Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavid Soruşur Yazılma Tarixi:16.04.2013 08:25:33

Salam .Men Kisiyev Cavid Elsad oglu.Tevelludum 29.08.1992 dir. Iyul ayindan herbi xidmete cagirilacam .Herbi xidmetimin harada olmasi haqda melumat almaq isterdim .Tesekkur.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
heydər Soruşur Yazılma Tarixi:16.04.2013 08:24:32

men hara düşməyimi bilmək istəyirə..adim ağayev heydər bəybala oğlu 21 fevral 1994 suraxani rayonu

Sizin xidmət yeriniz müəyyən edildikdən sonra məlumatlar Xidmətin saytında yerləşdiriləcəkdir.
ayxan Soruşur Yazılma Tarixi:16.04.2013 08:22:11

menim 16 yasim var naxcivandanam ne vaxt gedecem xidmete evin tek usaqlarrida gede bilir ya yox

Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaş Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1 maddəsinin tələblərinə əsasən həqiqi hərbi xidmətə çağırışdan möhlət, himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan çağırışçılara verilir.
sahmerdan Soruşur Yazılma Tarixi:16.04.2013 08:21:39

salam men herbi xidmete getmeliyem 1994 cu ildenem oxudugum ucun gede bilmirdim men Naxcivan qeydiyyatindayam burdasaytdan girdim herbi xidmet axtarisina girdim amma orda Qeydiyyatda oldugum Naxcivan adini tapa bilmedim mene komek ede bilersiniz?

Hörmətli İstifadəçi Tezliklə Sualınıza Cavab Yazılacaq
Yunis Soruşur Yazılma Tarixi:16.04.2013 08:08:21

Salam Nağıyev Yunis Müzadil oğlu hansı hərbi hissədə xidmət edecek?

Özünüz haqda verdiyiniz məlumatlar tam olmadığı üçün sualınıza cavab vermək mümkün deyil.Xahiş edirik soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsini qeyd edəsiniz.
rövşən Soruşur Yazılma Tarixi:16.04.2013 08:01:53

Oğlum Həsənli Ramid bu ayın sonuna Yasamal rayonundan həbi xidmətə çağırılıb. Xahiş edirəm onun qulluq edəcəyi H/hissə barədə ətraflı məlumat verəsiniz

Özünüz haqda verdiyiniz məlumatlar tam olmadığı üçün sualınıza cavab vermək mümkün deyil.Xahiş edirik soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsini qeyd edəsiniz.
Elmar Soruşur Yazılma Tarixi:16.04.2013 08:01:09

Salam sizden bir xahisim var idi zehmet olmasa men Eliyev Elmar Saiq oglu herbi xidmeti harada qullug edeceyimi bilmek isterdim ! 01.07.1995-ci il tevelludem ! Gence seheri Nizami bolmesinde herbi qeydiyatdayam ! Evvelceden tessekurler !

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz
mehemmed Soruşur Yazılma Tarixi:16.04.2013 07:55:57

Salam onceden sizlere tesekkur edirem ki bele bir istifade imkani yaratmisiniz.Men Qehremanov Mehemmed Tofiq oglu Goycay rayonunda 19.02.1985 anadan olmusam .Herbi xiddmeti bitirmisem.Isteyirem ki Herbi xidmetde nece olmusam?Umumulikde oz anketim haqda tanis olmaq isterdim.Onceden tesekkurmu bildirirem.

Hərbi Xidmət keçməniz barədə bütün məlumatlar Sizə məxsus AO 0524654 nömrəli hərbi biletdə qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xitmətinin Göyçay rayon şöbəsində olan hərbi qeydiyyat sənədlərinizə əsasən Siz 16.07.2003-cü il tarixdən 12.01.2005-ci tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində Qanunla müəyyən olunmuş hərbi xidmət müddətini keçmisiniz. 02.02.2005-ci il tarixdən Xidmətin Göyçay rayon şöbəsində hərbi qeydiyyatda keçirsiniz.
Seid Soruşur Yazılma Tarixi:16.04.2013 07:54:04

Salam. Hərbi xidmət bölümundə Naxçıvan şəhərinin adı yoxdu. biz necə öyrənə bilərik?

Naxçıvan MR-da qeydiyyatda olan çağırış yaşlı vətəndaşlar həqiqi hərbi xidmət keçmək üçün Naxçıvsn MR-nın ərazisində yerləşən hərbi hissələrə təyin olunurlar
Pərviz Soruşur Yazılma Tarixi:16.04.2013 07:37:27

Salam. Mən Ehtiyyat Zabit Hazırlıq kursuna gedib 3 aylıq kursu keçdikdən sonra rütbə verilməzsə göndərildiyim hərbi hissədə daha neçə ay qulluq etməliyəm? Qeyd edim ki Ali təhsilliyəm.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara:\n - ali təhsili olanlara - 1 il, qalan bütün əsgər, matros və çavuşlara- 1 il 6 ay müəyyənləşdirilmişdir.
Cədvəldə sətir sayı :14194