Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ŞƏMİSTAN Soruşur Yazılma Tarixi:09.06.2013 13:15:46

SALAM Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzndə kəşfiyyat və snayper kursu nə vaxt başlayacaq

Qeyd edilən xüsusi hərbi ixtisaslar üzrə kursların açılması "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-də aparılan təşkilati-ştat tədbirləri yekunlaşdıqdan və müvafiq maddi-texniki baza yaradıldıqdan sonra nəzərdə tutulmuşdur.
heyder Soruşur Yazılma Tarixi:08.06.2013 20:07:29

salam men iyulun 15-i esger gedecem ne vaxt oyrene bilerem hara duwmeyimi?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
İmran Soruşur Yazılma Tarixi:07.06.2013 17:38:50

Mən Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm.Bu il Həqiqi hərbi xidmətə yollanacam.Əgər Leytnant kimi həqiqi hərbi xidmətə getsəm mən hər hansı hərbi hissədə təhqiqatçı kimi xidmət keçə bilərəmmi?

2013-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olan sifarişə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müvafiq göstərişlər veriləcəkdir.\n
Ehtiram Soruşur Yazılma Tarixi:07.06.2013 10:08:32

salam aleykum.Men iyulun 2ne almiwam cagiriwi,men ayin sonuna qeder gecikdire bilerem herbi xidmeti?bir de men esgerliyimi 3ay gecikdirmem ucun nese bir dovlet rusumu odemeliyem?

Siz, çağırış vərəqəsində göstərilən tarixdə həqiqi hərbi xidmətə göndəriləcəksiniz. Sağlamlığınızla, ailə vəziyyətinizə görə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olduğu təqdirdə, Sizə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilə bilər və buna görə hec bir rüsum ödəməməlisiniz.
vasif alizade Soruşur Yazılma Tarixi:06.06.2013 10:24:58

salam men iyul ayinin 1-de herbi xidmete cagrilmisam xahis edirem menim hara dusduyum haqda melumat verin.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Xalid Memmedov Soruşur Yazılma Tarixi:05.06.2013 15:37:36

Salam.Men bir defe sual unvanlasam da sualim yerlesdirilmedi.Men bilmek isteyirem ki,heqiqi herbi xidmete cagirilan genclerin hansi herbi hissede xidmet edecekleri barede melumati niye bu qeder gec elde edirler?Cunki kecen il herbi xidmete cagirilan gencler bu barede melumati 2-3 hefte onceden bilirdiler artiq.onceden tesekkur edirem.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
Eshqin Soruşur Yazılma Tarixi:05.06.2013 15:11:49

Salam. Mən ehtiyatda olan zabitəm və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət etmək üçün müraciət etmişəm. Bilmək istəyirəm müraciət etdikdən nə qədər vaxt keçdikdən sonra müsahibəyə çağırılacam və ya mandat nə zaman başlayır yəni xidmətə qəbul edilmə nə qeder vaxt tələb edir? Xahiş edirəm mümkünsə mənə bu barədə ətraflı məlumat verəsiniz. Əvvəlcədən təşəkkürlər

Bildiririk ki, xidmətə qəbulla bağlı müraciət etmiş vətəndaşlar, onların müraciətlərinin qeydiyyata alındığı gündən xronoloji ardıcıllıqla müsabiqəyə dəvət olunduqlarına və bu prosesin müraciət edənlərin sayından asılı olduğuna görə əvvəlcədən konkret vaxt təyin edilmir.
FƏRİD Soruşur Yazılma Tarixi:05.06.2013 14:12:29

sALAM MEN QULIYEV FERID TELET OGLU 20.11.1994 CU IL TEVELLUD IYULUN BIRINE PAVESKA ALMISHAM BILMEY ISTEYERDIM KI HARA DUSHMUSHEM?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.\n
ramiz Soruşur Yazılma Tarixi:05.06.2013 13:46:47

salam meleykim. iyulda getmeliyem.ancaq hele komissarliga bas cekmemisem.birce defe zeng eleyibler oz de atama. hacana qeder vaxtim vaxtim var getme?

Siz qısa müddət ərzində tibbi şəhadətləndirilməniz və öyrənilməniz məqsədi ilə Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyyə olunur.
Xanverdi Turaboğlu (Fərziyev) Soruşur Yazılma Tarixi:05.06.2013 13:14:12

oğlum 2-ci dərəcəli futbolçudur,hərbi xidmət dövründə ixtisasına uyğun MOİK-dən yararlana bilərmi?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü zamanı xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış mütəxəssislərdən istifadə olunması nəzərdə tutulur.
Cədvəldə sətir sayı :14949