Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fatullayev Soruşur Yazılma Tarixi:12.09.2014 19:51:23

Salam men universitete imtahan vermeye gore vayenkomatdan sened istediler (kesilmisdim 1 il once) menim gozum zeif olduquna ve acki taxdiqima gore erize yazib vaxtindan evvel herbi komisiyyadan kecdim ve hekimden mene yararaiz olduqu diaqnozu qoyuldu ...ama men universotete giremdim...ve mene vayenkomatdan zemg geldiki girmemisemse oktyabrda gedeceksen getdim ora ...sexsi isime baxdilar ve dedilerki ayin 19u seni ozumuz birde muayeine deceyik saglam olsan gedirsen olmasan yox...axi men vaxtindan evvel komissiyadan kecmisem...bu ne ucumdi basa salin . Teshekkurler...

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınız, adınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Firəddin Bəşirzadə Soruşur Yazılma Tarixi:12.09.2014 06:33:21

Salam. Mən iyun ayında vainkamata cağrıldım və yer olmadığına görə qaldım oktiyabr cağırışına ama hələdə vainkamata cağırılmamışam. Səbəb?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Emil Soruşur Yazılma Tarixi:11.09.2014 19:06:17

Allahin Salami olsun sizlere Men bilmek isterdim Oktyabr ayinin cagriscilari hara dusduynu bilmek olur Eger mumkunse Heyderov Xanqulu Qiyas oglu 1996 1 09 ay Beyleqan sakini

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
samir Soruşur Yazılma Tarixi:11.09.2014 17:48:50

salam necəsiz?mən Bayramov Samir Elxan oğlu 1996 cı ildə XANLAR RAYONUNDA anadan olmuşam.oktiyabr 1i ESGƏR gedirem hara düşdüyümü bilmək istərdim bu mümkündü?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Mahmud Soruşur Yazılma Tarixi:11.09.2014 16:23:24

Salam,bilmək istərdim ki,çağırış vərəqəsi gəldikdən sonra 2-3 günlük ölkə xaricinə çıxmaq olurmu? Oktyabra çağırış gəlib.Sağolun

Bildiririk ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Mehemmed Soruşur Yazılma Tarixi:11.09.2014 07:25:04

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.

Hörmətli İstifadəçi Tezliklə Sualınıza Cavab Yazılacaq
Emil Soruşur Yazılma Tarixi:10.09.2014 11:28:10

Salam mən kollecdə(texnikumda) oxuyuram 19.12.1995 doğumluyam iyunda təhsilimi başa vururam, universitetə qəbul imtahanı üçün müddət ala bilərəmmi ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.\nSağlamlığınıza, ailə vəziyyətinizə və digər qanuni əsaslarla hərbi xidmətə çağırışdan möhlət hüququna malik olduğunuz halda, Siz, təhsiliniz davam etdirə bilərsiniz.
Elmeddin Soruşur Yazılma Tarixi:10.09.2014 05:19:29

Salam men bilmek isteyrem oktiyabr ayinin 1-den 30-a kimi 2013 aprel cagrislarinin ehtiyyata buraxilmalari haqqinda serencami artiq verilib?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar və qanunla müəyyən olunmuş xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.
perviz huseynov Soruşur Yazılma Tarixi:10.09.2014 05:15:07

salam 28.12ci ayda 18 tamam olur ne zaman cagiris olacaq ?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 12.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dən çağırılırlar.
nadir Soruşur Yazılma Tarixi:09.09.2014 09:36:20

salam men oxtiyabirda herbi xidmete gedmeliyem amma dilimde kekeleme var cox deyil onun bir prablemi yoxduki

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən nitq funksiyalarının pozulma dərəcəsindən asılı olaraq aparılır.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14897