Verilən suallar
Elnur Huseynov Soruşur
Yazılma Tarixi:25.05.2013 08:55:43
salam.biz hansi herbi hisseye duwduyumuzu nevaxt bile bileriy?
Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Əliyev Zaur Soruşur
Yazılma Tarixi:24.05.2013 17:00:40
Salam,mən Əliyev Zaur Emin oglu (17.07.1995);2013-cü il iyul ayında seferberlik ve Herbi Xidmete Cagiris Uzure Dovlet Xidmetinin Yasamal seher sobesi terefinden heqiqi herbi xidmete cagirilmisam. xahis edirem bilmek isteyirem ki hansi herbi hissede xidmet edecem.
Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Shamil Soruşur
Yazılma Tarixi:24.05.2013 13:30:13
men Abbasov Shamil Kerim oglu 1993 il,men 2 il evvel 18 yasda negodniy oldum men de piylenme olmusdur, verdiler herbi bilet 3 ile ve dediler 3 ilden sonra cahiralar, o vaxta men 130 kq olmusam, indi ariqladim 82 kq, mene 20 yas var ve 1 il qaldi, men istiyirem qetmek, ama cagramilar, men ozu gede bilerem yada 1 il gozduyim hacan cagiralar?
Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi meəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvələr müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilər. Bu məsələ ilə bağlı Siz və valideynləriniz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırıq üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin rəisinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etməlisiniz.
samir Məmmədov Güloğlan oğlu Soruşur
Yazılma Tarixi:24.05.2013 08:49:11
Salam.Mən Müdafiə Nazirinin əmrinə əsasən 2010 cu il də zabit kimi ehtiyata buraxılmışam.Buvaxtacan Səfərbərlik və Hərbi xidmətə ça\\nğırış üzrə Dövlət xidmətinin Quba rayonu Şöbəsindən Ehtiyat zabit vəsiqəmi almamışam.Onun yerinə arayış verilib.Vəsiqəni soruşanda deyirlər ki,təzə formada çap olunmalıdır,bizdə vəsiqə yoxdur.Xahiş edirəm bu barədə mənə kömək edəsiniz.Diqqətnizə görə sağ olun.
Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması ilə ehtiyyatda olan zabit hərbi biletləri hazırlanaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinə göndərilmişdir.\n Quba rayon şöbəsinin 25 may 2013-cü il tarixli 1181 nömrəli məktubuna əsasən Siz 25.05.2013-cü il tarixdə zabit hərbi bileti almaq üçün Quba rayon şöbəsinə müraciət etmisiniz və müraciətinizə əsasən Siz ehtiyyatda olan zabit hərbi bileti ilə təmin olunmusunuz.
Camal Soruşur
Yazılma Tarixi:24.05.2013 06:03:58
Salam.Mən sizin şəhilər bölməsində Lerik rayonun Rvarud kəndində anadan olan şəhid Səxavət Hacıyev (http://az.wikipedia.org/wiki/Səxavət_Hacıyev) Hacıyev Səxavət Əbi oğlu (d.01.12.1966-v.25.01.1993) —\\nHəyatı [redaktə]\\n\\nHacıyev Səxavət Əbi oğlu (01.12.1966-25.01.1993) Lerik rayonun Rvarud kəndində anadan olmuşdur. 1974-1984 ci illərdə Rvarud kənd orta məktəbində oxumuşdur. 1984-ci ildə Bakı Politexnik Texnukumuna daxil olmuşdur.1984-ci ilin noyabrından 1986-ci ilin noyabrına qədər Həqiqi Hərbi xidmətdə olmuşdur. Səxavət hərbi xidmətdən sonra texnikumda oxudu və 1989-ci ildə oranı bitirmişdir.\\nəxavət Zirvəsinin döyüş yolları \\n\\nErməni dığaları Moskvanın köməyi ilə Azərbaycan torpaqlarında yeni-yeni qəddarlıqlar törədirlər.Xocalı faciəsi bunların ən dəhşətlisi idi.Səxavət heç cür özünə yer tapa bilmirdi. O, 1992-ci ilin fevralın sonuncu günundə Bakıda Hərbi Qərargaha yollandı və könüllü olaraq Qarabağa getdi.Səxavətin ilk döyüş yeri qədim və əzəmətli Şüşa şəhəri oldu. Cəsur igid burda neçə-neçə döyüşdə fərqləndi, döyüş dostlarını mübarizəyə ruhlandırdı.Sonralar Naxçıvana yollandı , Sədərək uğrunda döyüşlərdə böyük igidliklər göstərdi, daha da mətinləşdi. 1992-ci ilin dekabr ayında Səxavət yenidən Milli Qurtuluş taqımın tərkibində Qarabağda ağır və qanlı döyüşlərin iştirakçısı oldu.\\n17 yanvar 1993-ci il tarixində Səxavətin sonunucu qəhrəmanlıq döyüşu oldu.Döyüş Ağdərənin 1992-ci il martın 12-sində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Sırxavənd kəndi uğrundə gedirdi.\\nDöyüşdə öz üzərinə çətin bir missiyanı götürən Səxavət düşmən maşınından gələn səngimiyən atəşləri susdurmaq üçün bir neçə qumbara götürərək düşmən maşınına yaxınlaşaraq onları zərərsizləşdirmişdir.PDM-in atdığı mərminin qəlpələri onu döş nahiyəsindən ağır yaraladı.Və təcilli vertayotla Bakıya aparılaraq M.Nağıyev adına xəstəxanədə yerləşdirilmişdir.Həkimlərin 8 günlük səyi və ağır cərrahiyyə əməliyyatları nəticəsiz qaldı.25 yanvar 1993-ci il tarixində cəsur Səxavət əbədi ölməzliyə qovuşur.Vətən uğrundakı, vətən borcunu şərəflə yerinə yetirir və müqəddəs şəhidlik zirvəsinə ucaldı.\\nQartal kimi zirvələrə can atdı,\\nYağıları qabağında oynatdı,\\nEl-obanın ad-sanını ucaltı.\\nQacaq Nəbim,Səttərxanım,Səxavət.\\nİ.Öməroğlu\\nAzərbaycanın ağırlı-acılı günu olan Qarabağ müharibəsində ,onun müdafiəsi üçün könüllulər lazım idi.Öz canını vətən uğrundə keçməyə hər zaman hazır olan oğullardan biri də Səxavət Hacıyev idi. 20 ildir ki, Səxavətsiz qalan zirvə Səxavət ruhunu özundə yaşadır.Bu zirvəyə yol Səxavətin Qarabağ müharibəsindəki döyüş yolundan keçir.\\nvə Şəhid Etiqat Hacıyev (http://az.wikipedia.org/wiki/Etiqat_Hacıyev) Etiqat Balaxan oğlu Hacıyev (d.25 fevral, 1974 - v.5 iyul, 1993) - Qarabağ müharibəsi şəhidi\\nHəyatı [redaktə]\\n\\nEtiqat Hacıyev Balaxan oğlu 25 fevral 1974-cü ildə doğulmuşdur.\\nLənkaran şəhərində süruculuk üzrə təlim almışdır. 1992-c ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır.\\nHərbi xidmətə Ağdam şəhərində yerləşən N saylı artileriya batalyonundan başlamışdır. Tank sürucusu olmuşdur. Ağdamın Quzanlı, Mərizli və digər kəndlərin müdafiəsində şəxsi igidlik göstərib.\\nAğdamda gedən döyuşlərin birində tank əleyhinə minaya düşərək ağır yaralanmışdır. Və yaralı halında Bakı şəhərində Hərbi Hospitalda yerləşdirilmişdir.\\n5 iyul 1993 Hospitalda olduğu zaman dünyasını dəyişmişdir.) ADLARI ÇƏKDİYİM RVARUD ŞƏHİLƏRİ HAQQINDA İNFORMASİYA YOXDUR! ONLAR HAQINDA SİZDƏ HANSI İNFORMASİYANI ÖYRƏNƏ BİLƏRİK?
Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dovlət Xidmətinin saytında Xidmətin yerli idarə, şöbə və bölmələrində "şəhid" kimi qeydiyyatda keçən hərbi qulluqçular barədə qısa məlumatlar (doğulduğu tarix, hərbi xidmətə çağırıldığı rayon və tarix, hərbi rütbəsi, şəhid olduğu tarix və ərazi, dəfn olunduğu yer və ailə üzvlərinin yaşadığı ünvan) yerləşdirilmişdir. Müraciətinizdə adları qeyd olunan "Şəhid" Hacıyev Səxavət Əbi oğlu və Hacıyev Etiqat Balaxan oğlu barədə yuxarıda qeyd olunan məlumatlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dovlət Xidmətinin saytında Xidmətinin saytında Veteranlar və Şəhidlər bölümündə əldə edə bilərsiniz.
Rahil Soruşur
Yazılma Tarixi:23.05.2013 08:55:04
salam .men bu il ali tehilimi bitirirem ve herbi xidmete zabit kimi getmek isteyirem bunun ucun mene hansi senedler lazimdir .
2013-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olan sifarişə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müvafiq göstərişlər veriləcəkdir.
Israfil Soruşur
Yazılma Tarixi:23.05.2013 06:12:10
Salam. Men 2011-ci ilin yanvar ayinin 3-u esger getmiwem,2012-ci ilin iyul ayinda herbi xidmetden geri qayitmisham. 2013-cu il may ayinin 21-i meni herbi komisarliqdan meni cagirdirib herbi biletimle birge menim vayeni biletime SEFERBERLIK pecati vurulub birde icerisine qirmizi bir kagiz.Serancam verilib №71 komaNda №3511 bu ne demekdi xahiw edirem bu haqqda mene komeklik edesiniz. Cunki men xarici olkede tehsil almaq isteyirem. Bunun ucunde xarici pasport lazimdi yeni o pecatin mene ne xeyri var sebebin bilmek isteyirem.
Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20006-cı il 5 yanvar tarixli 1 nömrəli Qərarının 2.1, 2.3 və 2.5 maddələrinə əsasən:\n - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna vaxtında keçirilməsi və xüsusi birləşmələrin yaradılması məqsədi ilə hərbi vəzifəlilər müharibə dövründə hərbi vəzifələrdə hərbi xidmət keçmək üçün əvvəlcədən hərbi hissələrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təhkim edilirlər;\n - hərbi hissələrə təhkim olunmuş hərbi vəzifəlilər üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində səfərbərlik sərəncamları hazırlanır və hərbi vəzifəlilərə taqdim olunur;\n - vətəndaşlar səfərbərlik elan edilərkən səfərbərlik sərəncamlarında, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin çağırış vərəqələrində müəyyən edilmiş məntəqələrə gəlməlidirlər;\n "Hərbi həzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu 7.3 maddəsinə əsasən hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər.
Elçin Soruşur
Yazılma Tarixi:22.05.2013 16:08:16
Salam,mən Feyzullayev Elçin İsrəfil oğlu (04.01.1992);2013-cü il iyul ayında hərbi xidmətə çağırılacam,boyum 1.87-di,bilmək istəyirəm ki, boyun hündür olmasının nə kimi üstünlüyü ola bilər mənə?\\ntəşəkkürlər.
Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla bölünür.
Orxan Soruşur
Yazılma Tarixi:22.05.2013 09:16:25
Salam. Mən Cabbarov Orxan Çingiz oğlu bu il Milli Aviasiya Akademiyasının mühəndislik ixtisasını bitirirəm. Təvəllüd 13 sentyabr 1992. Artıq hərbi çağırış vərəqəsini almışam. Qeydiyyatda olduğum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarəsi Binəqədi. Sualım ondan ibarətdirki mənim hərbi hava qüvvələrində xidmət keçməyim mümkündürmü? Yoxsa ixtisasımın heç bir anlamı yoxdur?
Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü zamanı xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış mütəxəssislərdən istifadə olunması nəzərdə tutulmuşdur.
Cəfər Soruşur
Yazılma Tarixi:22.05.2013 08:17:40
Salam ,Men Elizade Cavidan Cefer oglu.Seferberlik ve Herbi Xidmete Cagiris Uzure Dovlet Xidmetinin Mingecevir seher sobesi terefinden heqiqi herbi xidmete cagirilmisam xahis edirem bilmek isteyirem ki hansi herbi hissede xidmet edecem.
Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininsaytının "Hərbi xidmət" bölümündə əldə edə biləcəksiniz.