Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
elmir Soruşur Yazılma Tarixi:06.08.2014 05:58:33

yawimdan kecib herbiye getmemiwem aileme gore indi ise sizden xaiw edirem doyuw olan bolgeye getmek isderdim

Bildiririk ki, mpvcud qanunvericiliyin tələblərinə əsasən, təlim toplanışlara, həmçinin səfərbərlik üzrə yalnız həqiqi hərbi xidmətini başa vurmuş ehtiyatda olan hərbi vəzifəlilər cəlb olunurlar.
araz Soruşur Yazılma Tarixi:06.08.2014 05:36:59

eyer muharibe baslasa kimler ki 3-il mohlet almis cagriscilar muharibeyye gedecekmi?

Bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Mövcud qanunvericiliyin tələblərinə əsasən, səfərbərlik elan olunduğu halda, bu barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə yayılır. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərtliyə cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər (yaş həddi və zamanı barədə) məlumatlandırılacaqlar.
namiq Soruşur Yazılma Tarixi:05.08.2014 18:51:38

salam muharibe 27.09.2014de olacaq xahis cvb yazasiniz 1de olsa menim 16 yasim olacaq 17nin icinde olacam men konullu muharibeye gede bilecem?

Bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Mövcud qanunvericiliyin tələblərinə əsasən, səfərbərlik elan olunduğu halda, bu barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə yayılır. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərtliyə cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər (yaş həddi və zamanı barədə) məlumatlandırılacaqlar.\nEyni zamanda nəzərinizə çatdırırıq ki, səfərbərlik üzrə yalnız həqiqi hərbi xidmətini başa vurmuş ehtiyatda olan hərbi vəzifəlilər cəlb olunurlar.
Zerfe Soruşur Yazılma Tarixi:05.08.2014 18:30:23

Salam.Men bilmek isterdim bir esger 10aydir ki postdadi ondan sonra gelenler yerlerini deyisirler amma nedense bu esgeri deyismirler. bunu nece basa dusek bu nekimi duzgundur.Cavabinizi gozleyirem sagolun.

Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələyə aydınlıq gətirilməsi üçün aidiyyəti üzrə həmin əsgərin həri xidmət keçdiyi hərbi hissə komandanlığına və ya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
aqil Soruşur Yazılma Tarixi:05.08.2014 17:20:43

salam. men Memmedov Aqil Rafiq oglu 07 iyul Tovuz rayonundan herbi xidmete getm,ek ucun cagris vereqesi almisdim. ama sonradan menim sehetimde problem yarandigi ucun gede bilmedim ve meni iyul ayinin 31 de muayine ucun Baki seherinde qospitala gonderdiler. ve orda mene dediler ki get size cavab deyilecek. lakin mene hele de bir cavab demeyibler. onu da deyim ki men ozum coxlu mualice aldim ve indi demey olar ki yaxsiyam. men bilmek isteyirem ki men indi herbi xidmete gedecemmi yoxsa artiq novbeti cagrisami qaldim ya nece olacaq?

Sizin səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq dövlət tibb müəssisəsində əlavə müayinəniz təmin olunacaq və müayinənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
sahib Soruşur Yazılma Tarixi:05.08.2014 16:44:13

menim 18 yasim avqustun 21 de tamam olur men herbi xidmete gede bilerem ve ya yox ? eger gede bilmeremse onda komruk posdundan meni rasiyaya buraxarlarmi? valideyinlerimin yanina.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Tabriz Soruşur Yazılma Tarixi:05.08.2014 15:36:02

salam aleykum agdamda bayramlar kendi azad olunub?sosiyal zeberlerde duz xeber veribler?

Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələyə aydınlıq gətirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Həsən Soruşur Yazılma Tarixi:05.08.2014 13:11:10

Salam aleykum,əgər səfərbərlik elan olunsa Azərbaycanda ali təhsil alan tələbələr müharibəyə aparılacaq ? (müharibədən qorxduğum üçün bu sualı vermirəm)

Bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Mövcud qanunvericiliyin tələblərinə əsasən, səfərbərlik elan olunduğu halda, bu barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə yayılır. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərtliyə cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər (yaş həddi və zamanı barədə) məlumatlandırılacaqlar.
tural Soruşur Yazılma Tarixi:05.08.2014 09:07:20

Salam menim qardasim herbi xidmete yararsizdi moskvaya maliceye getmek isdeyir ruhi esebidir tez tez eseblesir ozunu lezvaynan kesir indi onu tamojnudan buraxacaqlar?

Hərbi qeydiyyat sənədində müvafiq qeydlərin aparıldığı halda mümkündür.
Hafiz Misirli Soruşur Yazılma Tarixi:05.08.2014 08:27:23

Salam men 18 iyul 2014 cu il Seferberlik idaresine ise qebulla bagli imtahan vermisem neticelerini orgenmek isdeyirem.

Nəzərinizə çatdırırıq ki, 18.07.2014-cü il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897