Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hümbət Soruşur Yazılma Tarixi:19.02.2025 03:47:12

Salam. Zəhmət olmasa baxardınız yekun tibbi müayinənin cavabına

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən 2025-ci ilin yanvar çağırışına cəlb edilərək əlavə müayinəyə göndərildiyiniz dövlət səhiyyə müəssisəsində təyin olunmuş diaqnoza uyğun olaraq 17.02.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinə olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci            il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
Kamal Soruşur Yazılma Tarixi:18.02.2025 23:26:16

Salam.Zəhmət olmasa,yekun tibbi yoxlanışın cavabı bilmək istəyirdim.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz Xidmətin Masallı rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilərək səhhətiniz ilə bağlı əlavə müayinəyə cəlb olunmusunuz. Dövlət tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmisiniz
Asiman Soruşur Yazılma Tarixi:18.02.2025 22:32:49

Salam mən ön çarpaz bağ və menisk əməliyyatı keçirmişəm dizimdə problemlər var və qaça bilmirəm Hərbi xidmətə yararlı olub olmadığımı bilmək istiyirdim zəhmət olmasa cavablandıra bilərsiz,

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır.          Bildiririk ki, çağırışçıların sümük-əzələ sistemi, birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 57-63-cü maddələrinin I qrafasının tələblərinə əsasən orqanın hərəki, vegetativ-trofiki pozulmalarının dərəcəsindən və davamlı ağrı sindromu ilə müşayiət olub-olmamasından asılı olaraq aparılır.          Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda səhiyyə müəssisəsində müayinə olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlı        olub-olmamağınız barədə qərar qəbul ediləcəkdir.
Ziya Soruşur Yazılma Tarixi:18.02.2025 18:55:56

Mən Ziya Qasımlı Hikmət oğlu, 06.06.1994-cü il təvəllüdlüyəm. Mənim bir sualım var. Məni hərbi komissarlığa heç çağırmırlar. 2024-cü ilin iyun ayında artıq 30 yaşım tamam olub. Mən nə etməliyəm? Özüm hərbi komissarlığa gedim, yoxsa hərbi komissarlıqdan zəng gözləyim?

30 yaşı tamam olmuş şəxslərin təkrar tibbi müayinəyə cəlb olunmasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli 111-VIIQD nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 20.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına (əvvəllər 35 yaşına) çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Odur ki, 30 yaşı tamam olmuş şəxslərin təkrar tibbi müayinəyə cəlb olunmaları və hərbi qeydiyyat sənədlərində bu barədə qeydlərin aparılması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. 
intiqam Soruşur Yazılma Tarixi:18.02.2025 18:08:17

Salam men 1998 ci il teveludlu intiqam Əlisultanov. Bu aprel ayinda mene çağırış gelecek menim amma aile veziyetim anam atam rehmete gedib heckesim yoxdur ozüm aileliyem 3 yasinda korpem var aileme baxan birisi yoxdur evin dolanisini men temin edirem menim aile veziyetimi nezere alaraq meni 30 yasa kimi ehtiyata buraxarlar ya nece zehmet olmasa etrafli mellumat vererdiniz apararlar ya aparmazlar.

Ailə vəziyyətinə görə möhlətin verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir: - Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir: - başqa övladı olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata, yaxud ana; - 3 və daha çox uşaq; - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş arvad; - 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda); - 18 yaşınadək və yaxud orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda. - Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 30 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər. Qeyd: “saxlamaq imkanına malik başqa ailə üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur. 
Orxan Soruşur Yazılma Tarixi:18.02.2025 18:01:41

Men 19.2.2025 milli oftolmologiya inistutuna muvayineye yollanmışam onun cavabını öyrenmey isteyerdim

Bildiririk ki, Siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən 2025-ci ilin aprel çağırışına cəlb edilərək əlavə müayinəyə göndərildiyiniz dövlət səhiyyə müəssisəsinin “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”ı həmin rayon şöbəsinə daxil olduqdan sonra tibbi şəhadətləndiriləcək və bu haqda məlumatlandırılacaqsınız.
Məhəmməd Soruşur Yazılma Tarixi:18.02.2025 13:48:56

Salam. Mən əməliyyat olduğum üçün mənə müvəqqəti möhlət verilmişdir. Həmin möhlət hüququnun nə vaxt bitəcəyi və nə zaman çağırışa cəlb olunacağım barədə məlumat verməyinizi xahiş edirəm. hörmətlə.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Masallı rayon şöbəsi tərəfindən 2024-cü ilin iyul çağırışına cəlb edilərək, səhhətiniz ilə əlaqədar Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə əlavə müayinəyə göndərilmisiniz. Tibb müəssisəsinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ına müvafiq olaraq, Sizin yekun tibbi müayinəniz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edildiyinizdən müddətli həqiqi hərbi xidmətə çağırışdan 22.04.2025-ci il tarixədək möhlət hüququ almısınız.
Samir Soruşur Yazılma Tarixi:18.02.2025 11:58:39

Salam,mənə dünən hərbi komissarlıqdan hərbi bilet veriblər ancaq öyrənə bilmədim tam yararsızam ya 3 ildən bir çağırılmalıyam. Bununla əlaqədar məlumat almaq istəyirdim

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilir ki, Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinəniz aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin    I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyinizdən müddətli həqiqi hərbi xidmətə çağırışdan  09.08.2027-ci il tarixədək möhlət hüququ almısınız. Həmçinin nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşa çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.    
Şahin Soruşur Yazılma Tarixi:18.02.2025 00:51:03

Ayaq barmaqlarim Birleşikdi nece olacaq ?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli                 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 60-cı və 61-ci maddəsinin I qrafasının müvafiq bəndləri üzrə əlin və ya ayağın anadangəlmə qüsurları olan şəxslər funksiyaların pozulma dərəcəsindən asılı olaraq şəhadətləndirilirlər. Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və bölmə) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:17.02.2025 20:10:37

Salam. Mən İdman Akademiyasın bitirmişəm (ADBTİA). Hərbi Xidmətimi Daxili Qoşunlarda olmuşam 2023-2024 sadəcə DQ də nikatr vəya digər s. Zabit qala bilmədiyim çün vaxtımı uzatmadım MAXE təklifi etmişdilər. Mən indi hansısa digər qoşunlarda Zabit olaraq işləyə bilərəm? Zəhmət olmasa köməklik göstərərdiz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız üçün öncə Xidmətin Aparatında keçirilən müsahibədə, sonra isə  DİM-də keçirilən müsabiqədə iştirak etməlisiniz. Xidmətə ilkin olaraq “gizir” rütbəsində qəbul oluna bilərsiniz, yalnız zabit vəzifəsində ən azı bir il xidmət etdikdən sonra isə “leytenant” hərbi rütbəsi ala bilərsiniz.
Cədvəldə sətir sayı :14890