Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vuqar Soruşur Yazılma Tarixi:18.08.2014 03:52:36

salam. Mənim qohumumun 27 yaşı tamam olub. o 2013-cu ildə saglamlıq vəziyyətinə gorə dinc dovrdə həqiqi hərbi xidmətə yararsız,\nmuharibə do\nvrundə məhdud yararlı kimi 2016-cı ilin aprel ayına qədər mohlət verilmisdir. Hal-hazırda o ozunu tam saglam hiss edir.\nSual: o bu ilin oktyabr ayında hıqiqi h\nhərbi xidmətə gedə bilərmi? əgər bu mumkundusə bu barədə hansı addımlar atmaq barədə məlumat verməyinizi xahis edirəm.

Qohumunuzun vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Fikret Soruşur Yazılma Tarixi:17.08.2014 22:22:36

Salam men soyadimi deyisdirdikden sora herbibiletde de soyadi deyismeliyem? cox xahis edirem bu barede etrafli melumat verin hansi senedler lazim olacag? indiden cox sagolun

Bildiririk ki, soyadınızın dəyişdirilməsi barədə sənədlərə əsasən yeni şəxsiyyət vəsiqəsi ilə təmin edildikdən sonra hərbi biletinizdə də müvafiq düzəlişlərin edilməsi vacibdir.\nOdur ki, hərbi biletinizdə soyadınızın dəyişdirilməsi barədə müvafiq qeydlərin aparılması üçün Siz şəxsiyyət vəsiqənizin surəti ilə hərbi qeydiyyatda olduöunuz yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbəsinə, bölməsinə) müraciət etməlisiniz.
Sadiq Soruşur Yazılma Tarixi:17.08.2014 19:40:59

Salam! Menim dostumu eskerlikdedi,Bakidadi oktyabr ayina geder,sadece deqiq olaraq hansi hissede oldugunu bilmirem,men zeng eleyib hardan oyrene bilerem ve dogum tarixi deqiq yadimda deyil,soruwsalar vacibdi?

Qeyd etdiyiniz məsələ ilə bağlı dostunuzun qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Sabutay Soruşur Yazılma Tarixi:17.08.2014 12:08:50

men 1982 tevelludem hh xidmet kecmisem gedebey qeydiyatindayam muddetden artiq xidmet etmek isteyirem surucu kimi bc dereceli surucuyem bu hakda sizin ne kimi komeyniz ola biler. tesekkur edirem evvelceden

Bildiririk ki, müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
QASIMOV.ARAZ Soruşur Yazılma Tarixi:17.08.2014 07:50:10

mende nikodnu bilet olduqum ucun men kurslara qatila bilerem snayper kursunu

Qeyd etdiyiniz ixtisas üzrə hazırlığa, yalnız müddətli həqiqi hərbi xidmətə tam yararlı olan çağırışçılar cəlb edilir.\n"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, çağırışçılar - ilkin hərbi qeydiyyata alınmışvə ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilir.
orxan Soruşur Yazılma Tarixi:16.08.2014 18:50:25

salam men agcabedi sakini sirinov orxan qurban oglu 1994 ci il sentiyabr ayinin 28 anadan olmusam 2012 ci ilde esgerliye cagirdilar amma sehedimde promlem oldu niqodni vayenni biletim var xais edirem oktiyabr da esgerliye aparsinlar

Siz 2015-ci ildə təkrar tibbi müayinənin nəticəsindən asılı olaraq, hərbi xidmətə yararlı olunduğunuz təqdirdə müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Hafiz Soruşur Yazılma Tarixi:16.08.2014 11:29:14

Salam.Men Fizuli sheherine geydiyatdayam,amma muveffegeti geydiyatim sabuncu rayonunadi.Bilmek isterdim meni herbi xidmete Fizuli herbi komissarligindan cagiracaglar?ve Fizuli Herbi komissarliginin unvani harda yerleshir.Evvelceden oz minnetdarligimi bildirirem.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, adınız, atanızın adı, təvəllüdünüz və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Murad Soruşur Yazılma Tarixi:16.08.2014 10:09:37

Salam. Men bu il xarici dovletde Tibb universitetini bitirdim. Oktyabr ayinda herbi xidmete gedecem. TTM-de zabitlik oxuyub, herbi hissede zabit olmaq ucun kime muraciet etmeliyem ? Diplomumu notarial qaydada tesdiq etmek mutleqdi ? Cox sagolun.

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş müəyyən sayda sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.\nQeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Feride Soruşur Yazılma Tarixi:16.08.2014 08:28:47

salam,men bilmek isteyirem ki 9cu veya 10cu sinifden sehadetname ile kollece qebul olan oglan, eyani oxudugu halda 18 yasi tamam oldugu ucun herbi xidmete aparilmalidi???

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən orta ixtisas təhsilli müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış (9 illik təhsil bazasından) 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Akşın Soruşur Yazılma Tarixi:14.08.2014 14:14:19

Salam men Turkiyede universtete qebul olmuşam. bunun ucun men Turkiyeye gedib senedlerimi vermeliyem. Xarici pasport almaq ucun menden herbi bilet ve ya mohlet kagizi isleyirler. men ETTİ muaineden kecdim ve 3-cu dereceli yastipencelik diaqnozun aldim. Lakin helem Herbi Kamisarliqda bu testiq olunmayib \nMen mohlet alabilmirem \n1996.07.22 il Şamaxı səhərinde anadan olmusam

Qeyd etdiyiniz məsələyə Xidmətin Şamaxı rayon şöbəsi tərəfindən artıq baxılmışdır.
Cədvəldə sətir sayı :14890