Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fikret Soruşur Yazılma Tarixi:29.09.2014 06:15:39

Ali tehsilim yoxdu herbi xidmetimi davam elemek leytinant olmaq ucun hansı sennetleri yıgmalıyam oktyabrın 3 herbi xitmete gedirem

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş müəyyən sayda sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Elşad Soruşur Yazılma Tarixi:28.09.2014 20:08:31

salam.meni oktyabrin 3 cagiriblar.bir az gec getmey istiyirem.qabaq beleydiki oktyabr ayi hacan getdin vaxt ayin 1-nen hesablanirdi.ama indi bilmirem necedi.bilmey istiyirem ki, hacan getdim muddet o vaxtan hesablanacaq yoxsa ayin 1-nen?????

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar rayon çağırış komissiyasının təyin etdiyi vaxtda Xidmət rəisinin müvafiq sərəncamı ilə təyin olunduqları hərbi hissələrə göndərilməlidirlər.
Həsən Soruşur Yazılma Tarixi:28.09.2014 16:44:17

Salam hara düşdüyüm haqqında məlumat 29 sentyabrdan 30 sentyabra keçən gecə bilinəcək?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Çiçək Soruşur Yazılma Tarixi:28.09.2014 14:50:07

men oglumun hansi bolgede heqiqi herbi xidmet kececeyini bilmek isteyirem sizin sayta muraciet edirem ancaq melumat ala bilmirem nece edim ki oyrene bilim

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
arzum Soruşur Yazılma Tarixi:28.09.2014 14:35:22

fin nedemekdir

FİN - Fərdi İdentifikasiya Nömrəsi
elnur Soruşur Yazılma Tarixi:28.09.2014 13:54:51

konullu olaraq heqiqi herbi xidmete gede bilerem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Q.ARAZ Soruşur Yazılma Tarixi:28.09.2014 11:08:57

salam size sualim var. men pese liseyine qebul olmusam ve mene 3- il mohlet verilib di maddemde 14-b yeni demek isdeyirem hemen maddeye ele bir xestelik yoxdu yalniz sudurqa olubdu buda lanci diyaqnozdu guya deli diyaqnoz var yalan sohbetdi bunnan 3-defedi ki subut edirem k saqlamam eyer o xestelik olsaydi meni mektebe goturmezdiler bu isin basinda duran bineqedi rayonu herbi komissaeliq sonra da 2- sayli psxiatrik sonrada city hospital hammisni bunlar eyleyibdi mende axir biletden imtana eledim geri qaytardim gelen ilde komissaydan kecen deyilem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə soyadınız, atanızın adı və təvəllüdünüz göstərilməlidir.
Ibrahim Soruşur Yazılma Tarixi:28.09.2014 06:34:20

Salam men iyul ayinda esger gedecekdim emeliyyat olunduquma gore oktyabr ayinda gedecem.sualim oduki iyul ayinda hara duwmuwdum hemin oktyabr ayinda hele hemin yere duwecem yoxsa yeniden secilecek yeni bawqa yerede duwe bilerem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla bölünür.
Xeyal Soruşur Yazılma Tarixi:28.09.2014 01:32:14

TTM-e qebul nece aparilir? Ali tehsilli(hekim) cagirisci hansi senedler teqdim etmelidi komissarliga?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin müraciətinizə təyin olunduğunuz xüsusi qoşun növündə baxıla bilər.
vasif Soruşur Yazılma Tarixi:27.09.2014 18:29:02

Salam.men oktyabirin 3 ucun cagriw almwam hara duweceymi.bilmej.isdeyrem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14890