Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Bu internet səhifə, AR Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ehmed Soruşur Yazılma Tarixi:27.04.2013 07:46:39

salam.adim hesenov ehmed aqaemi oqlu.19 06 1991 doqum tarixim...doqulduqum yer resulzade qesebesidi,ama indi xezer rayonunda qeydiyatdayam..ali tehsilimi bitirim iyulda herbi xidmata yollanacam,inwalla,,bilmek isderdim hara duwmuwem,,ozum etdim alinmadi.umudim sizedi

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
Bəxtiyar Soruşur Yazılma Tarixi:26.04.2013 11:53:36

men 26.06.1996 tevelludluyem, herbi xidmete hara duseceyimi oyrene bilerem bu saytda??

Özünüz haqda verdiyiniz məlumatlar tam olmadığı üçün sualınıza cavab vermək mümkün deyil.Xahiş edirik soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsini qeyd edəsiniz.
Rovsen Soruşur Yazılma Tarixi:26.04.2013 10:38:58

Salam. TTM-də kurs keçmişəm. Bütün nəzəriyyə imtahanlarını 92%-lə keçmişəm. Lakin qaçışdan kəsdilər. Mən rütbə almaq üçün nə etməliyəm?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hər il mütəmadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunda oxumaq üçün 25 yaşına qədər hərbi vəzifəlilərin sırasından namizədlərin seçilməsi təşkil edilir. Bu səbəbdən Siz 25 yaş həddini keşmədiyiniz haıda SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Xitmətin yerli idarəsinə (şöbəsinə, bölməsinə) müraciət etməlisiniz
Aydin Soruşur Yazılma Tarixi:25.04.2013 15:56:56

salam men Bebirli aydin zahir oglu 21.01.1994.ilde anadan olmusam sumqayit herbi kamsarliqinda qeydiyyatdayam bilmek isterdimki hansi herbi xidmetde qulluq edecem eziyyetivize gore tesekurller

Sizin xidmət yeriniz müəyyən edildikdən sonra məlumat Xidmətin saytında yerləşdiriləcəkdir.
Arif Soruşur Yazılma Tarixi:25.04.2013 15:48:21

Salam!Mən -(10-12-1994) təvəlludlüyəm. səhətimdə ciddi xəstəlik olduğu üçün 2 çağırış müddətidir ki,hərbiyə getməkdən azad olunuram.Ali məktəbə sənəd vermək istəyirəm,lakin hərbi kamisarliq mənə indiyədək TQDK-a təqdim etmək üçün heç bir sənəd verməyib.Sənəd verilmə vaxtına da az qalıb. Mən nə etməliyəm.

Özünüz haqda verdiyiniz məlumatlar tam olmadığı üçün sualınıza cavab vermək mümkün deyil.Xahiş edirik soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsini qeyd edəsiniz.
Vusal Soruşur Yazılma Tarixi:25.04.2013 04:44:37

Mən Musayev Vüsal Fizuli oğlu SHXÇDX-nin Qəbələ rayon şobəsindən hərbi xidmətə çağırılmışam. Hansı hərbi hissədə qulluq etməyim barədə məlumat almaq istərdin. Əvvəlcədən SHXÇDX-nin rəhbərliyinə və kollektivinə Öz minnətdarlığımı bildirirəm.

Sizin xidmət yeriniz müəyyən edildikdən sonra məlumat Xidmətin saytında yerləşdiriləcəkdir.
Fuzili Soruşur Yazılma Tarixi:24.04.2013 05:34:28

Salam Men Rahimov Fuzuli Niyazi oglu w aprel 1989 il tevelluduyem. 22 aprel sumqayitdan cagiris vereqem var idi lakin hele siyahinin gelmediyini dediler. Menim ne vaxt va hansi herbi hissaya dusduyumu deye bilersiz zehmet olmasa. Tesekkur edirem

Sizin xidmət yeriniz müəyyən edildikdən sonra məlumat Xidmətin saytında yerləşdiriləcəkdir.
Vidadi Soruşur Yazılma Tarixi:23.04.2013 13:04:21

Salam! Menim oglum Memmedov Nicat Vidadi oglu 22/02/1995 il tevelludu Gence seherin Kepez sobesinnen cagirilib! DSX dushub ve 17 aprel gedib! Bilmek isterdim hal hazirda hansi castda ve hansi seherde qulluq edecek?

Sizin oğlunuzun hansı hərbi hissədə qulluq etməsi barədə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyyə olunur
hakim Soruşur Yazılma Tarixi:23.04.2013 12:06:50

salam. yararsiz cagiriscilarin herbi biletleri ne vaxt verilecek?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, hərbi bilet həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən yeganə müddətsiz sənəddir və hərbi vəzifəlilərin hərbi xidmətə münasibətini təyin edir. Müddətli həqiqi hərbi xidmətə çağırış zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə "Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı" hesab edilərək ehtiyyata keçirilən vətəndaşlar hərbi vəzifəlilərin hərbi qeydiyyatına götürülərək hərbi biletlə təmin edilirlər. Bu kateqoriyadan olan vətəndaş hərbi biletlə təmin edilməsi üçün hərbi qeydiyyatda olduğu yer üzrə Xidmətin yerli idarəsinə )şöbəsinə, bölməsinə) müraciət etməlidirlər.
VASİF Soruşur Yazılma Tarixi:23.04.2013 12:05:29

salam. bilmek istiyirem, yararsiz cagiriscilarin herbi biletleri ne zaman verilecek.

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, hərbi bilet həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən yeganə müddətsiz sənəddir və hərbi vəzifəlilərin hərbi xidmətə münasibətini təyin edir. Müddətli həqiqi hərbi xidmətə çağırış zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə "Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı" hesab edilərək ehtiyyata keçirilən vətəndaşlar hərbi vəzifəlilərin hərbi qeydiyyatına götürülərək hərbi biletlə təmin edilirlər. Bu kateqoriyadan olan vətəndaş hərbi biletlə təmin edilməsi üçün hərbi qeydiyyatda olduğu yer üzrə Xidmətin yerli idarəsinə )şöbəsinə, bölməsinə) müraciət etməlidirlər.
Cədvəldə sətir sayı :14003