Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ilqar Soruşur Yazılma Tarixi:20.09.2014 05:36:08

Oktyabr ayindada Iyuldaki kimi yerler 2 defe cixacag? Yeni biri sentyabrn 30u, ikincideki oktyabrn 15i

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.
Amid Soruşur Yazılma Tarixi:19.09.2014 18:50:41

Salam, oktyabr 2-inde herbi xidmete çağırılmışam,harada xidmət edəcəm necə oyrənim?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Məhərrəm Soruşur Yazılma Tarixi:18.09.2014 09:39:09

981 saylı hərbi hissə harda yerləşir? Ünvavnı dəqiq bilmək istəyirəm. Təşəkkür edirəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
elvin Soruşur Yazılma Tarixi:18.09.2014 08:32:36

Salam bilmey olar ki me 2011.07.05 de heribi xidmete getmiwem ve 2013.01.01 de qayidmiwam indi bezi vayonkomatlarda cagiriwlar gedir bu neyle elaqedardir bilmey isterdim eyer heqiqeten seferberlikdirse men bir azerbaycan oglu kimi haziram

Mövcud qanunvericiliyin tələblərinə əsasən, səfərbərlik elan olunduğu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərtliyə cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər (yaş həddi və zamanı barədə) məlumatlandırılacaqlar.
Ravid Soruşur Yazılma Tarixi:18.09.2014 07:22:52

Salam.oktyabr cagirishlilar nevaxt oyrene bilecek hara dushduklerin

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Baxşıyev İqrar İlqar oğlu Soruşur Yazılma Tarixi:18.09.2014 05:49:29

Mən bilmək istəyirəm hansı hərbi hissədə xidmət edərəm oktyabr ayında getməliyəm hərbi xidmətə http://www.seferberlik.gov.az/elektron/military burada mənim adım tapılmırSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsindən adım tapılmır xahiş edirəm köməklik edəsiniz

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elvin Soruşur Yazılma Tarixi:18.09.2014 05:36:29

Salam. Men boyreyimde problem olduguna gore herbi yararsiz kimi qebul olunmusam iyun ayinda. Isime gore herbi bilet lazimdir, ve ne vaxta hazir olar? tesekkur

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
ferid Soruşur Yazılma Tarixi:17.09.2014 18:45:33

Men adimi axtardim tapa bilmedim hara dusmusem oktyabririn 3 gedirem niye tapmadi

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Ramal Soruşur Yazılma Tarixi:17.09.2014 13:37:51

Menim qardaşim Cebrayilzade anar ezizaga oglu hansi herbi hiseye duşmesi haqinda melumat isdeyir xaiş edirem deyesiz eger zehmet olmasa

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elchin Soruşur Yazılma Tarixi:17.09.2014 10:45:27

Ehtiyyatda olan zabiti, bildiriş yollamadan telefonla həbi komisarliğa dəvət edirlərsə və o getmirsə buna görə hansısa məsuliyyət daşıyırmı?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması həyata keçirilir.\nQanunun 45-ci maddəsində nəzərdə tutulmuş hallarda keçirilən toplanışlara cəlb olunmuş (hərbi hissələrə təhkim olunmuş) və səfərbərlik sərəncamı ilə təmin edilmiş ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif vasitələrlə (o cümlədən telefon vasitəsilə) məlumatlandırılırlar.\nAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddənisə əsasən hərbi vəzifəlilər qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmaya görə - sülh dövründə iki il müddətinə, müharibə zamanı isə üç ildən alti ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.
Cədvəldə sətir sayı :14897