Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sahin Soruşur Yazılma Tarixi:19.06.2013 06:35:51

Salam men iyulun 3-cu hərbi xidmətə cagırılmişam.Bilmek Isteyirem iyunnun 30 yox oz Vayenkomatimnan daha tez oyrene bilerem hara dusduyumu?\\nZehmet olmasa sualimi cavablandirin.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Ferhad Soruşur Yazılma Tarixi:19.06.2013 06:20:41

salam bilmek isteyirdim ki evin tek ovladi cehbe bolgesine duwur?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçıların həqiqi hərbi xidmət keçmək üçün yuxarıda qeyd olunan qoşun növlərində əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar. Ailədə tək övlad olan çağırışçılara həqiqi hərbi xidmətə çağırışla əlaqədar qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmamışdır.
Aydin Soruşur Yazılma Tarixi:18.06.2013 18:21:26

Mən BDU-nun Sosıal Elmlər və Psıxologıya fakultəsını bıtırmışəm. Zabıt olaraq xıdmət etsəm xıdmət müddətı nə qədər olmalıdır. 2013-cü ıl Iyul ayında hərbı xıdmətə çağırılmışam

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.5-ci maddəsinə əsasən ehtiyyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 1 il 6 ay müddətinə həqiqi hərbi xidmət keçirlər.
Ata Soruşur Yazılma Tarixi:18.06.2013 18:10:15

Qğlum 08 ıyul 2013-cü ıl tarıxınə hərbı xədmətə çağırış vəsıqəsı almışdır. Bəzı şəxsı səbəblərə görə o 1 həftə və ya 10 gün gec hərbı xıdmətə gedə bılərmı? Bunun üçün o nə etməlıdır.

Bildiririk ki, Siz çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və bölmə tərəfindən təyin olunduğunuz hərbi hissəyə göndərilməlisiniz.
emin Soruşur Yazılma Tarixi:18.06.2013 13:59:15

salam aleykum.men idman ustaligina namizedem,idman4iyam,bilmek isterdim,bele weylere fikir verirler herbi hisseye salmazdan evvel?minnetdaram

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü zamanı xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış mütəxəssislərdən istifadə olunması nəzərdə tutulur.
Ehtiram Soruşur Yazılma Tarixi:18.06.2013 10:04:01

salam aleykum,men Memarlig ve Insaat universitetin qurtarmiwam,iyulun 2i meni herbiye cagiriblar,men bilmek istirdim ki,3ay herbide oxuyub leytinant kimi gede bilerem herbiye?bir de herbi komisarligdan ayin necesi bile bilerem hara duwduyumu?bilirem ki burda iyunun 30 bile bilerem,herbi komisarligdan tez bile bilerem?

2013-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olan sifarişə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müvafiq göstərişlər veriləcəkdir. Bildiririk ki, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsindən əldə edə biləcəksiniz.
ismayil Soruşur Yazılma Tarixi:18.06.2013 08:30:26

salam. men rentgenden kecmemiwem. eger kecmesem birbawa getsem sonra problem olmaz?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
nicat Soruşur Yazılma Tarixi:18.06.2013 06:28:27

salam men iyul ayinin ucu esgerliye cagirilmiwam ve qabagcadan oyrenmek yeni ayin 25veya27 si hara duwduyumu oyrenmek mumkundurmu eger mumkundurse xaiw edirem mene cavab yazin qacagcadan cox sagolun ( huseyinli nicat 06-09-1995 )

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Vusal Soruşur Yazılma Tarixi:14.06.2013 12:08:00

indi siz deyirsiz ki 30 iyun tarixinden hami orgene bilecek harda qulluq edeceyini hamiya aiddi yoxsa nece men meselen oktyabr tevelluduyem orgene bilecem ya yox?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəklər.
zivər xanım Soruşur Yazılma Tarixi:14.06.2013 07:06:56

Salam. Mənim oğlum 2012 ilin iyul ayından hərbi xidmətə cağırılmışdır,hal hazırda milli orduda qulluğ edir. Oğlum ali təhsillidir, hərbi biletində ali təhsilli kimi qedir. diplomun verilmə tarixi 2012-ci il 25 dekabr.Bilmek istiyərdim, oğlumun əskerlik müddəti hansi ayda bitməlidir? Əvvəlcədən minnətdaram

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ali təhsili olanlar - 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay müddətinə həqiqi hərbi xidmət keçirlər.
Cədvəldə sətir sayı :14574