Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
tural90 Soruşur Yazılma Tarixi:18.04.2013 15:52:01

Salam,men Talibli Tural Xanoqlan oqlu,04.12.1990ci ilde anadan olmusam,Zengilan Rayon Seferberlik ve Herbi Xidmetinden caqirilmisam,3ayliq qarantinde olacaqim herbi hisseni bilirem,amma qarantinden sonraki olacaqim herbi hisseni bilmek isterdim,xahis edirem mene yardimci olasiz

Siz 928-T nömrəli hərbi hissəyə təyin edilmisiniz.928-T nömrəli hərbihissədən əsgərlərin başqa hərbi hissələrə bölgüsü Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən aparılır.
Pervin Soruşur Yazılma Tarixi:18.04.2013 11:50:19

Salam.26.04.2013 tarixine eve cagiris vereqesi gelib. Herbi Xidmet bolumune daxil olub.Anketi doldururam.Axtar bolumune secirem.Ve yazilirki : Axtarış Zamanı Bu Məlumatlara Uyğun Gələn İnsan Tapılmadı.Xahis edirem melumatlandirasiniz

Xidmətin saytında Hərbi Xidmət bölümünün tam hazır olması məqsədi ilə müvafiq işlər görülür, bu səbəbdən siz məlumatları daxil edərkən məlumat yoxdur bildirişi qeyd olunur. Müvəqqəti olaraq saytın sual-cavab bölümünə daxil olub soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsini qeyd edərək ala bilərsiniz.
Elcan Soruşur Yazılma Tarixi:18.04.2013 11:10:39

Salam.bilmek isterdimki cagiriscilarin bolsudurulmesi ve yerlesdirilmesi aparilarken hansi kateqoriyalar esasinda bolgu aparilir?(boy,yas,tehsil seviyyesi,ceki)ve qeydiyyatda oldugumuz menteqeden en azi ne qeder mesafede herbi xidmet kece bilerik?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür.\nÇağırışçıların həqiqi hərbi xidmət keçmək üçün yuxarıda qeyd olunan qoşun növlərində əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.
Vuqar Cemilov Soruşur Yazılma Tarixi:18.04.2013 11:06:32

Salam.men bilmke isterdimki hansi hallarda herbiye yararsiz hesab olunur?yeni mende sine nahiyyemde cokeklik var ve men herbiden qalmaq istemirem.hekim mene eger istesen fiziki qusur kimi bunu yazmaq olar demisdi.umumen hansi qusurlar olduqda herbiye yararsiz hesab edilir?xatirladimki hec bir sikayetim yoxdu sadece olaraq anadangelme bir seydi.cavabinizi gozleyecem

Bildirik ki, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınızı təyin etmək üçün müvafiq çağırış komissiyasının hərbi-həkim komissiyasının rəyi olmalıdır.
ismayil Soruşur Yazılma Tarixi:18.04.2013 06:05:15

Salam. Mən Ehtiyyat Zabit Hazırlıq kursuna gedib 3 aylıq kursu keçdikdən sonra rütbə verilsə göndərildiyim hərbi hissədə daha neçə ay qulluq etməliyəm? Qeyd edim ki Ali təhsilliyəm. Ehtiyyat Zabit Hazırlıq kursu üçün hara müraciət etməliyəm ??

"Hərbi vəzifə və hərbi xidmıt haqqında" Azərbaycan Respublikasının Qanununun 38.1.1-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara:- ali təhsili olanlara - 1 il, qalan bütün əsgər, matros və çavuşlara - 1 il 6 ay müəyyənləşdirilmişdir.Ehtiyyat Zabit Hazırlığı kursunda təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Hikmət Soruşur Yazılma Tarixi:17.04.2013 19:17:23

salam men Qasımlı Hikmət Ədalət oğlu 1991 il noyabr ayınin 23 ü anadan olmuşam. Bakı şeher Xətai rayonu HK qeydiyatdayam. Mümkünse qulluq edəcəyim hərbi hissə haqqında məlumat veresiniz

Sizə "Hərbi vəzifə və hərbi xidmıt haqqında" Azərbaycan Respublikasının Qanununun 21.1.4-cü maddəsinə əsasən təhsilinizi davam etdirməniz üçün 01.07.2013-cü il tarixədək həqiqi hərbi xitmətə çağırışdan möhlət hüququ verilmişdir.\nTəyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
Memmedzade Mikayil Maarif oglu Soruşur Yazılma Tarixi:17.04.2013 18:02:06

Memmedzade Mikayil Maarif oğlu, Mingecevir SHK 31.07.1991-ci təvəllüdlü. Harda qulluq edəcəyimi öyrənmək istəyirəm.

Sizə "Hərbi vəzifə və hərbi xidmıt haqqında" Azərbaycan Respublikasının Qanununun 21.1.4-cü maddəsinə əsasən təhsilinizi davam etdirməniz üçün 30.06.2013-cü il tarixədək həqiqi hərbi xitmətə çağırışdan möhlət hüququ verilmişdir.\nTəyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
Bulud Soruşur Yazılma Tarixi:17.04.2013 17:15:26

Salam.men Abuşov Bulud Qəhrəman oğlu.bu il iyul ayında hərbi xidmətə yollanacam.Bakı şəhəri yasamal rayonunda qeydiyyatdayam.harada xidmət edəcəyim barədə məlumat almaq istərdim.Təşəkkürlər

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
Fuad Soruşur Yazılma Tarixi:17.04.2013 12:46:59

Bakı şəhəri,Xəzər rayon Buzovna qəs, \\n R.İmanov küçə 4, mən 81 yaşayan 1-qrup \\n Müharibə Əlili və Yeni Azərbaycan \\n Partiyasının üzvü Teymurov Fuad\\n Məmmədrəsul oğlu tərəfindən \\n (tel:012 4534081. mob:050 3409518) \\n Ərizə\\n Vətəni düşməndən qoruyana, müdafiə edənə mənzil verilmir.Məs: Rus dövlətinə kim qulluq edibsə,onlara yaxşı qayğı var.Çernopol gediblər pul qazanmağa- şərayitlərini yaxşılaşdırmağa .Onları heç kim zorla aparmayıb ,onlar puala görə gediblər. Yaşayışları həmişə yaxşı olub. 1986 –cı ildə bütün S.N.Q. 15-dövlətləri hər şeydən onlara kömək edirdi . Hərbi xidmət vəzifəsini yerinə yetrən Çernopol zamanı əlil olanlara indiyə qədər yaxşı qayğı var , onları mənzillə və işlə də təmin edirlər.Bök vətən müharbəsində iştraç edənlərə 90-100 yaşlı adamlar\\n 3 otaqli mənzil və ən-yaxşı maşın veri ki, nəvələrinə təmin etsin. \\nBudurmu, sizin Milli orduya göstərdiyi qayğı? 1991-ci ildə isə Azərbaycan respublikası qonşu dövlətlər tərəfindən işğal olunurdu .Azərbayacanın büdcəsi isə heç xalqını dolandıra bilmirdi. Biz isə torağı və xalqı qorumağa getdik, dolanışığımızı yaxşı etməyə yox! Heç bizim orada geyinməyə paltarımız , yeməyə yeməyimiz də yox idi. Ayaqlarımız suyun içində olurdu , soyuqdan donurduq. Dzinteriya xəstəliyinə kimi tutulmuşam, yenə də torpağı müdafiə etmişik. Bizə Çernopol əlili kimi qağı göstərilimirdi .Biz canımızı vətən üçün qoymuşuq. Qarabağda gedən müharibə zamanı mən 09.11.1992-ci ildə Azərbaycan Respublikası Milli ordu sıralarına çağırılmışam. Hərbi hava müdafiə qoşunlarının alayında xidmət etmişəm. Həm də Qarabağ Müharibəsi veteranıyam.Prezident təqaüdü alıram. Başqa qoşun növləri Qarabağ döyüşlərində iştirak etdiyi kimi mən də müharibə zamanı havadan müdafiə qoşunları sırasında vətəni müdafiə etmişəm.1994-cü ilin 14 iyununda hərbi xidməti vəzifəmi yerinə yetirərkən baş beyin kəllə travması almışam. 1-qrup əlil kimi milli ordu sıralarından təxris olunmuşam. Heç bir yerdə işləmirik dolanışımız pis gündə heçbir dövlət tərəfindən qayğımız yox .Qarabağ mühribəsi veteranı və əlili kimi Xəzər rayonunda 26.07.2001-ci ildən mənzil növbəsində dayanmışam. Evlər paylanan zaman Xəzər rayon İcra Hakimiyyəti bu saylı T-05/4, 24.04.2012 –ci il məktubuna əsasən deyir ki, mənzili biz paylamırıq.(12-ildə 500 ədədə hele məktub yolaiyıb). bir nüqsəsinidə mektuba qoymuşam. Ancaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi paylayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi tərəfindən bu saylı 06/17-4-3728-ci , 08.10.2012-cu il tarixli məktuba əsasən mənə deyirlər ki, Prezidentimiz belə sərancam verib ki, ancaq Azərbaycan Respublikasının müdafiəsi zamanı olan əlillərə mənzil verilir. (12- ildə 700 ədədə hele məktub yolayıb).bir nüqsəsinidə mektuba qoymuşam.\\nƏƏSM Nazirliyi mənə deyir ki, sən Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olmamısan.Sən hərbi xidməti vəzifəni yerinə yetirərkən əlil və \\nQarabağ Müharibəsi veteranısan. Sənə mənzil verilimir. Deməli, mən 09.02.1993-cü ildən 14.06.1994-cü ilə qədər Azərbaycan Respublikasının milli ordusunda boş yerə xidmət etmişəm və boş yerə millətim və Azərbaycn Respublikası qarşısında hərbi xidməti vəzifəmi yerinə yetirərkən 1-qrup əlil olmuşam !. Nə mənə maşın, nə də mənzil verilmir və s. Budu müharibə zamanı Azərbaycan Respublikasının milli ordusunda hərbi xidməti borcunu yerinə yetirərkən əlili olmuş sıravi əsgərə göstərilən sosial qayğı?. ƏƏSM-Nazirliyi məni mənzil verilmək hüququmdan məhrum ediblər. Deyirlər ki, sənə mənzil verilməyəcək. Mən onlardan mənzil istəyirəm, onlar isə mənə aid olmayan məktublar yollayırlar.Təqaüdüm mənə çatmır. Bilmirəm müalicəmə verim, ya yeməyimə, ya da komunal xərclərimi və kirayə pulumu ödəyim. Belə getsə, mən ailəmlə çöldə qalmalı olacağam. Mən hal- hazırda 2 az yaşlı uşaqla mənzilə ğörə çıxılmaz vəziyyətdəyəm. \\nƏƏSMN-nin Aparat rəhbəri Elnur Qəhrəman oğlu Kələntərovun 11.05.2012-ci ldə qəbulunda olanda dedi ki, sənə mənzil verilməyəcək. Prezidentimiz İ.Əlyev 14 aprel 2009-ci ildə Fərman verib. ƏƏSM-Nazirliyindən mənə məktubla deyilir ki, ancaq sizə Prezident köməklik edə bilər.\\n Azərbaycan Respublikasının Müdafiə nazirliyinə müraciət etdim ki, mənə köməklik edin. Onlar da mənə dedi ki, sənin işinə ƏƏSM naziri baxır və biz sizə heç bir köməklik edə bilmərik.Mən də onlara dedim ki,ƏƏSM Nazirliyi tərəfindən deyilir ki, sənə mənzil verilməyəcək. \\n Mənim vəziyyətimin çox ağır olduğunu nəzərə alıb mənə də mənzil verilməsində köməklik edəsiniz. Nə vaxta qədər bizim kimi hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirən əlillər qayğıdan uzaq olacaq.\\nƏƏSM-Nazirliyində mənim \\"Əlillərin hüquqları haqqında\\" Konvensiyanın\\n 5-ci maddəsini pozur. \\nSizdən xahiş edirəm ki, mənə də mənzil verilməsinə köməklik edəsiniz.

Bildiririk ki, Qarabağ müharibəsi veteranlarının və əlil olmuş şəxslərin mənzil və ya nəqliyyat vasitəsi ilə təmin olunması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricindədir.Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməlisiniz.
Quliyev Xaliq Meylağa. o. Soruşur Yazılma Tarixi:17.04.2013 11:45:15

Salam, bilmək istərdim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Radioteleqrafçı ixtisası üzrə kurslar keçirilirmi? əgər keçirilirsə kurs barədə məllumat verməyinizi artıq dərəcədə xahiş edirəm.

Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpəvərlik və Mütəxəssiz Hazırlığı Mərkəzi" MMC-də hal-hazırda radioteleqrafçı ixtisaslı mütəxəssislərin hazırlığı aparılmır. Tədrisin başlanmasına hazırlıq barədə saytın elanlar bölməsində məlumat yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14099