Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Eshqin Soruşur Yazılma Tarixi:05.06.2013 15:11:49

Salam. Mən ehtiyatda olan zabitəm və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət etmək üçün müraciət etmişəm. Bilmək istəyirəm müraciət etdikdən nə qədər vaxt keçdikdən sonra müsahibəyə çağırılacam və ya mandat nə zaman başlayır yəni xidmətə qəbul edilmə nə qeder vaxt tələb edir? Xahiş edirəm mümkünsə mənə bu barədə ətraflı məlumat verəsiniz. Əvvəlcədən təşəkkürlər

Bildiririk ki, xidmətə qəbulla bağlı müraciət etmiş vətəndaşlar, onların müraciətlərinin qeydiyyata alındığı gündən xronoloji ardıcıllıqla müsabiqəyə dəvət olunduqlarına və bu prosesin müraciət edənlərin sayından asılı olduğuna görə əvvəlcədən konkret vaxt təyin edilmir.
FƏRİD Soruşur Yazılma Tarixi:05.06.2013 14:12:29

sALAM MEN QULIYEV FERID TELET OGLU 20.11.1994 CU IL TEVELLUD IYULUN BIRINE PAVESKA ALMISHAM BILMEY ISTEYERDIM KI HARA DUSHMUSHEM?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
ramiz Soruşur Yazılma Tarixi:05.06.2013 13:46:47

salam meleykim. iyulda getmeliyem.ancaq hele komissarliga bas cekmemisem.birce defe zeng eleyibler oz de atama. hacana qeder vaxtim vaxtim var getme?

Siz qısa müddət ərzində tibbi şəhadətləndirilməniz və öyrənilməniz məqsədi ilə Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyyə olunur.
Xanverdi Turaboğlu (Fərziyev) Soruşur Yazılma Tarixi:05.06.2013 13:14:12

oğlum 2-ci dərəcəli futbolçudur,hərbi xidmət dövründə ixtisasına uyğun MOİK-dən yararlana bilərmi?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü zamanı xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış mütəxəssislərdən istifadə olunması nəzərdə tutulur.
Roman Soruşur Yazılma Tarixi:05.06.2013 10:18:48

Salam, soruşmaq istəyirdim ki, 23.06.2013 tarixində magistr imtahanından keçən tələbələrə möhlət verilməsi nəzərdə tutulub ?

Bildiririk ki, "Hərbi vəzifə və və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Həmin qanunda magist pilləsində təhsil almaq üçün hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
eyyub Soruşur Yazılma Tarixi:05.06.2013 09:11:43

men 3 devedi sual verem cavab gelmir meni sol xayam emeliyyat olaraq cixarilib ve komsarliqdan kecede meen dusduyub herbi hiseye geden kaqizlarima cerah mohlet qoydu o mohlet ne ucundu ki

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Abdullayev Ilqar Soruşur Yazılma Tarixi:04.06.2013 15:40:57

Mənim 2 oğlum 03.07.2013-cü il tarixdə Bakı şəhəri Xətai rayonu üzrə hərbi xidmətə çağırılıb. Onların 1 yaş fərqi olsa da Universiteti eyni ildə bitiriblər və buna görə də eyni vaxtda xidmətə çəağırılıblar.\\nX.e., bildirəsiniz ki, onlar eyni hərbi hissədə xidmət edəcəklərmi?

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün bir hərbi hissəyə göndərilirlər.
Hikmət Soruşur Yazılma Tarixi:03.06.2013 21:45:15

Mən Qasımlı Hikmət Ədalət oğlu 2013 cü il İluy ayınin 3 də hərbi xidmətə cağırılmışam. Xahiş edirəm mənim qulluq edəcəyim yer barədə mənə məlumat veresiniz.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
Fuad Soruşur Yazılma Tarixi:03.06.2013 12:45:28

elektron şikayət ərizəsini hansı bölməyə daxil olub yazmaq olar?

sualınıza cavab olaraq bildiririk ki, elektron şikayət ərizəsini yazmaq üçün Xidmətin saytının "elektron xidmət" bölümünün "vətəndaş müraciəti" hissəsinə daxil olub müraciət növlərinin siyahısından "şikayət"bəndini seçməlisiniz.
Ehtiram Soruşur Yazılma Tarixi:03.06.2013 12:41:55

salam aleykum,men oyrenmekk istiyirem hara duwduyumu,ama nece defe yaziram deyir axtariwa uygun adam tapilmadi,bir nece adami yazmiwam yene tapmir,sizce bu neden olar?bir de ki ,herbi komisarligdan oyrene bilerem artig hara duwduyumu?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
Cədvəldə sətir sayı :14891