Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elmin Soruşur Yazılma Tarixi:09.09.2014 08:12:47

salam men kolleci iyunda bitirmisem bilmek isdeyirem ki herbi xidmete ne vaxt gedecem

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
huseyn Soruşur Yazılma Tarixi:09.09.2014 05:30:17

Salam\nHerbi xidmetden azad olmaq ucun dissertant veya doktorant olmagin bir ferqi var mi?\nDoktoranturani bitirmis her sexs herbi xidmetden azaddirmi?\nTesekkurler

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.0.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Həsən Soruşur Yazılma Tarixi:08.09.2014 13:08:32

Salam mənim şikayətim var.Mən Bərdə rayonunda yaşayıram.Şikayətim bundan ibarətdirki,əsgərliyimi çəkmişəm lakin məni Sarcalı qospitalında işə götürmürlər. Səbəb olaraq sağ əlimin balaca barmağının bir buğumunun olmamasıdı.Xahiş edirəm mənə köməklik edəsiniz.

Müraciətinizdə qeyd etdiyiniz məsələnin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq aidiyyəti üzrə hərbi hissə komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Elmar Soruşur Yazılma Tarixi:07.09.2014 10:56:54

Salam bilmey istirdim oktyabrda texris olunacag esgerlerin prikazi ne vaxt cixacag?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı əsasında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
turan Soruşur Yazılma Tarixi:05.09.2014 08:58:38

Salam, oktyabr prizivlerinin herbi xidmete cagirilmasi haqqinda serancam imzalanib? cavab vermeyinizi xahis edirem cox sagolun

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 12.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dən çağırılırlar.
Süleyman Soruşur Yazılma Tarixi:04.09.2014 18:26:32

SALAM AXSAMINIZ XEYIR.MEN AĞAYEV SÜLEYMAN MALIK OĞLU 1996-07-11 DE TURKMENISTAN SEHERINDE ANADAN OLMUSAM,INDI HAL HAZIRDA AZERBAYCANIN,ASTARA RAYONUNDA QEYDIYATDAYAM.MENE HERBI ÇAĞIRISHDAN 2014-10-01 DE ESKER GEDECEM VE SIZDEN SORUSURAMKI ZEHMET OLMASA DEYERDINIZ MEN HARA DÜSMUSEM???

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elmin Soruşur Yazılma Tarixi:04.09.2014 09:11:38

salam menim 20 yasim var kolleci bu il bitirmisem ancaq herbi xidmete cagirilmamisam bilmek isdiyirem ki ne vaxt gedecem herbi xidmete xais edirem bu haqda melumat vererdiz

Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Mətanət Soruşur Yazılma Tarixi:04.09.2014 04:42:53

Salam. oqlumun 18 yaşı tamam olub 04.06.2014-də . Türkiyeye dövlət universitetine qəbul olunub. universitetden arayış gətirib hərbi komisarlıqa təqdim etmişem bizim yolda gedende xarici ölkeye problemimiz cıxmaması ecen sərhette nə təqdim etmeliyik. təşəkürlür

Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Natiq Soruşur Yazılma Tarixi:03.09.2014 19:31:56

Salam men bilmek isteyrem 2013 aprel cagrislarinin ehtyata buraxilmasi ucun serencam imzalanib ?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı əsasında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
museyib Soruşur Yazılma Tarixi:03.09.2014 16:34:14

menim qardasim serhe qosunlarina dusub hara hansi bolgeye dusduyunu blimirik bu saytdada yaziram hec bir melumat cixmir her seyi duzgun yaziram

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897