Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sabutay Soruşur Yazılma Tarixi:17.08.2014 12:08:50

men 1982 tevelludem hh xidmet kecmisem gedebey qeydiyatindayam muddetden artiq xidmet etmek isteyirem surucu kimi bc dereceli surucuyem bu hakda sizin ne kimi komeyniz ola biler. tesekkur edirem evvelceden

Bildiririk ki, müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
QASIMOV.ARAZ Soruşur Yazılma Tarixi:17.08.2014 07:50:10

mende nikodnu bilet olduqum ucun men kurslara qatila bilerem snayper kursunu

Qeyd etdiyiniz ixtisas üzrə hazırlığa, yalnız müddətli həqiqi hərbi xidmətə tam yararlı olan çağırışçılar cəlb edilir.\n"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, çağırışçılar - ilkin hərbi qeydiyyata alınmışvə ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilir.
orxan Soruşur Yazılma Tarixi:16.08.2014 18:50:25

salam men agcabedi sakini sirinov orxan qurban oglu 1994 ci il sentiyabr ayinin 28 anadan olmusam 2012 ci ilde esgerliye cagirdilar amma sehedimde promlem oldu niqodni vayenni biletim var xais edirem oktiyabr da esgerliye aparsinlar

Siz 2015-ci ildə təkrar tibbi müayinənin nəticəsindən asılı olaraq, hərbi xidmətə yararlı olunduğunuz təqdirdə müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Hafiz Soruşur Yazılma Tarixi:16.08.2014 11:29:14

Salam.Men Fizuli sheherine geydiyatdayam,amma muveffegeti geydiyatim sabuncu rayonunadi.Bilmek isterdim meni herbi xidmete Fizuli herbi komissarligindan cagiracaglar?ve Fizuli Herbi komissarliginin unvani harda yerleshir.Evvelceden oz minnetdarligimi bildirirem.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, adınız, atanızın adı, təvəllüdünüz və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Murad Soruşur Yazılma Tarixi:16.08.2014 10:09:37

Salam. Men bu il xarici dovletde Tibb universitetini bitirdim. Oktyabr ayinda herbi xidmete gedecem. TTM-de zabitlik oxuyub, herbi hissede zabit olmaq ucun kime muraciet etmeliyem ? Diplomumu notarial qaydada tesdiq etmek mutleqdi ? Cox sagolun.

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş müəyyən sayda sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.\nQeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Feride Soruşur Yazılma Tarixi:16.08.2014 08:28:47

salam,men bilmek isteyirem ki 9cu veya 10cu sinifden sehadetname ile kollece qebul olan oglan, eyani oxudugu halda 18 yasi tamam oldugu ucun herbi xidmete aparilmalidi???

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən orta ixtisas təhsilli müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış (9 illik təhsil bazasından) 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Akşın Soruşur Yazılma Tarixi:14.08.2014 14:14:19

Salam men Turkiyede universtete qebul olmuşam. bunun ucun men Turkiyeye gedib senedlerimi vermeliyem. Xarici pasport almaq ucun menden herbi bilet ve ya mohlet kagizi isleyirler. men ETTİ muaineden kecdim ve 3-cu dereceli yastipencelik diaqnozun aldim. Lakin helem Herbi Kamisarliqda bu testiq olunmayib \nMen mohlet alabilmirem \n1996.07.22 il Şamaxı səhərinde anadan olmusam

Qeyd etdiyiniz məsələyə Xidmətin Şamaxı rayon şöbəsi tərəfindən artıq baxılmışdır.
samiq Soruşur Yazılma Tarixi:14.08.2014 08:08:50

Salam . Menim dostum herbi xidmetdedir o ali tehsilli kimi gedib amma diplomu ala bilmeyib ve vaxtinda texris olmayib. Amma diplom ishini herbide oldu muddetde hell ede bilib. Sualim ise budur ki o ne vaxt texris ola biler ? 15ayinda texris ola biler? 2013 iyul cagrishcisidir. Yuxarida qeyd etdiyim sebebe gore 2014 iyulda texris olmayib amma indi diplomu alib o 2014 oktyabrinda texris ola biler?

Qeyd etdiyini məsələ ilə bağlı dostunuzun xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Rovsen Soruşur Yazılma Tarixi:13.08.2014 17:40:27

Salam Men Iyul ayinda eskerliye getmeli idim ancaq sehetimde problem olduqundan herbi yoxlanisdan kece bilmedim ve sonra men Inistuta xairce is verdim qebul oldum ancaq indi mene deyilerki oktyabra can cixa bilmersen Azerbaycandan Yoxlanis olacaq sora gede bilersen amma ondada qeydiyat bitir men ne ede bilerem xais edirem komek edin mene men olarki gedim qeyidyata dusum oktyabrda yoxlanisa gelim cox xais edirem sualimi cavablandirim

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.\n
xaliq Soruşur Yazılma Tarixi:13.08.2014 15:57:02

salam mene xestelikler cedvelinin 72c ve 58b maddesi ile herbi xidmete yararsiz oldugumu bildirdiniz bele oldugu halda rayon komissarligi mene herbi bilet verecekmi

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14897