Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
elsad Soruşur Yazılma Tarixi:27.09.2013 10:44:33

men hara dusmusem nece bilim

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
elsad Soruşur Yazılma Tarixi:27.09.2013 10:42:06

salam qardasim esgerlikdedi ne vaxt gelecek oktyabrda gelmelidi

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək, qanunla müəyyən edilmiş xidmət meddətlərini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi xidmətdən ehtiyata buraxılırlar.
ferid bayramov Soruşur Yazılma Tarixi:27.09.2013 10:00:37

salam bilmek olar ne ucun Naxcivan Muxtar Respublikasini qeyd etmemisiniz???

Naxçıvan MR-da qeydiyyatda olan çağırış yaşlı vətəndaşlar həqiqi hərbi xidmət keçmək üçün Naxçıvan MR-nın ərazisində yerləşən hərbi hissələrə təyin olunurlar.
Davud Soruşur Yazılma Tarixi:27.09.2013 09:24:10

Salam aleykum. Men oktyabrin 2si gedirem. Bu gun dedilerki artiq oktyabrda gedecek cagiriscilarin hara dusduyu bilinir. Ama bu saytda yoxladim alinmadi.\nNece ede bilerik?

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Ismayil Soruşur Yazılma Tarixi:27.09.2013 07:29:31

Salam men hal hazirda ali tehsil aliram. Meni 16 yasim tamam olanda yoxlanisa cagirdilar hec bir problemim yox idi. Lakin bu il bedbext bir hadisede sag elimdeki isaret barmagim yaridan kesildi. Bilmek isteyiremki men hal hazirda herbiye yararli sayiliram ya yox? Cox sagolun

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Ələsgər Soruşur Yazılma Tarixi:27.09.2013 05:39:38

Salam men 2009-cu ildə hərbi xidmətə çağırılmışam 3 aydan sonra men pnevmaniya diaqnozu ilə hərbi qospitala yerləşdirilmişəm 3 ay qospitalda yatandan sonra məni tərxis elediler ve mene hərbi bilet verdilər. Orada yazılıb ki, 2015-ci tarixə qədər "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır". Mən bilmək istəyirəm ki, məni hərbi xidmətə çağırsalar yenədə həmin hərbi hissəyə düşəcəyəm yoxsa yox? Saq olun

Suallarınızın cavablandırılması üçün qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarə (şöbəsinə, bölməsinə) müraciət etməlisiniz.
altun Soruşur Yazılma Tarixi:27.09.2013 05:23:06

salam men ukraynada tehsil almaq istiyirem.senetlerimi vermiwem meni qebul eliyibler indi ise herbi komissar meni buraxmir niye gore xahiw eliyirem cavablandirasiz..

Bildiririk ki, oxuduğunuz təhsil müəssisəsini təhsil müddəti göstərməklə alınmış arayışı tərcümə edərək qeydiyyatda olduğunuz idarə,şöbə və ya bölməyə təqdim etməyiniz tövsiyə olunur.
kifayet Soruşur Yazılma Tarixi:27.09.2013 05:10:58

salam,men anayam ve xahiw edirem deyesiniz,gozu gorme derecesi -4 olan ve gozunde davleniye olanlari esger aparirlarmi ve yaxud hansi wertlerle aparirlar? cox sag olun

Oğlunuz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
misir Soruşur Yazılma Tarixi:27.09.2013 05:09:43

oktyabrin 1-30 da esgerlerin hara dusduyunu ne vaxt oyrene bilerik

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Meherrem Soruşur Yazılma Tarixi:26.09.2013 20:50:57

Cagriw vereqesinde 2 so yazilibsa bizi 2 si aparacaxlar esgerriye ?

Bildiririk ki, Siz çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmalısınız.
Cədvəldə sətir sayı :14804