Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vusal Soruşur Yazılma Tarixi:30.06.2013 13:53:29

Salam qardasim Elsen Malişov Goyçay rayonunda herbi xidmete çagrilib sizden xaiş edirem onun hara dusmesi haqda sualima cavab vermeyinizi xaiş edirem

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
məhərrəm Soruşur Yazılma Tarixi:30.06.2013 13:49:36

salam men dsx ' tusmusem amma hansi herbi hissede xidmet edeceyimi oyrene bilmirem bunu nece oyrene bileerem

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
kamran Soruşur Yazılma Tarixi:30.06.2013 13:43:59

salam. man butun melumatlari daxil edirem amma bela insani tapmir.bes niye bele olur?xahis edirem cavab yazin.

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Elcin Soruşur Yazılma Tarixi:30.06.2013 13:36:28

212 SAYLI HERBI HISSESI HARDA YERLEWIR ?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Ibrahim Soruşur Yazılma Tarixi:30.06.2013 13:35:04

salam. men Quba rayon herbi komisarliginda kamisyadan kecib poveskami aldiqdan sonra ,onurgamda agri basladi ,yoxlatdiqdan sonra onurgamda 2 yerde qrija oldugu melum oldu .bilmey isterdim yaraliyam ya yarqasiz ? ali tehsilliyem

Siz, xidmətə göndərilməzdən əvvəl qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında təkrar tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
vusal Soruşur Yazılma Tarixi:30.06.2013 13:31:18

Salam evala.Qardasim Malışov Elşen herbi xidmete cagrilib. teveludu 1994 zehmet olmasa hara dusmesi haqda melumat vererdiniz.

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
eltun Soruşur Yazılma Tarixi:30.06.2013 13:30:07

salam men eltun nesirov idrak oglu masalli cagiriscisidir bilmek isterdim ki hansi herbi hisseye duwmuwem oyrenmey ucun seferberlik.gov.aza da grdim amma tapilmadi zehmet olmasa cavablayin xaiw eliyirem

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Elçin Soruşur Yazılma Tarixi:30.06.2013 13:27:51

salam mən düşdüyüm qoşun növünü bilirəm ama hansı rayona düşmüşəm onu bilmirəm onu hardan soruşa bilərəm?

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
əbilfəz Soruşur Yazılma Tarixi:30.06.2013 13:26:33

mənim oğlum bu il ali məkdəbi bitirib onu həbixidmət etməg üçün 02-07-2013 çağrılıb şəmkir 193 hərbi hissəyə və MN-qoşun növü məlumatı verilib bilmək isdəyirəm xidmətini orda başa vuracaq yoxsa başqa hərbihissiyə köçürüləcək bilmək isdəyirəm.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Anar Soruşur Yazılma Tarixi:30.06.2013 13:24:51

Salam. Mən oyrəndim ki Daxili qosunlardayam bəs harda olacam onu hardan bilim XAHİS EDİREM SUALIMI TEZ CAVABLANDIRIN!!!

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
Cədvəldə sətir sayı :13933