Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
vusale Soruşur Yazılma Tarixi:31.08.2014 08:53:48

salam sualim var. Aqil Rafiq oglu Memmedov 19.12.1992 Tovuz Rayon Herbi Komissarligi.Iyulun 7 si cagiris vereqesi geldi lakin sehheti ile elaqedar gede bilmedi.ve onu Bakida herbi hekim komissarligina gonderdiler ve iyulun 20 sinden getdiyidi hele de esgerliyi barede hec bir deqiq melumat verilmeliyib.Xahis edirem mene deqiq melumat versinler ve komissiyanin cvb ne vaxd cixacaq sualimi cavablandirin.....??

Məmmədov Aqil Rafiq oğlunun səhhəti ilə bağlı şikayətini nəzərə alaraq dövlət tibb müəssisəsində əlavə müayinəsi təmin olunacaq və müayinənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Hafiz Soruşur Yazılma Tarixi:31.08.2014 08:00:24

men 18 iyul 2014 ilde Azerbaycan Respubilkasinin Seferberlik ve Herbi Xidmete Cagiris Uzure Dovlet Xidmetine imtahan vermisem ve imtahandan kecmemisem. bilmek isdeyirdimki yeniden imtahanda istirak ede bileremmi.

Bir daha nəzərinizə çatdırırıq ki, 18.07.2014-cü il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Elmin Soruşur Yazılma Tarixi:30.08.2014 21:46:38

salam men bilmek isdeyirem ki, menim ucun herbi xidmete cagiris ucun vereqe niye gelmir?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Coşqun Abuzərli Soruşur Yazılma Tarixi:30.08.2014 09:02:22

Salam.Men xaricde magistir oxumaq ucun mohlet alma imkanim var?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Əjdər Soruşur Yazılma Tarixi:29.08.2014 16:44:51

Salam Aleykum.menim gozum menfi 4 du.ve ayaqimda yastiayaqliq var,amma tibbi komissiyadan kecende bunlari qeyd elediler ve dediler ki yararliyam.bilmek isteyerdim ki,hansi derecede duzgun haqqlarim qorunur,ve hansi qurumlara shikayet ede bilerem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Coşqun Soruşur Yazılma Tarixi:28.08.2014 13:59:59

Mən 2015-ci ildə Universiteti bitrəcəm.Ama men magistri xaricde oxumaq isteyirem hemin universitetde universiteti bitrenkimi menim ora getmeyimi isteyir.Bu halda menim 2 yada 3 illik mohlet goture bilərəm?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Dadasov Sənan Soruşur Yazılma Tarixi:28.08.2014 02:27:06

Salam.Bilmek isterdim qanunla herbi komisarlığdan herbi xidmete çağırılmış çağırışçının xəstəliklə baglı şikayeti əsasında herbi komisarlığdan gonderişle getmiş çağırışçıdan gonderilmiş xestəxanada müayinələr pulludu yoxsa pulsuz.Yəni məni həkimlər pullu müayinədən keçirməlidir yoxsa pulsuz .

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin); müalicə-saölamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
perviz Soruşur Yazılma Tarixi:27.08.2014 09:50:55

salam men bilmek isteyirem ki menim bir dostum var gence seheri 777 sayli herbi hissede qarantin cekib indi onun hansi herbi hissede qaldigin oregene bilmirem mumkundurse onun qaldigi herbi hisseni mene deyesiz onun adi oktayli oktay namiq oglu

Qeyd etdiyiniz məsələ ilə bağlı dostunuzun xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Qurbanov Orxan Fazil oğlu Soruşur Yazılma Tarixi:27.08.2014 08:53:26

Salam mənim adım Qurbanov Orxan Fazil oğlu, təvəllüdüm 30.06.1993. Mən ali təhsilimi başa vurduqdan sonra Zaqatala Rayon Hərbi komissarlığından həkim komissiyasına çağırıldım. Müayinə zamanı məndə yastıpəncəlik olduğu üzə çıxdı, ondan sonra bir neçə dəfə rentgenə göndərdilər. Sonra bakı şəhərinə Travmatologiya İnistutuna göndəriş verdilər, getdim orada da müayinədən keçdim. İyul ayında Travmatologiya İnistutundan mənə verilən rəy Hərbi komissarlığa çatdırıldı, Komissarlıqdan mənə dedilər ki, sən get biz avqust ayında səni çağırıb Hərbi Qospitala göndərəcəyik son rəy orda veriləcək, yararlı ya yararsız olduğum orada dəqiqləşəcək. Avqust ayında gözlədim heç bir xəbər gəlmədi, özüm komissarlığa getdim dedilər ki get oktyabr ayında çağıracağıq. Sualım odur ki, mənim işimin bu qədər uzadılması qanuna uyğundurmu? May ayından başlayaraq mən neçə dəfələrlə həkim komissiyalarına göndərilmişəm, Hərbi Komissarlıqdan hər dəfə mənə sən get özümüz xəbər edəcəyik deyib göndərirlər, xəbər gəlmir axırda yenə özüm gedib maraqlanıram, hər dəfə işimi uzadırlar.

Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə bigə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
qasimov.araz Soruşur Yazılma Tarixi:27.08.2014 08:31:29

2 saylı Kliniki Psixiatriya Xəstəxanasına cixartdiqi qerara gore 14 b maddesi esasen nevrozabənzər sindrom "üzvü emosional-labil pozuntusu gore guya men nevrozam yaxsi mende ele xestelik olsa men ise nece goturerdiler bes men niye tez eseblesmirem niye her yeri vurub daqidmiram yenede yalanci diyaqnozdu hal hazirda marketde isdeyirem ozumude normal apariram yenede razislasmiram 14 b maddesine biletimi geri gotursunler birde hekimnnen kecmek isdemirem vehselam bu deyqe bineqedi rayonu herbi komissarliq zeng bileti geri aparacayam vehselam 2 sayli psxiatrik bas hekimi sehiyye nazirliyine sikayyet edeceyem 18

Sizə 15.08.2014-cü il tarixli məktubla cavab verilmişdir.
Cədvəldə sətir sayı :14897