Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aqsin Soruşur Yazılma Tarixi:28.03.2014 19:51:07

Salam , Sizden Xais ediremki mene Baki Seherinde olan milli ordu herbi hisse hansilardi kodlari ile yazinda xais edirem harda yerlesdiyinide kodunuda xais edirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
SEYMUR Soruşur Yazılma Tarixi:28.03.2014 18:45:36

o duzdiki cebhe bolgesinde qalib işdiyende 1 il 2 il sayilir

"Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır.
mahire Soruşur Yazılma Tarixi:28.03.2014 18:13:10

Salam. Mən bilmək istərdim yaxın 2 il ərzində hərbi xidmətə çağırışda hər hansı bir dəyişikliklər gözlənilirmi?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa hər hansl bir əlavə və dəyişikliklər edilərsə, bu barədə məlumatı www.e-qanun.az internet səhifəsindən əldə edə bilərsiniz.
Sadiq Soruşur Yazılma Tarixi:28.03.2014 17:58:41

salam,men hansi herbi hisseye dusduyumu nece oyrenim?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
mehman Soruşur Yazılma Tarixi:28.03.2014 17:49:48

men aprelin3u esgerliye gedirem men hansi herbi hisseye dusduyumu oyrenmek isteyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
ruslan Soruşur Yazılma Tarixi:28.03.2014 17:28:42

03.09.1994-cü il təvəllüdlüyəm. Peşə liseyini bu il bitirirəm. İyul ayının 1-nə qədər möhlət hüququm vardlr. Ali məktəblərə qəbul olmaq üçün test imtahanlarında iştirak etməyə sənəd versəm bu müddət uzadılacaqmı?

Bildiririk ki, çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Bu səbəbdən Sizə hərbi xidmətə çağırışdan ikinci dəfə möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
zahir Soruşur Yazılma Tarixi:28.03.2014 17:13:43

Hərbiyə gedirəm Hara düşməyim hakta məlumat necə alım?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
vusal Soruşur Yazılma Tarixi:28.03.2014 16:51:42

mene poveska gelib ama axtarisdan adimi tapa bilmirem bu nece olur

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
jeyhun Soruşur Yazılma Tarixi:28.03.2014 15:56:46

Salam. 999 №- LI HERBI HISSE HARDA YERLESHIR.

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
rustem Soruşur Yazılma Tarixi:28.03.2014 12:56:33

salam men aprelin 2 gunu gedrem herbiye ama hara duwduyumu bilmek istirem onu nece orgene bilerem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 MART 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14891