərkəzi həkim komisayasından keçmişəm 6 ay verilib.Sonra 2024 iyul ayında DTSERA yekun müayinəden keçmişəm və yenə 6 ay verilib.Sonra 2025 yanvar çağırışina cəlb olunmuşam. 2024 Dekabr ayında Müayinə və əlavə müayinələrdən keçmişəm. Eyni xəstəlik aşkarlanib. Yeni qanunun 20.3 maddəsinə görə 1 il möhlət verilmiş şəxslər yenidən müayinə zamanı Dinc dövürdə yararsiz müharibə dövründə məhdud yararlı hesab olunur. Sualım bundan ibarətdirki Mənə hərbi bilet nə vaxt veriləcək?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Mingəçevir şəhər şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı dövlət tibb müəssisələrində əlavə müayinələrə cəlb olunmusunuz. Dövlət tibb müəssisələri tərəfindən tərtib olunan “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına müvafiq olaraq yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparıldıqdan sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul olunacaqdır.  
Elçin Soruşur Yazılma Tarixi:19.02.2025 17:09:45

Salam Hər vaxtınız xeyir Mən 2019 da 3İl möhlət Almişam Və 2022 çi ildə Azadlıqdan Məhrum olunmuşam 28.01.2025 cəzanın sonu ilə Cəzaçəkmə müəssisəsindən azad olunmuşam Sizdən Mənim hərbiyə Gedəbilərəmmi Deyə Sorucacagdim Apara bilərlər Məhkumlugumla Bağlı Yoxsa

 Məhkumluğun ödənilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – Xidmət) daxil olmuş eyniməzmunlu elektron müraciətlərinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Əlavə olaraq bildiririk ki, Xidmətin Tərtər rayon şöbəsində olan mövcud arxiv-uçot sənədlərində Sizin məhkum olmağınıza dair heç bir məlumat aşkar edilmədiyi üçün sözügedən məsələ ilə bağlı ətraflı məlumatın verilməsi mümkün deyildir. 
Kamran Soruşur Yazılma Tarixi:19.02.2025 15:57:47

Dekabr ayında Əlillərin Bərpa Mərkəzində müayinələrdən keçmişəm. Döş qəfəsinin deformasiyası və çanaq nahiyyəsində onurğa sütutunun əyriliyi mövcuddur. Nəticəmlə bağlı hər hansı bir məlumat yoxdur. Zəhmət olmasa məlumat verə bilərsinizmi?

Bildiririk ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək 24.10.2024-cü il tarixdə göndərildiyiniz Sabunçu Tibb Mərkəzinin “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına uyğun olaraq 29.11.2024-cü il tarixdə Əmək        və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinə olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş         “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Bayram Soruşur Yazılma Tarixi:19.02.2025 15:56:00

İki defe yoxlanişdan kecmişem,bir il bir ay tamam olub mene yararsız deyib Vayinkamat ama helede herbi biletimi verib qurtarmiyiblar mene Hansi rey verilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinəniz aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin    I qrafasının tələblərinə əsasən 6 ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz. Möhlət hüququnuz bitdikdən sonra təkrar növbəti tibbi şəhadətləndirilməyə cəlb olunacaqsınız və barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Bəxtiyar Soruşur Yazılma Tarixi:19.02.2025 15:48:19

Salam. Ağazadə Bəxtiyar İsmayıl oğlu. Mən hepatit c xəstəliyi keçirmişəm. Analizdə cavab pozitiv çıxır. Hərbi xidmətə yararlı hesab olunuram?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, çağırışçıların “Yoluxucu və parazitar xəstəlikləri üzrə” tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 1-7-ci maddələrinə əsasən aparılır. Çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölməsi) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinəsi təmin olunur və hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qərar qəbul edilir.
Kamran Soruşur Yazılma Tarixi:19.02.2025 15:11:29

Yekun tibbi müayinənin cavabını neçə gündən sonra öyrənmək olar?

Bildiririk ki, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölmə) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunur və müddətli həqiqi hərbi xidmətə yararlılığı barədə “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul edildikdən sonra məlumatlandırılır.
CÜMŞÜD Soruşur Yazılma Tarixi:19.02.2025 14:16:39

Salam mən bu il yoxlanışlardan keçdim.Zəhmət olmasa yekun cavabları öyrənmək istəyirəm

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon hərbi həkim komissiyası tərəfindən müayinələrdən keçdikdən sonra barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin         I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Bu səbəbdən Sizin Xidmətin Ağsu rayon şöbəsinə müraciət etməyiniz vacibdir
Fuad Soruşur Yazılma Tarixi:19.02.2025 13:24:06

Salam. Men iyul ayında müayineden keçdiyim yekun tibbi arayış haqqında cavabı öyrenmek isteyirem. Teşekkürler.

Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 29.12.2024-cü il tarixli fərmanına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 111-VIIQD nömrəli Qanununa əsasən Sizin müraciətinizə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsi ilə əlaqə saxlamağınız məqsədəuyğundur.
Cəmil Soruşur Yazılma Tarixi:19.02.2025 13:10:23

Salam.Mən yanvar və fevral ayında 3 defe Həkim müayinəsində olmuşam müayinə nəticəsini bilmək istəyirəm zəhmət olmasa köməklik edə bilərsiz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz Xidmətin Beyləqan rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilərək səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət             Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz
Nəcəf Soruşur Yazılma Tarixi:19.02.2025 11:54:54

Salam,Atası birinci qrup əlil olan şəxs,hərbi xidmətə yararlıdır?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, başqa övladı olmayan I qrup (orqanizmin funksiyalarının 81-100 faiz pozulması) əlil ata və ya anası olan vətəndaşlara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan 30 (otuz) yaşa qədər möhlət verilir.
Cədvəldə sətir sayı :14890