Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Çiçək Soruşur Yazılma Tarixi:28.09.2014 14:50:07

men oglumun hansi bolgede heqiqi herbi xidmet kececeyini bilmek isteyirem sizin sayta muraciet edirem ancaq melumat ala bilmirem nece edim ki oyrene bilim

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
arzum Soruşur Yazılma Tarixi:28.09.2014 14:35:22

fin nedemekdir

FİN - Fərdi İdentifikasiya Nömrəsi
elnur Soruşur Yazılma Tarixi:28.09.2014 13:54:51

konullu olaraq heqiqi herbi xidmete gede bilerem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Q.ARAZ Soruşur Yazılma Tarixi:28.09.2014 11:08:57

salam size sualim var. men pese liseyine qebul olmusam ve mene 3- il mohlet verilib di maddemde 14-b yeni demek isdeyirem hemen maddeye ele bir xestelik yoxdu yalniz sudurqa olubdu buda lanci diyaqnozdu guya deli diyaqnoz var yalan sohbetdi bunnan 3-defedi ki subut edirem k saqlamam eyer o xestelik olsaydi meni mektebe goturmezdiler bu isin basinda duran bineqedi rayonu herbi komissaeliq sonra da 2- sayli psxiatrik sonrada city hospital hammisni bunlar eyleyibdi mende axir biletden imtana eledim geri qaytardim gelen ilde komissaydan kecen deyilem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə soyadınız, atanızın adı və təvəllüdünüz göstərilməlidir.
Ibrahim Soruşur Yazılma Tarixi:28.09.2014 06:34:20

Salam men iyul ayinda esger gedecekdim emeliyyat olunduquma gore oktyabr ayinda gedecem.sualim oduki iyul ayinda hara duwmuwdum hemin oktyabr ayinda hele hemin yere duwecem yoxsa yeniden secilecek yeni bawqa yerede duwe bilerem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla bölünür.
Xeyal Soruşur Yazılma Tarixi:28.09.2014 01:32:14

TTM-e qebul nece aparilir? Ali tehsilli(hekim) cagirisci hansi senedler teqdim etmelidi komissarliga?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin müraciətinizə təyin olunduğunuz xüsusi qoşun növündə baxıla bilər.
vasif Soruşur Yazılma Tarixi:27.09.2014 18:29:02

Salam.men oktyabirin 3 ucun cagriw almwam hara duweceymi.bilmej.isdeyrem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Ülvi Soruşur Yazılma Tarixi:27.09.2014 18:07:30

Salam... Men herbi komissarlığa senedlerimi 29.09.2014 tarixinde tam olaraq verecem. Bilmek isteyrem senedleri verdikden neçe gün sonra çağırış vereqesi gelecek...?

Bildiririk ki, 2014-cü ilin oktyabr çağırışına hazırlıq işlərinə avqust ayından etibarən başlanmış və sentyabr ayının 20-də başa çatdırılmışdır. Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nail Soruşur Yazılma Tarixi:27.09.2014 16:36:57

Mənim adım Cabbrov Naildir.Masallı rayonunda qeydiyyatdayam.Bilmək istəyirəm ki,2014 oktyabr çağışında mən də hərbi xidətmətə gedəcəyəmmi? Təvəllüdüm 10.09.1996-dir

Bildiririk ki, Azərbaycan Dillər Universitetinə daxil olduğunuza görə Sizə, Xidmətin Masallı rayon çağırış komissiyası tərəfindən təhsilinizi davam etdirmək üçün möhlət veriləcəkdir. Möhlətiniz bitdikdən sonra rayon çağırış komissiyası tərəfindən barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Eldar Soruşur Yazılma Tarixi:27.09.2014 12:09:02

Salam saytda 30u cixacaq hara düşdüyümüz yeginki bes şöbelerde ne vaxt bilinecek,

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897